Bakıda DƏHŞƏTLİ QƏZA ilə bağlı cinayət işi başlanıldı
Digərləri 25 Fev 2023 10:11:00 329 0
Bakıda ötən gün 1 nəfərin ölümü, 7 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bu xəbəri də oxu: Dondurulmuş qidaların gizli
Son.az APA-ya istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Yusifli Yusif Əliağa oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə onunla eyni istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü Kainbəyov Tağıbəy Məhəmmədbəyoviçin idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil ilə toqquşub.
Daha sonra "Lada Granta" idarəetməni itirib yolayrıcı səddini keçərək əks istiqamətdə hərəkətdə olan 1978-ci il təvəllüdlü Əliyev Mürsəl İsmayıl oğlunun idarə etdiyi "Chevrolet Cruze", 1956-cı il təvəllüdlü Atakişiyev Nəsib Qurban oğlunun idarə etdiyi "Mercedes" və 2001-ci il təvəllüdlü Quliyev Orxan Etibar oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillərlə toqquşub.
Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "Lada Granta" markalı avtomobilin sürücüsü Yusifli Yusif Əliağa oğlu hadisə yerində ölüb, onun sərnişinləri 2002-ci il təvəllüdlü Əlizadə Nicat Ramiz oğlu, 2002-ci il təvəllüdlü Aslanov Qismət Eyyub oğlu, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Əliyev Mürsəl İsmayıl oğlu və sərnişini 1981-ci il təvəllüdlü Məmmədova Ofelya İsmayıl qızı, "Toyota Prius" markalı avtomobilin sürücüsü Quliyev Orxan Etibar oğlu və sərnişini 1966-cı il təvəllüdlü Məmmədova Yeksarə Kamil qızı, "Mercedes" markalı avtomobilin sürücüsü Atakişiyev Nəsib Qurban oğlu aldıqları xəsarətlər ilə əlaqədar "Sabunçu Tibb Mərkəzi"-nə yerləşdirilib.
Faktla bağlı Nərimanov rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
Son.az
İctimai Televiziyada "Baş tutmayan tələ" sənədli filmi yayımlan
Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmə
Kahramanmaraşda baş verən zəlzələlərin dağıntılara səbəb olduğu vil
Amerika Birləşmiş Ştatları ukraynalıların təcili ehtiyaclarını ödəm�
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkərək
Ukrayna Prezidenti Vladimir Zelenskinin bu ay Avropaya səfəri zamanı Fransa P
Kuba prezidenti Migel Disaz-Kanel ABŞ-nin 120 il öncə kubalıların iradəsin
Kəskin intersistal nefrit bütün yaş qrupu olan adamlarda rast gəlinir. Xəs
Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Suriyadakı mühar
"Ermənistan Qarabağ ermənilərinin Azərbaycanın suverenliyində yaşam
Türkiyədə polis qrupları zəlzələ bölgəsində təhlükəsizliyi təmin e
Hemodializ ilk dəfə heyvanlar üzərində 1913-cü ildə həyata keçirilib v�
"ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yaxın günlərdə