Serj Sarqsyan hücuma keçdi: İrəvanı saxta "saziş" çalxalayır


Siyasət 25 Fev 2023 10:22:00 388 0

Serj Sarqsyan hücuma keçdi: İrəvanı saxta "saziş" çalxalayır

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan aldığı əmr əsasında baş nazir Nikol Paşinyan üzərinə yeni, bu dəfə "bütün cəbhə boyu" hücuma keçib. İrəvanda "Azərbaycanla imzalanması nəzərdə tutulmuş yekun sülh müqaviləsinin ilkin variantı" adlı "sənəd"lərin açıqlanması və yayılması bu çoxgedişli kombinasiyanın ilkin mərhələsidir.

S.Sarqsyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan Facebook-dakı profilində "Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin layihəsinin bir hissəsi"ni dərc edərək onu "qalmaqallı sənəd" adlandırıb.

"Bu sənəd Ermənistanın baş naziri Nikol Paşinyanın xalqımızı necə aldatdığını, Qarabağı necə satmağa hazırlaşdığını göstərir", - A.Aşotyan yazıb.

Ermənistanın "siyasi isteblişment" adlandırılan taborunun ənənələrinə uyğun olaraq, A.Aşotyan "sənəd"i haradan və necə əldə etdiyini açıqlamayıb.

Rəsmi İrəvan açıqlama ilə bağlı hər hansı formada şərh verməyib.

A.Aşotyanın yaydığı "sənəd"ə görə, Azərbaycanla Ermənistan bir-birlərinin ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını və suverenliyini qarşılıqlı şəkildə tanıyırlar: "Qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliyinin təminatı isə Azərbaycan Konstitusiyası və beynəlxalq öhdəlikləri çərçivəsində tənzimlənəcək".

"Sənəd"də guya o da vurğulanır ki, "sülh sazişi ilə bağlı danışıqlar başa çatana qədər rəsmi Bakı qarabağlı ermənilərin təhlükəsizliyinin və hüquqlarının tam təminatı ilə bağlı genişmiqyaslı tədbirlər görməli, qarşılıqlı anlaşmanın əldə edlilməsi üçün qarabağlı ermənilərin təyin edilmiş nümayəndələri ilə strukturlaşdırılmış dialoqa başlamalıdır".

Daha sonra, sən demə, vurğulanır ki, "Azərbaycanla Avropa İttifaqı Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparacaq, Bakı prosesə ATƏT-in ali komissarının milli azlıqlarla bağlı nümayəndəsini cəlb edəcək. Avropa İttifaqı Qarabağdakı ermənilərlə sürəkli əlaqə saxlayacaq. Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderləri arasında Brüsseldə keçiriləcək görüşlərdə onlar prosesdəki inkişafı sürəkli olaraq bənd-bənd nəzərdən keçirəcəklər".

Xatırladaq ki, Nikol Paşinyan fevralın 16-da Ermənistan hökumətinin iclasında bəyan etmişdi ki, Azərbaycanla sülh müqaviləsinin layihəsi ilə bağlı yeni təklifləri Bakıya təqdim ediblər: "Layihə üzərində apardığımız işin məntiqi belədir - istənilən an imzalamağa hazır olacağımız sənədi almalıyıq. Təbii ki, bu sənəd Azərbaycan üçün də qəbuledilən olmalıdır. Ümid edirəm ki, danışıqların ilk üç mərhələsində qeydə alınmış müəyyən irəliləyişi inkişaf etdirə biləcəyik".

Bakının mövqeyinə gəldikdə isə, heç bir əhəmiyyətli və ya konseptual dəyişiklik yoxdur.

"Qarabağın statusu" kimi idioma əsla qəbul edilmir və bu ifadə təbii ki, yekun sülh müqaviləsində əks edilməyəcək. Səbəb həddən ziyadə sadədir: hazırda Yuxarı Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycan ərazisində məskunlaşıblar və onlarla da rəsmi Bakı ölkənin istənilən regionun sakinləri ilə analoji statusuda, yəni "şaquli" formatda müzakirələr aparacaq.

Qarabağlı ermənilərin hüquqları, haqları və təhlükəsizliklərinin təminatı isə, təbii, yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində təminatını tapacaq.

Nikol Paşinyan hökuməti isə indiyədək sürəkli qaydada bəyan edir ki, Qarabağ problematikası ərazi məzmunlu olmayaraq, sırf həmin bölgədə yaşayan ermənilərin hüquqları və təhlükəsizliyinin təminatı ilə bağlıdır.

Onu da unutmayaq ki, Ermənistan 1991-ci ildə imzalanmış Almata bəyannaməsinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhəd toxunulmazlığını tanıdığını bildirib. Yəni rəsmi İrəvan etiraf edib ki, sabiq Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz və tərkib hissəsidir.

İndiki situasiyada A.Aşotyanın belə "qalmaqallı sənəd" yayması təsadüf deyil.

Məsələ ABŞ Dövlət Departamentinin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan danışıqlarının keyfiyyətcə yeni mərhələyə keçidi, daha doğrusu, effektiv format üzrə inkişafıdır.

Belə ki, yaxın vaxtlarda Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında müzakirələr olmalıdır.

Bu, danışıqların "Əliyev-Mişel-Paşinyan" formatının Münxen Təhlükəsizlik Konfransında Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin tərəflərlə görüşündən sonra əldə edilmiş razılıq əsasında baş tutacaq.

Serj Sarqsyanı və Ermənistandakı Rusiyaya, habelə Fransaya meylli qüvvələri də narahat edən əsas məsələ danışıqların konstruktiv format məcrasında davam etməsi ilə bağlı real perspektivdir.

Belədə təbii ki, Fransa müzakirələrlə görüşlərdən kənar qalır, Emmanuel Makronun var qüvvəsi ilə can atdığı "Cənubi Qafqazda sülhyaradıcı missiya" ssenarisi puç olur.

Serj Sarqyanın müavininin "Paşinyan Qarabağı satır" kimi primitiv təqdimatla ortaya çıxardığı "kompromat" da danışıqların baş tutmasına çalışan qüvvələrin narahatlığından, ciddi təlaşından xəbər verir.

Ermənistanın sabiq prezidenti, ölkənin indiki ağır vəziyyətdə olmasının əsas səbəbkarlarından biri Serj Sarqsyaqn həm hakimiyyətə qayıdışı istiqamətində öz aləmində "əhəmiyyətli addım" atmaq, həm də Paşinyan iqtidarını "Qarabağı satan xəyanətkarlar" kimi göstərmək üçün aktivləşib.

O, eyni zamanda Fransanın erməni siyasətinə təsiri azaltmağa da çalışır və ERP funksionerlərinin son açıqlamalarına görə, "bütün cəbhə boyu hücuma keçib".

Lakin o "cəbhə" haradadır, nədən ibarətdir, nə zaman formalaşıb - bunu Serj Sarqsyanın özü də bilmir.

Bilməsi mümkün də deyil, çünki uğursuzluğa məhkum ssenari və fəaliyyət mərhələləri İrəvandan çox- kənarda hazırlanıb.

Elçin Alıoğlu Son.az

Bakıda DƏHŞƏTLİ QƏZA ilə bağlı cinayət işi başlanıldı like
  • 25 Fev 10:11  
Digərləri Bakıda DƏHŞƏTLİ QƏZA ilə bağlı cinayət işi başlanıldı

Bakıda ötən gün 1 nəfərin ölümü, 7 nəfərin xəsarəti ilə nəticəl�

arrow Ətraflı
Tanınmış aktyor öldü like
  • 25 Fev 10:01  
Digərləri Tanınmış aktyor öldü

Rusiyalı aktyor Oleq Belov vəfat edib.

arrow Ətraflı
Azərbaycanlı "Cananə"yə aşiq olan erməni agenti like
  • 25 Fev 09:50  
Siyasət Azərbaycanlı "Cananə"yə aşiq olan erməni agenti

İctimai Televiziyada "Baş tutmayan tələ" sənədli filmi yayımlan

arrow Ətraflı
Yol polisi sürücülərə çağırış etdi like
  • 25 Fev 09:44  
Digərləri Yol polisi sürücülərə çağırış etdi

Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmə

arrow Ətraflı
Türkiyədə zəlzələ bölgəsində tikilən evlər necə olacaq? like
  • 25 Fev 09:39  
Digərləri Türkiyədə zəlzələ bölgəsində tikilən evlər necə olacaq?

Kahramanmaraşda baş verən zəlzələlərin dağıntılara səbəb olduğu vil

arrow Ətraflı
ABŞ Ukraynaya dəstək üçün like
  • 25 Fev 09:28  
Dünya ABŞ Ukraynaya dəstək üçün

Amerika Birləşmiş Ştatları ukraynalıların təcili ehtiyaclarını ödəm�

arrow Ətraflı
Türkiyədə zəlzələdə zərər çəkmiş 5 nəfərin reabilitasiyası aparılır like
  • 25 Fev 09:17  
Digərləri Türkiyədə zəlzələdə zərər çəkmiş 5 nəfərin reabilitasiyası aparılır

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində zərər çəkərək

arrow Ətraflı
Makron və Şolts Zelenskiyə sülh üçün təzyiq edir  VSJ like
  • 25 Fev 09:03  
Dünya Makron və Şolts Zelenskiyə sülh üçün təzyiq edir VSJ

Ukrayna Prezidenti Vladimir Zelenskinin bu ay Avropaya səfəri zamanı Fransa P

arrow Ətraflı
Qanaxmalar like
  • 25 Fev 08:59  
Digərləri Qanaxmalar

Kiçik sıyrıntılar təhlükə törətmir. Böyük yaralarda əgər arteriyala

arrow Ətraflı
Kuba ABŞnin Quantanamodakı hərbi bazasının ləğvini tələb edir like
  • 25 Fev 08:57  
Dünya Kuba ABŞnin Quantanamodakı hərbi bazasının ləğvini tələb edir

Kuba prezidenti Migel Disaz-Kanel ABŞ-nin 120 il öncə kubalıların iradəsin

arrow Ətraflı
Kəskin intersistal nefrit like
  • 25 Fev 08:55  
Digərləri Kəskin intersistal nefrit

Kəskin intersistal nefrit bütün yaş qrupu olan adamlarda rast gəlinir. Xəs

arrow Ətraflı
Aİ ölkələri Rusiyaya qarşı 10cu sanksiyalar paketində razılığa gəliblər like
  • 25 Fev 08:54  
Dünya Aİ ölkələri Rusiyaya qarşı 10cu sanksiyalar paketində razılığa gəliblər

Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Suriyadakı mühar

arrow Ətraflı
Sülh müqaviləsinin son variantı: “Münxendə razılaşdırılıb” like
  • 25 Fev 08:53  
Siyasət Sülh müqaviləsinin son variantı: “Münxendə razılaşdırılıb”

"Ermənistan Qarabağ ermənilərinin Azərbaycanın suverenliyində yaşam

arrow Ətraflı
Zəlzələdən sağ çıxan uşaqdan like
  • 25 Fev 08:52  
Dünya Zəlzələdən sağ çıxan uşaqdan

Türkiyədə polis qrupları zəlzələ bölgəsində təhlükəsizliyi təmin e

arrow Ətraflı
Hemodializin əhəmiyyəti like
  • 25 Fev 08:51  
Digərləri Hemodializin əhəmiyyəti

Hemodializ ilk dəfə heyvanlar üzərində 1913-cü ildə həyata keçirilib v�

arrow Ətraflı