Peşə allergiyaları
Digərləri 25 Fev 2023 03:03:00 307 0
Peşə allergiyaları kimyəvi maddələrlə təmas halında işləyənlərdə, tozlu iş yerlərində çalışan adamlarda daha çox rast gəlinir. Bu cür şərtlər altında işləyən adamlarda aşağıdakı əlamətlər müşahidə olunur: - asqırma - öskürmə - nəfəs çatışmazlığı - bəlğəmli öskürək. Peşə allergiyasının müalicəsi digər allergiya müalicələri ilə eynidir. Sadəcə olaraq peşə allergiyasını törədən səbəbdən uzaq durmaq xəstəliyin əlamətlərinin aradan qalxmasına səbəb olur. Hətta vaxtında allergiyanı törədən səbəbdən uzaq dururularsa, müalicəyə də ehtiyac qalmaz. Vaxtında və düzgün qoyulmuş diaqnoz xəsəlikdən tez yaxa qurtarmağa yardım edir. Peşə allergiyası insanlarda bronxit, ağırlaşmalar zamanı isə astma xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Belə xəstələr daima xırıltılı nəfəs alır və burunlarında tutulma olur. Peşə allergiyasına diaqnoz qoymaq heç də çətin deyil. Belə adamlar iş günlərində özlərini pis hiss edirlər və iş günlərində onlarda allergiya əlamətləri müşahidə edilir. Amma istirahət günlərində onlar özlərini tam sağlam hiss edirlər. Allergiyaya səbəb olan maddələr həssas adamlara bir gündə və ya uzun illər müddətində yavaş-yavaş təsir gəstərə biir. Allergiyaya səbəb olan maddələr aşağıdakılar ola bilir: - tük, saç, heyvan dərisi, kürk - boyalar, yapıdığıcı maddələr, laminat və anhidritlər - dezinfeksiyaedici maddələr və digər kimyəvi maddələr - paroşok və şampunlar - platin, xrom, nikel, sulfat - kauçuk, lateks, pambıq, un, kətan, çovdar, buğda - tərkibində xlor, kükürd, dioksid kimi maddələr olan kimyəvi birləşmələr. Peşə allergiyasına risk altında olan adamlara aşağıdakılar aiddir: - ailəsində allergiya xəstəsi olanlar - allergiyaya meyilli olanlar - immuniteti zəif olanlar. Aşağıdakı peşələr allergiyaya səbəb ola bilir: - heyvanlarla işləyənlər - taxta və mebel sexlərində işləyənlər - dəyirmanda və şirniyyat sexlərində işləyənlər - xalı toxuyanlar - tarlada işləyənlər - bərbərlər - tibb işçiləri - farmaseftlər - dənizdə işləyənlər - rəngsazlar - tekstildə işləyənlər - plastik məmulatlarla işləyənlər.
Bu xəbəri də oxu: “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi
Dünya şöhrətli Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Bred
Böyrək vərəminin xüsusi klinik əlamətləri olmadığına görə onun diaq
Bəzi insanlar öz yöndəmsizliyinə görə daim gülünc və ya gülməli vəz
İsveçrənin İrandakı səfiri Nadin Lozanonun bir hərəkəti insanları qəz
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Biz danışıqlarda uğursuzluğa düçar olduğumuz üçün özümüz bu mühar
Qardaşımız, əziz dostumuz Azərbaycan dəstəyi ilə, dərdimizə şərik ol
Ordubadın polis rəisi vəzifəsindən azad edilərək sərəncama götürülü
Bakının Nərimanov rayonunda 1991-ci il təvəllüdlü Vüsal ailə münaqiş�
Dünya Bankı (DB) Kiyevə 2,5 milyard dollar qrant yardımı göndərəcək.
İsveçin "Ericsson" telekommunikasiya qrupu dünya üzrə 8500 iş ye
Ukrayna Krımı hərbi yolla azad etməyə hazırlaşır.
Türkiyədə zəlzələdə həlak olanların sayı 44 min 218 nəfər olub.