Dağlıq ərazilərdə qar uçqunu ehtimalı var
Digərləri 24 Fev 2023 17:50:00 296 0
Fövqəladə Hallar Nazirliyi fevralın 25-dən 26-ı səhərədək respublika ərazisində gözlənilən kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Bu xəbəri də oxu: "Bozbash pictures"in məşhur aktyorunun ölüm xəbəri yayıldı
FHN-dən Son.az-a verilən məlumata görə, arabir güclü külək əsəcəyi proqnozlaşdırılır ki, bununla əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqununun yaranma ehtimalı var.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı və üzərində müvafiq rabitə vasitəsi (mobil telefon və s.) götürməyi, nabələd olduqları məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, hava qaralana kimi mütləq yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edir.
Əgər qar uçqunu başlayıbsa:
- qar uçqunu xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin;
- uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin.
Hava küləkli və soyuq. Bu havada sakinlər dayanacaqsız qalıblar. Ərazidə
Hər kəs Azərbaycan-Türkiyə qardaşlığının sözdə yox, əməldə olduğ
"Rusiyada gizli səfərbərlik davam edir. Xüsusilə Qafqaz regionunda hə
İranda dövlət tərəfindən saxta qızıl sikkələrin tədavülə buraxıld�
Xarici işlər naziri Ceyhun Bayramov Ruben Vardanyanın "vəzifəsi"n
İcarəyə torpaq götürüb becərmək istəsələr də, prosesin mürəkkəbli
Son sutkada Azərbaycanda koronavirus infeksiyasına 28 yeni yoluxma faktı qeyd
Tanınmış erməni bloqer Roman Baqdasaryan Qarabağdakı separatçı rejimin d
Vətəndaşlar xüsusilə özəl tibb müəssisələrində analizlərin qiymətl
Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədi şərti hüduddur. Dem
Ermənistan öz vəhşi əməllərini Xocalıdan sonra İkinci Qarabağ müharib
Əməkdar artist Könül Kərimova bir neçə gün əvvəl verdiyi "Gəlin
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı il�