Səfirliyimizə qarşı terroru Tehran hakimiyyətinin bəlli bir qolu törədib...


Siyasət 21 Fev 2023 10:46:00 299 0

Səfirliyimizə qarşı terroru Tehran hakimiyyətinin bəlli bir qolu törədib...

Elşad Həsənov: "Fikrimcə, bu terrorun arxasında SEPAH dayanır"

"Terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran isteblişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir". Bunu Prezident İlham Əliyev Münhendə telekanallara müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi: "Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır".

Maraqlısır, burada hansı qoldan söhbət  gedir? İran isteblişmentinin hansı qolu bu terrorun arxasında dayanır?

"Bu onu göstərir ki, prezidentimizdə bununla bağlı daha dolğun məlumatlar var"

Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənovun fikrincə, İranda bəzi radikal dairələrin bunun arxasında dayanması ehtimalı böyükdür: "Bu onu göstərir ki, Prezident İlham Əliyevdə bununla bağlı daha dolğun məlumatlar var. Yəni bu o deməkdir ki, hakimiyyətin hansısa qolunun dəstəyi olmadan belə terror aktını həyata keçirmək mümkünsüzdür. Onların yardımı olmadan bunu həyata keçirmək o qədər də asan olmayacaqdı. Çünki diplomatik korpusa bu formada hücum çox nadir hadisələrdəndir. Fikrimcə, bu terrorun arxasında SEPAH dayanır. Bu qənaətə gəlmək üçün bir sıra faktorlar var. Hadisədən sonra həmin qatilin televiziyalarda müsahibələri təşkil olundu. Aydın məsələdir ki, bu, qabaqcadan sistemli şəkildə hazırlanmış bir planın tərkib hissəsi idi. Əgər belə olmasaydı, o zaman terrorun əsas motivini ört-basdır etmək üçün müxtəlif vasitələrə əl atmazdılar. Ona görə də aydın məsələdir ki, bu terrorun arxasında İranın xüsusi xidmət orqanları dayanır. Eyni zamanda, indiyə qədər aparılan istintaq işləri ilə bağlı heç bir məlumat verilmir. O cümlədən, Azərbaycanın müvafiq orqanlarının istintaqda iştirakına şərait yaradılmır. Ona görə də tam əminliklə deyirik ki, bu, dövlət terrorudur. Biz nəzərə almalıyıq ki, İran siyasi rəhbərliyində parçalanmalar var. Orada bəzi dairələr Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyir. SEPAH-a bağlı olan dairələr isə, əksinə, münasibətləri kəskinləşdirmək yolunu tutublar. Onlar Azərbaycana təzyiq göstərmək yolunu daha məqsədəuyğun hesab edirlər. Guya ki, bununla Azərbaycanı nəyəsə məcbur etmək mümkün olacaq. Bu isə real deyil. Ən azından ona görə ki, Azərbaycanın lider ölkəsidir. Bu gün dünya siyasi arenasında Azərbaycanın öz sözü var. Bununla belə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır. Bu baxımdan hesab edirəm ki, İranın məkrli siyasəti hansısa nəticə verməyəcək".

Falçı Rübabə vətəndaşı aldadıb like
  • 21 Fev 10:43  
Kriminal Falçı Rübabə vətəndaşı aldadıb

Naftalan şəhərində dələduzluq edən "falçı" saxlanılıb.

arrow Ətraflı
Ərdoğan Kahramanmaraşda Azərbaycan könüllüləri ilə görüşüb like
  • 21 Fev 10:32  
Siyasət Ərdoğan Kahramanmaraşda Azərbaycan könüllüləri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlz

arrow Ətraflı
Vardanyanın istefası reallaşır like
  • 21 Fev 10:24  
Digərləri Vardanyanın istefası reallaşır

Azadlıq Radiosunun erməni xidməti - "Azatutyun" yazır ki, Azərbay

arrow Ətraflı
Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıb like
  • 21 Fev 10:16  
Digərləri Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıb

ANAMA əməkdaşları işğaldan azad olunan Füzuli rayonuu Aşağı Seyidəhm�

arrow Ətraflı
Məşhur aktyorun vəziyyəti ağırlaşdı like
  • 21 Fev 10:08  
Şou-biznes Məşhur aktyorun vəziyyəti ağırlaşdı

Karyerasından əlavə özəl həyatı ilə də məşhur olan amerikalı aktyor

arrow Ətraflı
“Qırmız Ürəklər” Fondu və “Ahbap Derneği” arasında əməkdaşlıq memorandumu imzalandı like
  • 21 Fev 10:07  
Digərləri “Qırmız Ürəklər” Fondu və “Ahbap Derneği” arasında əməkdaşlıq memorandumu imzalandı

Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində ç

arrow Ətraflı
Zorlanan 14 ana, 3 yaşlı qızcığazın DƏHŞƏTİ... like
  • 21 Fev 09:57  
Kriminal Zorlanan 14 ana, 3 yaşlı qızcığazın DƏHŞƏTİ...

32 yaşında artıq 14 qadını zorlamışdı. Özü də bunu xüsusi şərtlər

arrow Ətraflı
Azərbaycanda 9cu sinif şagirdi faciəvi şəkildə vəfat etdi like
  • 21 Fev 09:49  
Digərləri Azərbaycanda 9cu sinif şagirdi faciəvi şəkildə vəfat etdi

Goranboy rayonda şagird dəm qazından zəhərlənərək vəfat edib.

arrow Ətraflı
Sosial şəbəkələrdə cinayətkarlığı təbliq edən silahlı şəxs ələ keçdi like
  • 21 Fev 09:28  
Kriminal Sosial şəbəkələrdə cinayətkarlığı təbliq edən silahlı şəxs ələ keçdi

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan v�

arrow Ətraflı
Nefroptoz (böyrək sallanması) like
  • 21 Fev 08:59  
Digərləri Nefroptoz (böyrək sallanması)

Nefroptoz böyrəklərin sallanması, onun patoloji hərəkətli olmasına deyil

arrow Ətraflı
Zəlzələyə görə bu seriallar yayımdan qaldırıldı like
  • 21 Fev 08:57  
Dünya Zəlzələyə görə bu seriallar yayımdan qaldırıldı

Hatayda baş tutan zəlzələdən sonra bəzi serialların yayımı dayandırıl

arrow Ətraflı
Diş kistası like
  • 21 Fev 08:55  
Digərləri Diş kistası

Diş kistası çənədə bərk qişalı boşluqdur. Diş kistası iltihabi maye

arrow Ətraflı
Rusiya büdcəsi ilə bağlı şok: 4 trilyonluq kəsir... like
  • 21 Fev 08:53  
Dünya Rusiya büdcəsi ilə bağlı şok: 4 trilyonluq kəsir...

Rusiyanın dövlət büdcəsində 4 trilyon rubl kəsir yaranıb.

arrow Ətraflı
Uşaqlarda allergiya və ondan qorunma like
  • 21 Fev 08:51  
Digərləri Uşaqlarda allergiya və ondan qorunma

Allergiya ana və atadan irsən keçən xəstəlikdir. Bu xəstəlik orqanizmin

arrow Ətraflı
Böyrək vərəmi like
  • 21 Fev 08:46  
Digərləri Böyrək vərəmi

İfrazat sisteminin vərəminin səbəbi vərəm mikrobakteriyalarıdır. PATOG

arrow Ətraflı