Vardanyanın istefası reallaşır
Digərləri 21 Fev 2023 10:24:00 295 0
Azadlıq Radiosunun erməni xidməti - "Azatutyun" yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhendə keçirilən təhlükəsizlik konfransında verdiyi bəyanatın ardınca Qarabağın separatçı siyasətçiləri arasında "dövlət naziri" kimi təqdim olunan Ruben Vardanyanın istefası məsələsi qızğın müzakirələrə səbəb olub.
Bu xəbəri də oxu: Niyə sol tərəf üstə yatmaq daha təhlükəsizdir? – CAVAB
Həmin konfransda keçirilən müzakirə zamanı prezident İlham Əliyev Azərbaycanın Qarabağ erməniləri ilə danışıqlara hazır olduğunu bildirmişdi. "Azatutyun" yazır ki, "Ermənistanın baş naziri Nikol Paşinyan da Əliyevin Ruben Vardanyana ünvanlanmış ittihamlarına reaksiya verməyib, buna baxmayaraq Qarabağda "dövlət nazirinin" istefası söhbəti "yeni vüsət" alıb.
Qarabağ müxalifətçilərindən Tiqran Petrosyan iddia edib ki, yaxın günlərdə "Qarabağ prezidenti" Arayik Arutyunyan "dövlət naziri" Ruben Vardanyanı vəzifəsindən azad edəcək və onun yerinə "baş prokuror" Qurgen Nersisyan təyin olunacaq: "Mən düşünürəm ki, Arayik Arutyunyan doğrudan da Ruben Vardanyanı yığışdıracaq və xalq arasında böyük məyusluq olacaq".
Müxalifətçi iddia edir ki, bu məlumatı Qurgen Nersisyanla, Arayik Arutyunyanla və Ruben Vardanyanın özü ilə söhbətlərindən əldə edib: "Əvvəlcə Qurgen Nersisyanla söhbətim oldu. O mənə dedi ki, artıq qərar qəbul olunub və Ruben Vardanyan getməlidir. Onun hansı üsulla gedəcəyi məlum deyil. Amma o dedi ki, "gedəcək və Arayik Arutyunyan ona (Nersisyana) dövlət naziri vəzifəsini təklif edib". Tiqran Petrosyanın sözlərinə görə o, daha sonra Ruben Vardanyanla danışıb və "belə başa düşüb" ki, onun istefası məsələsi "kənardan sırınır". Amma o, bu "kənarın" hara olduğuna aydınlıq gətirməyib:
"Mən sonra Ruben Vardanyanla görüşdüm və belə başa düşdüm ki, kənardan Arayik Arutyunyana deyiblər ki, o (Ruben Vardanyan-red) getməlidir, amma özü (Arayik Arutyunyan) qalmalıdır. Mən xırdalıqlara getməyəcəyəm, çünki çox şeylərdən agah deyiləm. Bilirəm ki, Ruben Vardanyan istefaya gedəcəyini, Arayik Arutyunyanın onu işdən çıxarmalı olacağını deyib". "Azatutyun" yazır ki, bu informasiyanı hələ ki nə Arutyunyan, nə Nersisyan, nə də Vardanyan təsdiq edib.
Azər Nuriyev Son.az
ANAMA əməkdaşları işğaldan azad olunan Füzuli rayonuu Aşağı Seyidəhm�
Karyerasından əlavə özəl həyatı ilə də məşhur olan amerikalı aktyor
Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində ç
32 yaşında artıq 14 qadını zorlamışdı. Özü də bunu xüsusi şərtlər
Goranboy rayonda şagird dəm qazından zəhərlənərək vəfat edib.
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan v�
Nefroptoz böyrəklərin sallanması, onun patoloji hərəkətli olmasına deyil
Hatayda baş tutan zəlzələdən sonra bəzi serialların yayımı dayandırıl
Rusiyanın dövlət büdcəsində 4 trilyon rubl kəsir yaranıb.
Allergiya ana və atadan irsən keçən xəstəlikdir. Bu xəstəlik orqanizmin
ABŞ-ın Ohayo ştatının Bedford şəhərində yerləşən polad zavodunda par
Xroniki böyrək çatışmazlığının əmələ gəlməsinə səbəb olan xəst