Bayramov və Çavuşoğlu arasında telefon danışığı olub
Siyasət 20 Fev 2023 23:01:00 299 0
20 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: Azərbaycan COP29 tədbirinə çox yüksək səviyyədə ev sahibliyi edir
XİN-dən Son.az-a bildirilib ki, telefon danışığı zamanı Türkiyə Respublikasında böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirə aparılıb.
Nazir Ceyhun Bayramov, Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb. Bu gün Hatayda baş vermiş iki güclü zəlzələ təkanlarının təsirləri ilə maraqlanıb.
Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət, zəlzələ bölgələrində binaların tikintisi planları barədə ətraflı məlumat verib. O, Hatayda baş vermiş sonuncu zəlzələlərin yalnız əvvəl ciddi və orta səviyyədə zədə almış binalara zərər verdiyini bildirib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Quinn bu ölkənin x
"Türkiyə hakimiyyətdə kimin və hansı siyasi qüvvəyə mənsubiyyəti
Türkiyənin Hatay və Antakya şəhərində baş verən zəlzələ İordaniya,
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin baş verdiyi a
Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerl�
Türkiyənin Hatay əyalətində zəlzələ nəticəsində bəzi binalar dağıl
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəhrəmanmaraşda Polis İdar�
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermən
Avropa Birliyi üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinm�
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zə
Rusiya müdafiə naziri Sergey Şoyqu bir sıra yüksək rütbəli hərbçiləri
Bu ilin aprel-iyun aylarında Ermənistanda ehtiyatda olan hərbçilər üçün