Qazaryan da Moskvanı gəzib, Xankəndiyə qayıtdı
Siyasət 20 Fev 2023 22:35:00 297 0
Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyətlərini davam etdirməyə çalışan erməni separatçılarının "xarici işlər naziri" Sergey Qazaryan Xankəndidən İrəvana, oradan da Moskvaya gedib.
Son.az axar.az-a istinadən bildirir ki, bu barədə erməni separatçıları "rəsmən" elan ediblər.
Bildirilib ki, Qazaryan 12-16 fevral tarixlərində Moskvada "səfərdə" olub. O, erməni icması və ekspertlərlə görüşüb və yenidən Xankəndiyə qayıdıb.
Qeyd edək ki, bir müddət öncə separatçıların "dövlət naziri" olduğunu iddia edən Ruben Vardanyan da Moskvaya getmiş və sonra yenidən Xankəndiyə qayıtmışdı.
Ermənilərin Rubenyanın ardınca Qazaryanın da Xankəndidən çıxıb, "səfərə gedib", yenidən qayıtmasını elan etməsi əslində Laçın yolunun açıq olmasının etirafıdır.
Laçın yolundakı aksiya yalnız Azərbaycanın yeraltı sərvətlərinin daşınması, o cümlədən Ermənistandan Xankəndiyə silah-sursat, mina və muzdlu daşınması, həmçinin 3-cü ölkə vətəndaşlarının girişi üçün maneədir.
Türkiyənin Hatay əyalətində zəlzələ nəticəsində bəzi binalar dağıl
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qəhrəmanmaraşda Polis İdar�
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermən
Avropa Birliyi üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinm�
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zə
Rusiya müdafiə naziri Sergey Şoyqu bir sıra yüksək rütbəli hərbçiləri
Bu ilin aprel-iyun aylarında Ermənistanda ehtiyatda olan hərbçilər üçün
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Mülki Planlaşdırma və Davr
Əməkdar artist Nahidə Orucovanın evindən oğurluq olub.
Dünyadakı 13 iqlim tipinin 9-nun Azərbaycanda olması ölkəmizdə Novruz qab
Avropa Birliyi insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyalar