Rusiya XİN Aİ missiyasının Ermənistanda işə başlamasına reaksiya verib
Siyasət 20 Fev 2023 22:25:00 371 0
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın sərhədyanı rayonlarında Aİ-nin mülki monitorinq missiyasının işə başlamasını şərh edib.
Bu xəbəri də oxu: Ceyhun Bayramov "İqlim maliyyəsi" mövzusunda dəyirmi masada çıxış etdi
Bu barədə bazar ertəsi Trend Rusiya XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
"Yeni missiyanın yalnız mülki xarakter daşıdığını vurğulayan Avropa İttifaqının nümayəndələri qeyri-səmimidirlər. Bu, Aİ-nin təhlükəsizlik və müdafiə üzrə Ümumi Siyasəti çərçivəsində baş verir. Buna görə də buna uyğun yanaşma olmalıdır. Təəssüf ki, biz Avropa İttifaqının və bütövlükdə Qərbin müttəfiq Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə deyil ki, qeydə alırıq", - deyə M.Zaxarova bildirib.
O qeyd edib ki, Moskva bu cəhdlərdə Cənubi Qafqazda münasibətlərin real normallaşması maraqlarından uzaq eksklüziv geosiyasi məqsədlər görür.
"Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas təminatçısı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir. Bakının bu təşəbbüslə bağlı ictimai səsləndirdiyi mənfi qiymətləndirmələrə məhəl qoyulmur.
Bundan əlavə, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi çox qeyri-müəyyəndir. Çətin ki, Brüssel bu sahədə uğurları ilə öyünə bilər", - deyə XİN-in nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sazişlər yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili olaraq qalır.
"Onların hərtərəfli həyata keçirilməsi, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, iki ölkənin ictimaiyyəti, ekspertləri, dini dairələri, parlamentariləri arasında əlaqələrin qurulması, o cümlədən sülh razılaşmasının inkişafı üzrə danışıqlar bölgədəki vəziyyəti yaxşılaşdırmağın birbaşa yoludur. Rusiya Federasiyası buna hər cür töhfə verməyə hazırdır", - deyə M.Zaxarova bildirib.
Avropa Birliyi üzv ölkələrin vətəndaşlarına İrana səfərdən çəkinm�
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zə
Rusiya müdafiə naziri Sergey Şoyqu bir sıra yüksək rütbəli hərbçiləri
Bu ilin aprel-iyun aylarında Ermənistanda ehtiyatda olan hərbçilər üçün
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Mülki Planlaşdırma və Davr
Əməkdar artist Nahidə Orucovanın evindən oğurluq olub.
Dünyadakı 13 iqlim tipinin 9-nun Azərbaycanda olması ölkəmizdə Novruz qab
Avropa Birliyi insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyalar
Naxçıvan televiziyası və radiosunun yerüstü və rəqəmsal yayımında fas