Gənc və möhkəm dərinin SİRRİ:
Digərləri 19 Fev 2023 12:20:00 328 0
Zamanla dəridə kollagen istehsalının azalması dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Göz ətrafındakı qırışlar çox vaxt yaşınızla əlaqəlidir. Üzünüzdəki incə xəttlər və qara halqalar da dərinizin qocaldığının göstəricisidir. Yaşlanmaya əleyhinə qulluq etməklə hər zaman gənc dəriyə sahib ola bilərsiniz. Hətta mümkündürsə, mütəmadi olaraq dərinizə qulluq edin.
Bu xəbəri də oxu: Gündə yalnız bir stəkan: Toyuqlar qışda da yumurtlayacaqlar
Son.az Lent.az-a istinadən bununla bağlı bir neçə tövsiyəni sizə təqdim edir:
Sabah və axşam dəri təmizlənməsi
Dərinin vaxtından əvvəl qocalmasının qarşısını almağın ilk yolu dərini təmiz saxlamaqdır. Dəriniz gün ərzində xarici faktorlardan çox təsirlənir. Məsamələrinizdə kir və makiyaj qalıqları əmələ gəlir. Nəticədə arzuolunmaz dəri problemləri yaranır.
Bu səbəbdən səhər oyananda və axşam yatmazdan əvvəl dərinizi təmizləməlisiniz. Dərinizi təmizləyərkən dəri tipinizə uyğun gel və ya köpükdən istifadə etməlisiniz. Çox isti və ya soyuq su dəriyə ziyandır. Bunun üçün çalışıb üzünüzü ilıq su ilə yumalısınız.
Müntəzəm olaraq pilinq edin
Dərinizdə yığılan ölü hüceyrələr dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Belə ki, onun nəfəs alması və sağlamlığı qorumaq üçün mütəmadi olaraq pilinq etməlisiniz.
Dəridəki ölü hüceyrələri məhv etmək üçün həftədə bir və ya iki dəfə pilinq edin.
Pilinqi dərinizə tətbiq edərkən çox həssas yanaşmalı və diqqətli olmalısınız. Dərinizə qarşı sərtlikdən qaçın.
Serumlar
Serumlar tərkibində antioksidantlar, turşular, vitaminlər kimi aktiv maddələr olan dəriyə qulluq məhsulları adlanır.
Onlar dərinin nəm balansını qoruyur. Dərinin elastikliyini tənzimləyir, qırışların və sallanmanın qarşısını alır.
Serumlar dərinin dərinliyinə qədər nüfuz edə bildiyi üçün onu bərpa edir və hüceyrələri yeniləyir. Ehtiyacdan asılı olaraq səhər və axşam qulluq rutininizə serumlar əlavə etməyiniz tövsiyə olunur.
Dərini nəmləndirin
Gənc, canlı, və parlaq dəriyə sahib olmaq üçün mütləq nəmləndirici istifadə edilməlidir. Nəmləndiricilər dərini xarici amillərə qarşı gücləndirir. Dərinin qurumasının qarşısını alır. Quru dərilər daha tez qırışır. Onun qocalmasının qarşısını almaq üçün hər gün nəmləndirici kremlərlə masaj etmək məsləhətdir. Onu da qeyd edək ki, nəmləndirici kremləri mütləq dəri tipinizə uyğun seçməlisiniz.
Göz ətrafı bölgələrə xüsusi qulluq
Göz ətrafındakı qırışlar yaşınızın göstəricisidir. Bu səbəbdən 25 yaşından sonra göz ətrafına xüsusi qulluq tövsiyə olunur.
Belə ki, həmin bölgələri nəmləndirən və qırışların qarşısını alan xüsusi kremlərdən və bəzi təbii yağlardan istifadə etməyiniz məsləhətdir. Bunlardan biri avokado yağıdır ki, o göz ətrafını nəm saxlayır. Parlaq görünüş verir. Çünki bu yağın tərkibində E vitamini var. Həmin vitamin göz ətrafındakı qara halqaları azaldır.
Göz ətrafındakı qırışların qarşısını almaq üçün istifadə edilən yağlardan biri də zeytun yağıdır. Belə ki, bu yağ qırışların qarşısını alan əsas alternativlər arasındadır.
Günəşdən qoruyucu kremdən istifadə edin
Günəş şüalarına çox məruz qalan dəridə çox erkən yaşlarda qırışlar əmələ gəlir. Dərinin vaxtından əvvəl qocalmasının ən böyük səbəblərindən biri günəş şüalarıdır. Buna görə evdən çıxmazdan 20-25 dəqiqə əvvəl "SPF" tərkibli kremlərinizi dərinizə tətbiq etməkdə fayda var. Hətta yay günlərində mütləq çantanızda bu kremlərdən olsun.
Son.az
Fevralın 13-də Yeni Zelandiyanın Şimal adasından keçən "Qabriel"
Ölkə ərazisində küləkli hava şəraiti gözlənilir.
Son.az Kulis.az-a istinadən 60-cı illərin dəb ikonası, musiqişünas Nərgi
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəla
Pekin Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi çıxış edərsə, Çin
"Milli Məclisin sonuncu Plenar iclasında "Sosial sığorta haqqında
Xəbər verdiyimiz kimi, bu gün saat 09:40 radələrində Tərtər rayon sakin
Türkiyəli aktrisa Ayda Akselin yeni layihəsi bəlli olub.
2023-cü ilin yazında dəbdə olacaq rənglər açıqlanıb.
Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 142 860 nəfərə çatıb.
Bərdə rayonunda 1998-ci il təvəllüdlü Günel bacısının sevgilisi olmuş
Daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentindən çıxar�
Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il t�
Capital FM-də çalışan və Britaniyanın ən məşhur DJ-lərindən biri kimi