8 il həbs yatdı, küçəyə çıxanda... Rus qəbiristanlığında basdırılan azərbaycanlı qadın haqqında
Kriminal 19 Fev 2023 12:00:00 357 0
Son.az Kulis.az-a istinadən 60-cı illərin dəb ikonası, musiqişünas Nərgiz Xəlilova haqqında on maraqlı faktı təqdim edir.
Bu xəbəri də oxu: Gəncədə orta yaşlı kişi bıçaqlandı
Nərgizin atası Ramazan Xəlilov Tbilisidə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika üzrə təhsil alıb. 1930-cu ildə "Bakinskiy raboçiy" qəzetinin müxbiri kimi Leninqrada (Sankt-Peterburq) akkreditə edilib və orada da Nərgizin gələcək anası əslən Belorusiyadan olan Elvira ilə tanış olub ailə qurublar. Onlar 20 il bir yerdə yaşayıb.
***
Nərgiz Xəlilova Leninqradda doğulub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəlir və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşırlar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin həyat yoldaşlarının bacısı idi. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi. Üzeyir Hacıbəyov dəfn olunanda orta məktəb şagirdi olan Nərgiz Xəlilova onu məzarı başında fəxri qarovul dəstəsində dayananlardan biri olub. Bu kadr hətta "Üzeyir ömrü" filmində də yer alıb.
Nərgiz qayğısız uşaqlıq illəri yaşayıb. İsti ailə münasibəti, diqqəti ilə əhatə olunsa da, çox keçmir xəstəliyindən əziyyət çəkən anası Elvira xanım dünyasını dəyişir. Həyat yoldaşı öləndən sonra Nərgizin atası dərin depressiyaya düşür. Lakin bir müddət keçəndən sonra o, yenidən ailə həyatı qurur. Deyilənə görə Nərgiz o qədər gözəl imiş ki, o, küçəyə çıxan zaman avtomobil qəzaları baş verirmiş.
***
Nərgiz çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla tanış olur. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri idi. Nərgiz Məliklə evlənir. Lakin bu evliliyin ömrü qısa olur. Bir neçə il sonra Nərgiz və Məlik ayrılırlar. Səbəb kimi isə Nərgiz xarakterlərin uyuşmazlığını, ortaq maraqların olmamasını və həyat yoldaşının əsassız qısqanclıqlarını göstərir. Boşanandan sonra Nərgiz ata evinə qayıdır.
O, təkcə gözəlliyi ilə deyil, həm də stili ilə diqqət cəlb edir. Müslüm Maqomayev ona xaricdən dəbə uyğun geyimlər gətirir. Bakıda şalvarlı kostyumu ilk dəfə Nərgiz geyinir.
***
Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olur. O varlı tat yəhudilərindən birinin oğlu idi. Slavik Nərgizi dəlicəsinə sevir və onlar vətəndaş nikahında yaşayırlar. Daha sonra cütlük Moskvaya köçmək qərarına gəlir. Orada sevgilisi Slavik valyuta tacirləri qrupuna qoşulur. Əcnəbilərlə tanış olur, onların dillərini öyrənir, rublu sərfəli qiymətlə valyutaya çevirir, həmçinin Bakıya dəbli və tapılmayan malları gətirərək hədsiz baha qiymətə satır. Əvvəlcə o tək işləyir. Sonra dəstə şəklində işləməyə başlayılar və qızıl alıb xaricə satırlar. Qohumlarından heç biri Nərgizin Moskvada nə işlə məşğul olduğunu bilmir. Nərgiz onlara deyir ki, Moskvada dissertasiya üçün material toplayır və onun üzərində işləyir. Slavik isə Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur. Günlərin birində isə onlar şübhəli şəxs kimi saxlanırlar, Bakıdakı mənzillərində olan hər şeyi müsadirə olunur. Axtarış zamanı Nərgiz Xəlilovanın mənzilindən Boris Pasternakın "Doktor Jivaqo", Anna Axmatovanın "Rekviyem", Aleksandr Soljenitsının "İlk dairədə", Vladimir Nabokovun xaricdə nəşr olunmuş üç kitabını tapırlar.
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəla
Pekin Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi çıxış edərsə, Çin
"Milli Məclisin sonuncu Plenar iclasında "Sosial sığorta haqqında
Xəbər verdiyimiz kimi, bu gün saat 09:40 radələrində Tərtər rayon sakin
Türkiyəli aktrisa Ayda Akselin yeni layihəsi bəlli olub.
2023-cü ilin yazında dəbdə olacaq rənglər açıqlanıb.
Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 142 860 nəfərə çatıb.
Bərdə rayonunda 1998-ci il təvəllüdlü Günel bacısının sevgilisi olmuş
Daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentindən çıxar�
Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il t�
Capital FM-də çalışan və Britaniyanın ən məşhur DJ-lərindən biri kimi
Fevralın 17-də saat 12 radələrində Lənkəran rayonu Yuxarınüvədi kəndi
ABŞ-ın Suriyadakı hərbi bazasına raket zərbəsi endirilib.
Şimali Koreya ordusu şənbə günü 989 kilometr məsafə qət edən "Hva