Ekoaksiyanın 70ci günü:
Siyasət 19 Fev 2023 09:05:00 336 0
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş gündür davam edir.
Bu xəbəri də oxu: 3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə
Son.az xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Son.az
Biz öz ərazimizdə döyüşürdük. Biz azadlıq uğrunda müharibə edirdik.
Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu s�
Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil.
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balaye
Türkiyədə yaşanan maraqlı bir hadisə ağır günlərini yaşayan sakinlər
Osmaniyədə bir ailə evlərində saxladıqları tutuquşunun sayəsində zəlz
Əgər bir insanla yol yoldaşı olmamısansa, həmin şəxsi tanımırsan deyir
Rusiyanın Aznakay şəhərində qəfil ürəktutmadan həyatını itirən təqa
Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Sual: Evdə saxlanan pişiklərin qısırlaşdırılması məsələsinin dini ba
Bir şeyin haram olduğuna dair bir dəlil, yəni, ayə və yaxud hədis olmadı
Payız və qış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimi
Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb.