"Camaat yasdadır, fəlakət olub, bu nə sualdır?"


Şou-biznes 19 Fev 2023 04:44:00 357 0

"Camaat yasdadır, fəlakət olub, bu nə sualdır?"

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev, Demokrat.az-a verdiyi müsahibədə tanınmış müğənni Nadir Qafarzadənin ünvanına "Nadir Qafarzadə kimdir? Onu tanımıram və onun atdığı addım düzgün deyil. Hər kəsin öz şəxsiyyəti var" adlı ifadələr işlədib. Maraqlısı burasındadır ki, xalq artisti Türkiyədə baş vermiş zəlzələdən danışandan sonra, müğənni haqda danışıb. Yəni, burada sənətkara müğənni ilə bağlı hər-hansısa sual ünvanlanmayıb. Yaxud da ünvanlanıbsa, yazıda həmin sual dərc olunmayıb. Məsələ ilə bağlı tanınmış və sevilən müğənni Nadir Qafarzadə ilə əlaqə saxladıq.

Bu xəbəri də oxu: Cem Yılmaz Bakıya gəlir

Son.az xəbər verir ki, sənətçi moderator.az-a açıqlama verərək xalq artistinin bu açıqlamasından təəccübləndiyini bildirib.

"Allah Rasim müəllimə can sağlığı versin. O bizim böyük sənətkarımızdır, mən nə deyə bilərəm?! Yəqin ki, ona düzgün informasiya verməyiblər, o da bu cür reaksiya bildirib. Gərək hər bir şeyi öyrənərdi, sonra açıqlama verərdi. Ən azından mənə zəng edə bilərdi. O mənə zəng edib tənqidi də, hətta təhqiri də deyə bilər. Mən qəbul edərdim. İctimai şəkildə nəsə bir fikir bildirməyi Rasim müəllimə yaraşdırmadım. Amma buna baxmayaraq yenə də o mənim üçün sənətkardır. Allah ona can sağlığı, uzun ömür versin. Rasim müəllimin adı gələndə ayağa qalxıram, o ki, qaldı özünü görəndə" deyə müğənni bildirib.

Xalq artistinin müğənninin ünvanına həmin ifadələri nə üçün dediyini öyrənmək üçün sənətkara zəng etdik. Moderator.az-a özəl açıqlama verən xalq artisti bildirib ki, əslində məsələ başqa cür olub.

"Bu jurnalistlərin işi-gücü yoxdur da. Mənə sual ünvanladılar ki, "Türkiyədə zəlzələ olub, Nadir özünə ad günü keçirib. Buna münasibətiniz necədir?". Heç bilmədim ki, hansı Nadirdən söhbət gedir! Mən də dedim ki, get onu Nadirin özündən soruş da. Mən onunla maraqlanmıram. Buna nə fikir bildirim? İşim gücüm yoxdur?! İkincisi də camaat yasdadır, bu boyda fəlakət olub, bu nə sualdır? Əgər bu sualın cavabı sənə maraqlıdırsa, get onu Nadirdən soruş ki, niyə ad günü keçirmisən? Belə böyük bir beynəlxalq hadisə olub ki, mən ona münasibət bildirim?! Jurnalist həmin yazıda mənə ünvanladığı sualını yazmayıb. Çaşqınlıq da burdan yaranır. Nadiri təhqir etməmişəm, söyməmişəm. Mənim Nadirə hörmətim var, onunla heç bir problemim yoxdur. İkincisi də ad günü edib də özünə. Sizə borcu yoxdur ki! Bu jurnalistlər insanın əsəbi vaxtında zəng edib, it boğuşduranlar kimi adamı boğuşdurub, qalmaqallı yazı yazırlar. Bu nədir?! Camaat nə dərddə, bunlar nə dərddə?!" deyə sənətkar bildirib.

Məsələdən agah olan müğənni daha sonra yenidən saytımıza açıqlama verib.

"Jurnalistlərin məqsədi oxucu toplamaqdır. Bu qədər məsələlərin heç biri onlara dərs olmadı. İnanın, yazını oxuyanda öz-özümə dedim ki, Rasim Balayev mənim haqqımda niyə özündən danışıb? Çox təəssüf ki, sizin kimi jurnalistlərin adlarını ləkələyən həmkarlarınız da var. Doğum günüm fevralın 11-də idi. Amma mən fevralın 15-də qeyd etdim. Mən ad günümü qeyd edəndə artıq Türkiyədə matəm bitmişdi. Türkiyədə dünyasını dəyişənlərə rəhmət, ailələrinə səbr arzu edirəm. Ona qalsa fevralın 14-də sevgililər günündə şəhərin bütün restoranları ağzına kimi dolu idi. Hamı xoş günlərini qeyd etsə də, bu dərdi içində çəkir. Həmçinin də mən" deyə sənətkar bildirib.

Türkiyədə yolunu itirərək şəhərin ortasına qədər gələn suiti hər kəsi güldürdü  VİDEO like
  • 19 Fev 03:22  
Digərləri Türkiyədə yolunu itirərək şəhərin ortasına qədər gələn suiti hər kəsi güldürdü VİDEO

Türkiyədə yaşanan maraqlı bir hadisə ağır günlərini yaşayan sakinlər

arrow Ətraflı
Osmaniyədə bir ailə tutuquşu sayəsində zəlzələdə sağ qalıb   VİDEO like
  • 19 Fev 02:44  
Dünya Osmaniyədə bir ailə tutuquşu sayəsində zəlzələdə sağ qalıb VİDEO

Osmaniyədə bir ailə evlərində saxladıqları tutuquşunun sayəsində zəlz

arrow Ətraflı
Bürclərin yol yoldaşlığı like
  • 19 Fev 01:22  
Digərləri Bürclərin yol yoldaşlığı

Əgər bir insanla yol yoldaşı olmamısansa, həmin şəxsi tanımırsan deyir

arrow Ətraflı
Prezident: Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır like
  • 19 Fev 00:22  
Siyasət Prezident: Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.

arrow Ətraflı
Günün qoroskopu: Hazırlıq işlərinə başlayın like
  • 19 Fev 00:01  
Digərləri Günün qoroskopu: Hazırlıq işlərinə başlayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Türkiyədə 5,2 bal günündə zəlzələ olub like
  • 18 Fev 23:57  
Dünya Türkiyədə 5,2 bal günündə zəlzələ olub

Türkiyə 5,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Ev heyvanlarını qısırlaşdırmaq olar? like
  • 18 Fev 23:55  
Digərləri Ev heyvanlarını qısırlaşdırmaq olar?

Sual: Evdə saxlanan pişiklərin qısırlaşdırılması məsələsinin dini ba

arrow Ətraflı
Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? like
  • 18 Fev 23:50  
Digərləri Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir?

Bir şeyin haram olduğuna dair bir dəlil, yəni, ayə və yaxud hədis olmadı

arrow Ətraflı
Üzüm qabıq verir. Nə edim? like
  • 18 Fev 23:45  
Digərləri Üzüm qabıq verir. Nə edim?

Payız və qış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimi

arrow Ətraflı
Azərbaycan Prezidenti: "Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb" like
  • 18 Fev 23:43  
Siyasət Azərbaycan Prezidenti: "Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb"

Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb.

arrow Ətraflı
Quranı qaydalara əsasən oxumaq like
  • 18 Fev 23:40  
Digərləri Quranı qaydalara əsasən oxumaq

Sual: Mən Ərəb hərflərini məxrəclərindən çox da yaxşı çıxara bilm�

arrow Ətraflı
Azərbaycandan göndərilən humanitar yüklü qatar like
  • 18 Fev 23:39  
Digərləri Azərbaycandan göndərilən humanitar yüklü qatar

Türk iş adamlarının Azərbaycanda yaratdığı "Türkiyə Əsri Birlik

arrow Ətraflı
Səfirliyimizə hücum edən terrorçunu zərərsizləşdirən Vasif like
  • 18 Fev 23:38  
Digərləri Səfirliyimizə hücum edən terrorçunu zərərsizləşdirən Vasif

Yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı b

arrow Ətraflı
İlham Əliyev: "Azərbaycan 30 illik işğalı unuda bilmir" like
  • 18 Fev 23:36  
Siyasət İlham Əliyev: "Azərbaycan 30 illik işğalı unuda bilmir"

Biz Qarabağda bugünkü vəziyyəti və ya orada yaşayan erməni icması ilə

arrow Ətraflı