Bütün qurumlar Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına öz töhfəsini verməlidir
Siyasət 15 Fev 2023 16:15:00 316 0
Dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir sıra nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi tarixi fikirlərlə həyatımızda yeni bir mərhələyə qədəm qoyuldu. Bu çıxışdan sonra son 200 ildə tarixi torpaqlarımızdan qovulan soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı prosesinə yeni start verildi. Ölkə Prezidentinin qarşımıza qoyduğu digər məsələlərdən biri də Qayıdış Konsepsiyasının hazırlanması idi ki, artıq həmin konsepsiya ictimaiyyətə təqdim olunub. Bu, təkcə Qərbi azərbaycanlıların yox, eyni zamanda, 60 milyona yaxın azərbaycanlının məsələsidir. Bu baxımdan, Azərbaycanda olan bütün qurumlar bu məsələyə öz töhfəsini verməlidir. Çünki bu, hər birimizi düşündürən ümummilli məsələdir.
Bu xəbəri də oxu: Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı
Son.az Trend-ə istinadən bildirir ki, bunu jurmalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, soydaşlarımızın öz yurdlarına qayıtması məsələsində ölkədəki qurumlarla yanaşı, ölkə xaricindəki Azərbaycanla bağlı bütün təşkilatlar öz dəstəyini verməlidir:
"Həmçinin, vətəndaş cəmiyyətinin üzərinə çox böyük işlər düşür. Bu gün QHT Agentliyi ilə birgə keçirilən görüşümüzdə də əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə edəcəyik və gələcəkdə bu istiqamətdə atacağımız addımlarla bağlı qərarlar qəbul edəcəyik".
İcma sədri bildirib ki, bu yaxınlarda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına İctimai Dəstəklə bağlı qrant müsabiqəsi elan olunub: "Belə hesab edirik ki, həmin müsabiqənin həyata keçirilməsi bu sahədə atılmış mühüm addımlardan biri olacaq".
Son.az
Türkiyə Respublikasında baş vermiş və çoxsaylı insan tələfatına səb�
Türkiyə və Suriyada baş verən faciədə zərərçəkənlərə yardım məqs
Qobustan rayonunda 7 yaşlı qız cərrahi əməliyyat zamanı vəfat edib.
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlar�
Göyçayın 1300 sakini olan Ulaşlı Şıxlı kəndinin yolları o qədər bər
Bakıda Ukraynanın "The one in a Million" Qadın Biznes klubu və mə
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq rəssamı Natiq Kamal oğ
Türkiyənin Kahramanmaraş vilayətində baş verən güclü zəlzələlərdən
Prezident İlham Əliyev Ö.H.Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının
Xəbər verdiyimiz kimi, 84 yaşında dünyasını dəyişən Türkiyənin tanı
Ermənistanla Türkiyənin diplomatik münasibətləri normallaşmağa doğru ge
"Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdən zə
Türkiyədə toy karvanında ağır yol qəzası baş verib.
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd