Bu tarixdən TAPa əlavə qaz həcmləri yüklənəcək
Digərləri 13 Fev 2023 10:47:00 306 0
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli ötürücülük imkanları 2025-ci ilin sonunda əlçatan olacaq.
Bu xəbəri də oxu: Avtomobil motosikletlə toqquşdu ölən var
Bu barədə TAP-ın icraçı direktoru Luka Skyepatti Trend-ə eksklüziv müsahibəsində deyib.
"Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üzrə bazar testinin yekunlarına əsasən, 2026-cı ilin dekabrından 2028-ci ilin dekabrına qədər ildə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql olunması, ikinci partiyanın isə 2026-cı ilin oktyabrından 2033-cü ilin sentyabrına qədər tədarükü istənilib. 2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli ötürücülük imkanları üzrə hazırda sazişlər imzalamaqdayıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın payına düşür, 200 milyon kubmetr isə Albaniyaya tədarük olunacaq", - o açıqlayıb.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
2026-cı ilə qədər yüksək və orta-yüksək texnoloji sənayenin ümumi əl
"Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbayca
Azərbaycanlı məşhur iş adamı, "Emiland" modalar evinin rəhbəri
Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binaları
Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və qanu
Hatayda dağıntılar altından azərbaycanlı ailənin cansız bədəni çıxar
Fevralın 13-də səhər saatlarında Petropavlovsk (Qazaxıstan) şəhərinin 4
Bazar ertəsi bəzi ölkələrdə "Twitter" mikrobloqlar xidmətinin f
Qərb Almaniya və Rusiya arasında yaxınlaşmaya imkan vermək istəmir, çün
İsveçrənin ən böyük maliyyə konqlomeratı "Credit Suisse" Rusiy
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba