Seyyidlərin payı
Digərləri 12 Fev 2023 21:40:00 247 0
Sual 94: Kişi öhdəsində olan xərclərin ödənməsi üçün seyid zövcəsinə və övladlarına (məsələn yemək və geyim üçün) seyid payından verə bilərmi?
Bu xəbəri də oxu: Fidandan Trampın Ərdoğanla bağlı sözlərinə
(Məkarim, Xamenei və Vəhiddən başqa) Bütün müctəhidlərin rə`yi: Vacib ehtiyata əsasən icazə verilmir.
Məkarim, Xamenei və Vəhid: Xeyir, icazə verilmir.
Sual 95: Kişi öz seyid zövcəsi və övladlarına onun öhdəsində olmayan xərclərinə sərf etmələri üçün seyid payından verə bilərmi?
İmam (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan icazə verilmir.
Behcət, Fazil, Məkarim, Nuri və Vəhid: İmamın (ə) payını şər`i hakimin icazəsi olmadan verməyə icazə yoxdur. Seyidlərin payını isə vacib ehtiyata əsasən şər`i hakimin icazəsi ilə verməlidir.
Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar. Lakin imamın (ə) payı şər`i hakimin icazəsi ilə verilməlidir.
Sual 96: Seyid ata övladının təhsil xərclərini xümsdən ödəyə bilərmi?
İmam (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan icazə yoxdur.
Behcət, Fazil, Məkarim, Nuri və Vəhid: İmamın (ə) payını şər`i hakimin icazəsi olmadan verməyə icazə yoxdur. Seyidlərin payı isə vacib ehtiyata əsasən şər`i hakimin icazəsi ilə verilməlidir.
Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar; lakin imamın (ə) payı şər`i hakimin icazəsi ilə verilməlidir.
Qeyd: Təhsil xərcləri dolanışıq və vacib xərclərdən deyil.
Sual 97: Xümsü ehtiyaclı seyid tələbəyə verə bilərikmi?
İmam (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan bu işə icazə yoxdur.
Fazil, Nuri, Məkarim, Behcət və Vəhid: İmamın payını şər`i hakimin icazəsi olmadan vermək olmaz. Seyidlərin payı isə vacib ehtiyata əsasən şər`i hakimin icazəsilə verilməlidir.
Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar. Lakin imamın (ə) payı şər`i hakimin icazəsi ilə verilməlidir.
Sual 98: İlin xərcindən artıq ruzisi olan seyidə xüms vermək olarmı?
Bütün müctəhidlərin rə`yi: Xeyr, seyidlərin payının verilməsində fəqirliyin nəzərə alınması şərtdir.
"Qalatasaray", "Başakşəhər", "Karagümrük" v�
Tanınmış aktyor Çağatay Ulusoy da əsrin fəlakəti adlandırılan Kahraman
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Almaniyada Kahramanmaraş m�
Rusiyada hər gün kovidə yoluxanlar və ölənlərin sayı artır. Ekspertlər
Dini mətnlərdə qeyd edilib ki, Seyid Hüseyni qiyamı İmam Mehdinin (ə.f) z
"Rusiyanın Ermənistandakı "yumşaq güc" dairəsi effektli iş
Türkiyədə 14 maya planlaşdırılan prezident seçkilərinin təxirə salınm
İltihab əleyhinə qlükokortikosteroid dərman deksametazonun ağır koronavir
İran bundan əvvəl də müxtəlif qruplara Suriyaya yardım adı altında sila
Türkiyədə baş verən iki güclü zəlzələdən 156 saat sonra dağıntılar
Günorta tez-tez əsnəyən insan bu simptoma fikir verməlidir. Bu bəzi çox t
Hindistan zəlzələdən zərər çəkmiş Suriyaya 23 tondan çox humanitar yar
Əhli-beyt imamlarının, xüsusilə, Ali-əbadan sayılan Həzrət Əli, Həsə