"Hamı məni babama bənzədir, çünki ikimizin də gözü göy idi"
Şou-biznes 11 Fev 2023 05:22:00 1348 0
"Adımı babam Arif Quliyev qoyub. Valideynlərim danışırdı ki, mən dünyaya gələndə çox sevinib, hamıya şirinlik paylayıb ki, Rövşənin oğlu olub, adını da Arif qoymuşam. Hamı məni babama bənzədir. Çünki ikimizin də gözü göy idi. Hətta qastrol səfərlərinə, çəkiliş meydançalarına gedəndə də məni özü ilə aparırdı. Deyirdi ki, mən sənsiz darıxıram. Evə gələndə mütləq mənim üçün oyuncaq alırdı. Anam danışır ki, bəzən baban evə gələndə sən yatmış olurdun. Anama deyirdi ki, onu yuxudan oyat, Arif üçün mütləq nəsə almalıyam. Mən babama, babam da mənə çox bağlı idi. Deyirdi ki, mən Ariflə fəxr edirəm. Kimsə məni tərifləyəndə, haqqımda xoş sözlər deyəndə babamın ürəyi dağa dönürdü".
Bu xəbəri də oxu: İçkili vəziyyətdə görüntülənən Nejat İşler yerə yıxıldı
Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Arif Quliyevin adını daşıyan nəvəsi Arif deyib.
"Bütün nəvələrini çox istəyirdi, amma məni onların hamısından seçirdi. Həmişə deyirdi ki, istəyirəm Arif ən gözəl universitetlərdə oxusun. Bir gün ona dedim ki, baba, pilot olmaq istəyirəm. Mənə dedi ki, sənə güvənirəm, bacaracaqsan. Çünki bilirdi ki, dərslərimi yaxşı oxuyuram. Hər dəfə dərslərimlə maraqlanırdı, gündəliyimə baxırdı, yaxşı qiymətlər görəndə ürəkdən sevinirdi. 10-cu sinifdə oxuyanda babam hər yerdə deyirdi ki, nəvəm pilot olacaq. Çox şükür ki, onun bu arzusunu yerinə yetirib, Milli Aviasiya Akademiyasına daxil oldum. Təəssüflər olsun ki, babam bu günü görmədi. Amma inanıram ki, onun da ruhu şaddır ki, arzusu həyata keçib. Ən çox mənim yuxularıma gəlir. Yuxuda da bizi güldürür, sevinir, üzündə gülüş olur" deyə sənətkarın nəvəsi bildirib.
Sənətkarın nəvəsi bildirib ki, babası bir çox hallarda kədərini onlardan gizlədə bilməyib.
"Babam gün ərzində çox işləyirdi. İşdən sonra isə ehtiyacı olan insanlara köməklik edirdi. Uşaq evində böyüdüyünə görə ehtiyacın nə olduğunu bilirdi. Nə qədər yorğun olsa belə evə gələndə mütləq bizə vaxt ayırırdı. Heç vaxt kədərini bizə bildirmirdi, amma zaman-zaman onun göz yaşlarına da şahid olurduq. Uşaqlığı çox ağır keçmişdi, çox kövrək insan idi.
Bir məsəl var- "Çox gülənin, dərdi də çox olar". Həqiqətən də babam dərdli biri idi. Amma bununla belə o tamaşaçılarına, sevənlərinə hər zaman gülüş bəxş edirdi. Tez-tez valideynlərini düşünürdü, fikirləşirdi. Bəzən bizə deyirdi ki, siz çox şanslısınız ki, atanız da, ananız da yanınızdadır, mən nə ata görmüşəm, nə də ki, ana! Hər zaman məsləhət verirdi ki, valideynlərinizin sözlərinə qulaq asın. Bu gün babam kimi aktyorlar olduqca azdır. Gözümüz hər yerdə onu axtarır! Hələ də yoxluğuna inanmırıq. Yaxşı ki, onun nəvəsi kimi doğulmaq mənə nəsib olub" deyə xalq artistinin nəvəsi bildirib.
Yer kürəsi əhalisinin əksəriyyəti qurd və parazit xəstəliklərindən ə
Son.az xəbər verir ki, bunu əməkdar artist Ələsgər Məmmədoğlunun oğlu
Yapon qadınları bu vasitədən istifadə etməklə öz dərilrini gənc və t�
İngiltərə kralı III Çarlz yırtılmış corabla məscidə gələrək gülü
Ayaqlarda ağrılar müxtəlif patoloji xəstəliklər zamanı meydana gələ bi
"Sür, cərimə meydançasında aydınlaşdırarıq".
Boyun bölgəsində əmələ gələn ağrılar boyun fqərələrinin sürüşmə
Türkiyəli tanınmış stilist Anıl Çakmak küçədə rastlaşdığı evsiz b
Mütəxəssislərin fikrinə görə, 3 aydan çox saxlandıqda kartof demək ola
Supermodel Bella Hadidin yeni görünüşünü başına qaxınc ediblər.
"Ruben Vardanyanın Qarabağdan qaçması ilə bağlı rəsmi məlumat yoxd
"EU Reporter" Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"ABŞ İranın özlüyündə regionda yaratdığı problemin fərqindədir&
Baş nazir Nikol Paşinyanın məntiqinə görə, rəsmi İrəvan Rusiya və Kol