Xankəndidə Vardanyanın qaçmasından istifadə etdi Rusiya
Siyasət 11 Fev 2023 00:11:00 332 0
"Ruben Vardanyanın Qarabağdan qaçması ilə bağlı rəsmi məlumat yoxdur. Yəni o qaçıbdır, yaxud yenidən qayıdıb gəlib bəyanat verəcək, istefa verəcək, bu barədə dəqiq heçnə bilinmir".
Bu xəbəri də oxu: Prezident FrankValter Ştaynmayerə başsağlığı verib
"Vardanyanın Qarabağdan çıxma səbəbi təlimata getmək məqsədi daşıyırsa, yəqin ki, onun qayıdışı da olacaq. O, hazırda Moskvadadır, hansı təlimatları alır deyə bilmərik. Əgər qaçmış olsaydı istefasını verib, gedərdi.
Vardanyanın Qarabağdan çıxması iki yolla mümkün ola bilərdi: Ya sülhməramlılar onu aparıblar, ya da ki, Qırmızı Xaç Komitəsi vasitəsi ilə çıxıb. Amma sülhməramlı variantı daha real görünür. Bütün hallarda Vardanyana şərait yaradılıb, çox rahatlıqla Laçın yolundan keçərək gedib.
Araik Arutyunyanın Moskvaya getməsi, qayıtması, ardınca Ruben Vardanyanın getməsi onu göstərir ki, bu iki separatçı arasında soyuqluq var. Onlar arasında olan qarşıdurma, narazılıq artıq özünü büruzə verməyə başlayır. Çünki dünən Araikin elə bütünlüklə Qarabağın "güc strukturlarını" yığıb, iclas etməsi, xüsusi tapşırıqlar verməsi artıq onu göstərir ki, Araik Arutyunyan Ruben Vardanyana əzələ nümayişinə başlayıb ki, yəni hələ də qondarma rejimin "güc strukturları" ona tabedir.
Bu baxımdan indi gözləmək lazımdır. Bütün hallarda yəqin ki, gedibsə ora qayıtmalı olacaq. Əgər qayıdarsa da bu məsələni gündəmə gətirmək lazım olacaq ki, qeyri-qanuni olaraq onu gizli şəkildə Qarabağdan kim çıxarıb və kim geri qaytarıb?! Bu məsələnin üstünə getmək lazımdır, boşuna buraxmaq olmaz.
Çox güman ki, burada vasitəçi Rusiyadır. Onlar üçün belə bir şərait yaradır, separatçılar da çox rahatlıqla Qarabağı tərk edib, işlərini həll edirlər, tapşırıq və təlimatlarını alaraq geri qayıdırlar. Son məlumatlara görə hazırda Vardanyan Moskvada bir-sıra görüşlərini davam etdirir".
Təhməz Əsədov Son.az
"EU Reporter" Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"ABŞ İranın özlüyündə regionda yaratdığı problemin fərqindədir&
Baş nazir Nikol Paşinyanın məntiqinə görə, rəsmi İrəvan Rusiya və Kol
İtaliya Fransa ilə birlikdə SAMP-T hava hücumundan müdafiə sistemlərinin
Rusiya Suriyaya zəlzələ səbəbindən 35 ton humanitar yardım çatdırıb.
FTB keçmiş vitse-prezident Maykl Pensin evində axtarış keçirilib.
ChatGPT kimi süni intellekt sistemlərinin yayılması o qədər də uzaq olmay
"Aİ-nin Ermənistandakı yeni missiyasına əlvə qüvvə cəlb olunması
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1 387 nəfər çatıb.
Türkiyədə Qəhrəmanmaraş şəhərində zəlzələdən 111 saat sonra uçan
Türkiyədə 17 avqust 1999-cu ildə baş vermiş zəlzələ zamanı qırılma x
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın