Atasına “olmaz” deyən bələdiyyə sədri Türkiyədə gündəm oldu O, kiçik qəsəbəni zəlzələdən necə qoruyub?


Dünya 10 Fev 2023 23:18:00 314 0

Atasına “olmaz” deyən bələdiyyə sədri Türkiyədə gündəm oldu  O, kiçik qəsəbəni zəlzələdən necə qoruyub?

Türkiyədə 17 avqust 1999-cu ildə baş vermiş zəlzələ zamanı qırılma xəttində yerləşməsinə baxmayaraq, bir kərpicinin belə düşmədiyi Tavşancıl rayonu yenidən gündəm olub.

Həmin zaman nə baş verib? Tavşancıl niyə güclü zəlzələyə rəğmən zərər görməyib?

Son.az sfera.az-a istinadən bununla bağlı maraqlı faktları təqdim edir.

1999-cu il avqustun 17-də baş vermiş Mərmərə zəlzələsi İzmit körfəzinə böyük ziyan vurub. Rəsmi rəqəmlərə görə, Şimali Anadolu fay xəttində baş verən zəlzələdə 18 mindən çox vətəndaş həyatını itirib, 365 min iş yeri və yaşayış evi ziyan görüb. Ancaq bütün körfəzə təsir edən zəlzələ Tavşancılda heç bir dağıntıya səbəb olmayıb. Buna səbəb isə dövrün bələdiyyə başçısının zəlzələ riskinə qarşı elm adamlarının tövsiyələrinə uyğun olaraq rayonlaşdırma planını hazırlaması idi.

Tarixi məkan..

700 illik tarixi olan Tavşancıl 21 dekabr 1987-ci ildə verilən qərarla kənddən qəsəbəyə çevrilib. Bura 2008-ci ilin iyul ayına qədər Gebze mahalına bağlı idi. 2008-ci ilin fevralında isə Tavşancıl Dilovası ilə birləşdirilib. Mərmərə dənizinin sahilində yerləşən qəsəbənin sahəsi 12,14 kvadrat kilometrdir. Tavşancıl bağlı olduğu Dilovası şəhər mərkəzindən 3,3 kilometr məsafədədir. Qəsəbənin Kocaeli şəhər mərkəzinə olan məsafəsi təxminən 27 kilometrdir. Buradakı binalar alçaqdır və bir-birinə çox da yaxın deyil.

Tavşancılın taleyini kim, necə dəyişdi?

1989-cu ildə burada yerli seçkilərdə Salih Gün bələdiyyə başqanı seçilir. O, rayonlaşdırma planını hazırlayarkən elm adamlarına müraciət edib. Onlar bölgədəki zəlzələ riskinə diqqət çəkib. Alimlərin zəlzələ riski ilə bağlı xəbərdarlıqlarını nəzərə alan Salih Gün Bələdiyyə Məclisi üzvlərinin, dostlarının, hətta öz atasının tələb və reaksiyalarına əhəmiyyət verməyib. Məlumata görə, alimlərin təkliflərinə uyğun olaraq rayonlaşdırma planı hazırlandıqdan sonra heç bir güzəştə getməyən Salih Gün hətta bir çox yaxınları ilə də dalaşıb. Sözügedən plan ictimaiyyət arasında mübahisə yaradıb.

Atasına belə icazə vermədi...

Salih Günün qızı Nida Günmez həmin dövrü belə xatırlayır:

"Plan əks-səda doğurmuşdü. Atamın ən yaxın dostları da ondan incimişdilər. Hətta rəhmətlik babam evimizi bir mərtəbə artırmaq istədi, amma atam öz atasına belə icazə vermədi. O, "bura zəlzələ bölgəsidir, ata, qətiyyən olmaz!", deyə söylədi. Atam həmişə deyirdi ki, insanları itirməkdənsə, səsləri itirməyi üstün tuturam".

Beləliklə, Salih Günün bu addımı 1999-cu il zəlzələsi zamanı yaşadığı qəsəbədə bir mismarın belə yerindən tərpənməməsini təmin edib.

Qeyd edək ki, 1946-cı il təvəllüdlü Salih Gün Tavşancılda doğulub. Təhsil aldıqdan sonra o, Çimse-İş Birliyində müdir, Marşal Boya Fabrikində təhlükəsizlik məsələləri üzrə müdir müavini, Tavşancılspor Klubunun prezidenti, Tavşancıl Bələdiyyə Başçısı və Kocaeli millət vəkili vəzifələrində çalışıb. O, 2022-ci ildə koronavirus səbəbi ilə dünyasını dəyişib.

Növbəti humanitar yardım Türkiyəyə yola salınıb like
  • 10 Fev 23:12  
Digərləri Növbəti humanitar yardım Türkiyəyə yola salınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın

arrow Ətraflı
Zəlzələdə həyatını itirən gənc qızın 3 il əvvəlki PAYLAŞIMI like
  • 10 Fev 23:03  
Dünya Zəlzələdə həyatını itirən gənc qızın 3 il əvvəlki PAYLAŞIMI

Türkiyədəki zəlzələ zamanı həyatını itirənlərdən biri də Şeyma ad

arrow Ətraflı
Dağıntılar altından çıxarılan 20 min nəfər təxliyyə edilib like
  • 10 Fev 22:58  
Dünya Dağıntılar altından çıxarılan 20 min nəfər təxliyyə edilib

Türkiyədə zəlzələ bölgəsində dağıntı altından çıxarılan 20 min n

arrow Ətraflı
Sandu baş nazir postuna Reçanı gətirir like
  • 10 Fev 22:53  
Dünya Sandu baş nazir postuna Reçanı gətirir

Moldova Prezidenti Maya Sandu yeni Baş nazir vəzifəsinə Dorin Reçanın nami

arrow Ətraflı
Zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı like
  • 10 Fev 22:47  
Digərləri Zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı

Türkiyədə zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşların

arrow Ətraflı
Zəlzələdə itkin düşən 4 Azərbaycan vətəndaşının yeri like
  • 10 Fev 22:41  
Digərləri Zəlzələdə itkin düşən 4 Azərbaycan vətəndaşının yeri

Türkiyədə zəlzələ zamanı itkin düşən 4 Azərbaycan vətəndaşının y

arrow Ətraflı
Rusiya bir gündə Ukraynaya 100 raket atdı like
  • 10 Fev 22:29  
Dünya Rusiya bir gündə Ukraynaya 100 raket atdı

Rusiya növbəti genişmiqyaslı hücumda gün ərzində Ukrayna ərazisinə 100

arrow Ətraflı
Anna Akopyan korrupsiyada ittiham edildi like
  • 10 Fev 22:24  
Dünya Anna Akopyan korrupsiyada ittiham edildi

Ermənistan baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan korrupsiya itti

arrow Ətraflı
438 nəfər Azərbaycan vətəndaşı zəlzələ bölgəsindən təxliyə olunub like
  • 10 Fev 22:17  
Digərləri 438 nəfər Azərbaycan vətəndaşı zəlzələ bölgəsindən təxliyə olunub

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıc

arrow Ətraflı
Zəlzələdə çökən binanı tikən ustadan ŞOK AÇIQLAMA  3 ton əvəzinə...  VİDEO like
  • 10 Fev 22:12  
Dünya Zəlzələdə çökən binanı tikən ustadan ŞOK AÇIQLAMA 3 ton əvəzinə... VİDEO

Türkiyədə dəhşətli zəlzələ nəticəsində baş verən dağıntılar alt

arrow Ətraflı
Rusiya bir gündə Ukraynaya 100 raket atdı like
  • 10 Fev 22:07  
Dünya Rusiya bir gündə Ukraynaya 100 raket atdı

Rusiya növbəti genişmiqyaslı hücumda gün ərzində Ukrayna ərazisinə 100

arrow Ətraflı
Xilasedicilərimiz gecə də axtarışları davam etdirir like
  • 10 Fev 22:02  
Digərləri Xilasedicilərimiz gecə də axtarışları davam etdirir

Azərbaycan xilasediciləri Türkiyənin Qəhrəmanmaraş şəhərində gecə va

arrow Ətraflı
Vətən müharibəsinin könüllü həkimləri Kahramanmaraşa uçur  Oqtay Mehdiyevdən açıqlama like
  • 10 Fev 21:56  
Digərləri Vətən müharibəsinin könüllü həkimləri Kahramanmaraşa uçur Oqtay Mehdiyevdən açıqlama

44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş peşəkar həkim

arrow Ətraflı