İrəvan onu hansı fəlakətin gözlədiyini anlayır?
Dünya 09 Fev 2023 10:54:00 326 0
Hazırda Kreml Ermənistanın nə istədiyini və erməni milli maraqlarının nədən ibarət olduğunu başa düşmür.
Bu xəbəri də oxu: Marketlərdən toplanılacaq qida siyahısı şokolad, süd, kərə yağı...
Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Tokarev deyib.
"Xarici siyasət oriyentasiyanız necədir" sualına müxtəlif ictimai-siyasi qüvvələrə müraciət etsəniz, fərqli cavablar alacaqsınız. "Təhlükəsizliyinizi kim təmin etməlidir" sualına üç cavab alacaqsınız: İran, Fransa və Rusiya. "Qarabağda sülhməramlılar qalmalıdılarmı" sualına da müxtəlif cavablar alacaqsınız. Hətta "İrəvan Qarabağla bundan sonra nə etməyi planlaşdırır" sualına da fərqli cavablar verilir. Ermənistanda proseslərə hakim gücün bir, xalqın başqa, müxalifətin isə tamam başqa baxışı var. Buna görə də İrəvanın nə istədiyi bəlli deyil", - o bildirib.
Tokarev qeyd edib ki, bu gün Ermənistanda İrəvanın Qarabağı tərk etmək istəməməsi ilə bağlı dəqiq konsolidə edilmiş mövqe yoxdur:
"Üstəlik, Ermənistanda mühüm regional məsələlərlə bağlı fikirləri dövlət aparatının bəzi nümayəndələri və hakimiyyətə birbaşa aidiyyatı olmayan ayrı-ayrı media orqanları təbliğ edir. Amma Moskva onların gündəminin necə formalaşdığını yaxşı başa düşür. Kreml İrəvan hakimiyyətinin Rusiya-Ermənistan dialoqu ilə bağlı sistemli iş görməməsindən çaşqındır. Ermənistan rəhbərliyi səfərləri və sənədləri koordinasiya edir, sonra isə onlar pozulur və ya pislənir ki, bu da ikitərəfli münasibətlərdə müəyyən çətinliklərə səbəb olur.
Əminliklə bu suallara cavab almaq istəyirsən: Qarabağda hadisələrin gələcək inkişafını necə görürsünüz? Ermənistan siyasi isteblişmentinin Qərbə üz tutması fonunda Rusiyanı sıxışdırmaq siyasəti davam edərsə, gələcəkdə nə böyük fəlakətlər gözlənilir, başa düşülürmü? Ermənistan cəmiyyəti indiki siyasət davam etdirilərsə, İrəvanı hansı tarixi və humanitar fəlakətin gözlədiyini anlayırmı?"
Türkiyədə transseksualın sosial şəbəkədə paylaşdığı video böyük �
Etdiyi yardımları gizli tutmağı seçən Tarkanın zəlzələnin ilk günü f
Yanvarın 28 və 29-da Güney Azərbaycanın Xoy şəhərində zəlzələ oldu.
Ötən gün Türkiyədə saat 13.24-də mərkəzi Elbistan olan daha 7,6 bal gü
"Bu gün 59-cu gündür ki, ekofəalların aksiyaları davam edir. Hazırda
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Türki
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev
Slovakiya mövcud infrastrukturunu Azərbaycandan qaz idxalına uyğunlaşdırma
Fevralın 6-da Türkiyədə zəlzələdən bir neçə saniyə əvvəl səmada m
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə ə
Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməyini istəmi
İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandır�