Heydər Əliyevin bir günü: 1994cü ilin fevralında Türkiyəyə ilk rəsmi səfər
Siyasət 09 Fev 2023 10:14:00 328 0
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyevin bir günü" adlı xüsusi layihə başladıb. Ümummilli liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza ümummilli liderin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını gündəlik xronikada bizimlə birgə yada salmağı təklif edirik.
Bu xəbəri də oxu: İrəvanın “gizli rəhbəri” hərəkətə keçdi
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə yenidən qayıtdıqdan sonra Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verib və 10 il ərzində bu kursun yüksələn xətt üzrə inkişafını təmin edib. Bu istiqamətdə ilk addım isə Azərbaycan Prezidentinin 8-11 fevral 1994-cü il tarixdə Türkiyəyə ilk rəsmi səfəri olub.
8 fevral 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyəti prezidentinin iqamətgahı olan "Çankaya" köşkündə Prezident Süleyman Dəmirəl tərəfindən rəsmi qarşılanma mərasimi olub. Qarşılanma mərasimində çıxış edən Prezident Heydər Əliyev bildirib: "Bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım olmuşdur".
Elə həmin gün "Çankaya" köşkündə Azərbaycan Prezidentinin şərəfinə Türkiyə Prezidenti Süleyman Dəmirəl ziyafət təşkil edib.
Sonra Prezident Heydər Əliyev Türkiyə Cüvhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarını ziyarət edib, xatirə kitabına ürək sözlərini yazıb.
Fevralın 9-da Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisində olub, millət vəkilləri qarşısnda çıxış edib. Türkiyə-Azərbaycan münasibətlərinin tarixinə toxunan Heydər Əliyev qeyd edib: "Sizə bildirmək istəyirəm ki, xalqlarımızın keçmiş tarixi, bu günə qədər yaşadığımız dövr bundan sonra daha yaxın, daha çox dost və qardaş olmağımız üçün böyük təməldir. Əmin ola bilərsiniz ki, biz bu təməl əsasında bundan sonra da irəli gedəcəyik, Türkiyə ilə Azərbaycan arasında iqtisadi, ticarət, elm, mədəniyyət, təhsil sahəsində, bütün başqa sahələrdə əlaqələr xüsusi xarakter daşıyacaq, başqa dövlətlərlə olan əlaqələrdən dostluq, qardaşlıq əlaqələri kimi fərqlənəcəkdir. Bizim mövqeyimiz belədir. Biz bu yolla gedəcəyik və əmin olun ki, bugünkü Azərbaycan dövləti bu yola sadiqdir və sadiq qalacaqdır".
Həmin gün Prezident Heydər Əliyev Bilkənd Universiteti İdarə Heyətinin sədri İhsan Doğramaçı ilə görüşüb və Azərbaycan Prezidentinə Hacəttəpə Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi olub.
Fevralın 9-da həmçinin, səfərin ən mühüm hadisələrindən biri, Türkiyə-Azərbaycan sənədlərinin imzalanması mərasimi olub. İki dövlət arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında protokol, elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr barədə saziş, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş imzalanıb. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalanıb. Bu sənəd iki ölkə arasında gələcək əlaqələrin inkişafı üçün çox dəyərli və gərəkli əsasdır. Ümumilikdə isə Türkiyə Cümhuriyyətinin dövlət rəhbərləri ilə, nazirlərlə 16-dək müqavilə və protokol imzalanıb. Həmin sənədlərdə ayrı-ayrı sahələrdə münasibətlərin genişləndirilməsi və inkişaf etdirilməsi proqramı öz əksini tapıb.
Fevralın 10-da Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyənin mötəbər iş adamları ilə görüşüb. Heydər Əliyev Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrin inkişafına böyük maraq göstərdiyini vurğulayıb və Türkiyənin böyük şirkətlərinə investisiya qoymaq üçün hər cür şərait yaratmağa hazır olduğunu bildirib.
Fevralın 11-də Ankarada görüşlərini başa vuran Azərbaycan Prezidenti İstanbula yollanıb. İstanbulda Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil olunan mətbuat konfransında Türkiyəyə ilk rəsmi səfərinin yekunları barədə ətraflı məlumat verib.
Bütövlükdə Azərbaycan Respublikası Prezidentinin Türkiyə Cümhuriyyətinə ilk rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına böyük təkan verib.
Slovakiya mövcud infrastrukturunu Azərbaycandan qaz idxalına uyğunlaşdırma
Fevralın 6-da Türkiyədə zəlzələdən bir neçə saniyə əvvəl səmada m
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə ə
Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməyini istəmi
İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandır�
Almaniya Ukraynaya 2 "Leopard" tankı və 5 zirehli maşın göndərib
İran rejiminin imzaladığı əfv heç bir zaman Azərbaycan milli hərəkatın
Spirtli içki səbəbli qaraciyərin zədələnməsi uzun müddət spirtli içki
G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyal
Aqrofobiya bir çox insanlarda rast gəlinən bir fobiyadır. Bu ən çox özün
ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya üzrə rəhb
Polşa tərəfi ABŞ-dən HIMARS reaktiv yaylım atəşi sistemləri üçün 500