Spirtli içki səbəbli qaraciyərin zədələnməsi
Digərləri 09 Fev 2023 08:55:00 367 0
Spirtli içki səbəbli qaraciyərin zədələnməsi uzun müddət spirtli içki içən adamlarda baş verir. Spirtli içki qaraciyərin aşağıdakı zədələnmələrinə səbəb olur: * piy toxumasının yığılması ( steatoz) * iltihablaşma (alkohol hepatiti) * fibroz qara ciyər ( sirroz) Yuxarıda adları çəkilən xəstəliklərin ağırlıq dərəcəsi qəbul edilən spirtli içkinin miqdarında asılı olaraq dəyişir. Qadınlarda spirtli içki səbəbində baş verən qaraciyər xəstəlikləri kişilərdəkindən daha tez əmələ gəlir və qısa zamanda ağırlaşmalar verir.
Bu xəbəri də oxu: Toy evində
Qadınlar gün ərzində 10 qram təmiz spirt (200 qram çaxır, 0,5 litr pivə və s.), kişiləri isə gün ərzində 50 qram təmiz spirt (0,5 litr çaxır, 1,25 litr pivə və ya 200 qram araq) qəbul etdikdə qaraciyərin xəstələnmə şansı çox olur.
Xəstəliyin əlamətləri qəbul edilən spirtin miqdarından və keyfiyyətindən asılı olaraq dəyişir. Erkən yaşlarından içməyə başlayan adamlarda 30-40 yaşlarından qaraciyər zədələnir. 40 yaşdan sonra isə qaraciyər tam zədələnmiş olur.
Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir: * qarının sağ tərəfində ağrı * qaraciyərin böyüməsi və sağ qabırğaaltı nahiyədə ağırlaşma hissi * ağızda quruluq * yorğunluq * dəridə sarılıq * iştahanın olmaması * ürəkbulanma * ayaqlarda şişkinlik * arıqlama Spirtli içki içən adamların qaraciyəri zədədləndikdə onların dərilərinin rəngi sarımtıl-qara, xoşagəlməz tünd olur. Onların əl və ayaqlarının rəngi qırmızıya çalır, kapilyar damarlarda qansızmalar meydana çıxır. Dəridə ulduzcuq şəklində qansızmalar görünür. Belə xəstələrdə bəzən burun və ya bağırsaq qanaxmaları müşahidə edilir.
Uzun müddət spirtli içki qəbul edənlərin sinir sistemnidə də patoloji əlamətlər meydana çıxır. Belə adamlar əsəbi, həyəcanlı, bəzən halsız olur, onlarda keylik müşahidə edilir. Diqqət dağınıqlığı, yaddaşsızlıq, halyusiyasiya, əl və ayaqlarda əsmələr, ağrı, fiziki lənglik müşahidə edilir. Belə kişilərin yumurtalıqları kiçilir, qadınların isə döşlərində böyümə baş verir.
G7 ölkələri Çin, İran və Şimali Koreya şirkətlərinə qarşı sanksiyal
Aqrofobiya bir çox insanlarda rast gəlinən bir fobiyadır. Bu ən çox özün
ABŞ Milli Təhlükəsizlik Şurasının Rusiya və Mərkəzi Asiya üzrə rəhb
Polşa tərəfi ABŞ-dən HIMARS reaktiv yaylım atəşi sistemləri üçün 500
Ukrayna əsirliyinə könüllü təslim olmaq barədə "Yaşamaq istəyirə
Almaniya Avropa Birliyində (AB) partnyorlarının Ukrayana kifayət qədər &qu
Türkiyə və onun xalqı güclü zəlzələlərin ağır nəticələrinin öhd�
Ginekologiya qadın xəstəliklərindən bəhs edən elmdir. Ginekologiya müst�
Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Al
Təəssüf ki, bəzi şəxslər sosial şəbəkələrdə müəyyən şərhlər y
"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehri
Xalq təbabət ilə dəridki qırışlardan qurtarmağın yolları. Müasir gü
Ukrayna ordusunun hücum əməliyyatları üçün vasitələri yoxdur, tam məğ
Rusiyanın Novosibirsk şəhərində beşmərtəbəli binada qaz sızması nəti