İran zəlzələdən çirkin siyasəti üçün istifadə etdi


Digərləri 09 Fev 2023 10:33:00 340 0

İran zəlzələdən çirkin siyasəti üçün istifadə etdi

Yanvarın 28 və 29-da Güney Azərbaycanın Xoy şəhərində zəlzələ oldu. Hakimiyyət öz sakinlərini başsız buraxdı. Lakin Suriyada 6 fevralda baş verən zəlzələ fəlakətinə səssiz qalmadı. Qısa vaxt ərzində yardıma qaçdı.

Son.az xəbər verir ki, bu sözləri Axar.az-a İran məsələləri üzrə tanınmış ekspert Mehdi Nəimi deyib.

Xoy sakinlərinin zəlzələdən sonra soyuq hava şəraitində çöldə qaldığına diqqət çəkən ekspert fövqalədə vəziyyətdə insanların ilk olaraq hökumətə göz dikdiyini vurğulayıb:

"Xoy sakinlərinin rəsmi qurumlardan yardıma dair gözləntiləri vardı, lakin onların ümidi özünü doğrulatmadı. Tehran rejimi bu məsələni həll etmək üçün yetərincə səy göstərmədi. Nə özü kömək etdi, nə də qardaş ölkələrin yardımını qəbul etdi. Zəlzələdən qısa vaxt keçməmiş Azərbaycan və Türkiyə yardım təklifi etsə də, Tehran rejimi təklifi geri çevirdi. Türkiyə İrana görə daha müasir imkanlara malikdir. Ona görə də İran rəqib ölkənin üstünlüklərinin nəzərə çarpmasından ehtiyat edirdi. Türkiyə Xoy əhalisinə yüksək səviyyədə yardım etsəydi, Xoy sakinlərinin onlara qarşı rəğbəti arta bilərdi. Quzey Azərbaycanın da yardıma gəlməsi eyni cür nəticələnəcəkdi. Bu da Güney və Quzey əlaqələrini daha da sıxlaşdıracaqdı. İran da bundan qorxduğu üçün yardıma izn vermədi".

Türkiyənin Tehran rejimindən fərqli olaraq İranın köməyini qəbul etməsinə toxunan ekspert qardaş ölkənin insan faciəsi üzərindən siyasət yürütmədiyini vurğulayıb:

"Xoya yardım məsələsində bu qədər sıxıntı çəkən və ya özünü elə göstərən İran Suriyaya yardım edir. Hansı ki, aralarındakı məsafə çox da yaxın deyil, qonşu sayılmazlar. Zəlzələ baş verəndən dərhal sonra həmin ölkəyə köməyə qaçdılar. Doğrudur, yardım etmək yaxşı addımdır. Amma əvvəlcə gərək öz vətəndaşlarının dərdinə şərik olasan. İranın addımlarını analiz edəndə, görürsən ki, zəlzələdən də siyasi məqsədləri üçün istifadə edir. Suriya məsələsində İran və Türkiyə uzun illərdir ciddi şəkildə anlaşa bilmir. Suriyaya sahiblənmək uğrunda yarış gedir. İran isə öz xalqını əzmək bahasına bu savaşda uduzmaq istəmir".

Mehdi Nəimi İranın Xoy zəlzələsindən siyasi məqsədlərinə çatmaq və Rusiyaya dost münasibətini göstərmək üçün yararlandığını bildirib:

"İran rəsmiləri və media qurumları Rusiyadan Xoy zəlzələsinə kömək məqsədi ilə yardım gələcəyini xüsusi vurğulayır. Rusiyanın Ermənistan yolu ilə Xoya yardım göndərəcəyini deyirdilər. Hansı ki, bu yardım Azərbaycan Respublikası və ya Gürcüstan sərhədlərindən də keçə bilərdi. Sadəcə, Tehran Rusiya-Ermənistan-İran müttəfiqliyini qabardaraq insan faciəsi üzərindən çirkin oyunlarını oynayır. Əslində, belə bir yardımın gəlib-gəlmədiyi bəlli də deyil".

Ötən gün Türkiyədə yenidən like
  • 09 Fev 10:30  
Dünya Ötən gün Türkiyədə yenidən

Ötən gün Türkiyədə saat 13.24-də mərkəzi Elbistan olan daha 7,6 bal gü

arrow Ətraflı
"Aksiyalar tələblərimiz yerinə yetirildiyi zaman sona çatacaq" like
  • 09 Fev 10:27  
Siyasət "Aksiyalar tələblərimiz yerinə yetirildiyi zaman sona çatacaq"

"Bu gün 59-cu gündür ki, ekofəalların aksiyaları davam edir. Hazırda

arrow Ətraflı
Azərbaycanlı müğənni zəlzələdən zərərçəkənlər üçün yardım göndərdi like
  • 09 Fev 10:17  
Digərləri Azərbaycanlı müğənni zəlzələdən zərərçəkənlər üçün yardım göndərdi

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) Türki

arrow Ətraflı
Heydər Əliyevin bir günü: 1994cü ilin fevralında Türkiyəyə ilk rəsmi səfər like
  • 09 Fev 10:14  
Siyasət Heydər Əliyevin bir günü: 1994cü ilin fevralında Türkiyəyə ilk rəsmi səfər

Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev

arrow Ətraflı
İnfrastrukturumuzu Azərbaycandan qaz idxalına adaptasiya etməyə hazırıq like
  • 09 Fev 10:12  
Digərləri İnfrastrukturumuzu Azərbaycandan qaz idxalına adaptasiya etməyə hazırıq

Slovakiya mövcud infrastrukturunu Azərbaycandan qaz idxalına uyğunlaşdırma

arrow Ətraflı
Türkiyədə zəlzələdən öncə səmadakı müəmmalı parıltıların izahı verildi like
  • 09 Fev 10:10  
Digərləri Türkiyədə zəlzələdən öncə səmadakı müəmmalı parıltıların izahı verildi

Fevralın 6-da Türkiyədə zəlzələdən bir neçə saniyə əvvəl səmada m

arrow Ətraflı
Avtomobil yollarında vəziyyət açıqlandı like
  • 09 Fev 09:56  
Digərləri Avtomobil yollarında vəziyyət açıqlandı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə ə

arrow Ətraflı
Bakıda külək 15 ağacı qırdı like
  • 09 Fev 09:50  
Digərləri Bakıda külək 15 ağacı qırdı

Bakıda gecə saatlarından başlanan külək 15 ağacı qırıb.

arrow Ətraflı
“Bizim köhnə binalar sökülməsin” like
  • 09 Fev 09:19  
Şou-biznes “Bizim köhnə binalar sökülməsin”

Əməkdar artist Sevda Ələkbərzadə köhnə binaların sökülməyini istəmi

arrow Ətraflı
İsveç polisi Quranın yandırılması ilə bağlı yeni aksiyaya icazə vermədi like
  • 09 Fev 09:11  
Dünya İsveç polisi Quranın yandırılması ilə bağlı yeni aksiyaya icazə vermədi

İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandır�

arrow Ətraflı
Şamaxıda evdə yanğın like
  • 09 Fev 09:00  
Digərləri Şamaxıda evdə yanğın

Şamaxı şəhərində ümumi sahəsi 81 m² olan kürsülü, birmərtəbəli 3

arrow Ətraflı
Dəri absesi like
  • 09 Fev 08:59  
Digərləri Dəri absesi

Dəri absesi dəri və dərialtı toxumanın irinli-iltihabi xəstəliyidir. Bu

arrow Ətraflı
Almaniya Ukraynaya 2 "Leopard" like
  • 09 Fev 08:58  
Siyasət Almaniya Ukraynaya 2 "Leopard"

Almaniya Ukraynaya 2 "Leopard" tankı və 5 zirehli maşın göndərib

arrow Ətraflı
İran 44 günlük savaşa görə həbs etdiklərini like
  • 09 Fev 08:57  
Siyasət İran 44 günlük savaşa görə həbs etdiklərini

İran rejiminin imzaladığı əfv heç bir zaman Azərbaycan milli hərəkatın

arrow Ətraflı