Baş prokurora yeni səlahiyyət verilir
Digərləri 08 Fev 2023 11:18:00 367 0
Azərbaycanda Baş prokurora yeni səlahiyyət verilir.
Bu xəbəri də oxu: Bu həftə bu 3 bürcün
Milli,Az xəbər verir ki, bununla bağlı "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi təklif edilir. Dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Baş prokurorun səlahiyyətləri sırasına prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsi də daxil edilir.
Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Əsasnamə Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. Həmin Əsasnaməyə uyğun olaraq xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir.
Eyni zamanda Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, onun müavinlərinin Naxçıvan Muxtar Respublikası prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Azərbaycan Respublikasının Baş Prokuroru və ya Baş Prokurorun müavini tərəfindən imzalanır və müvafiq qaydada təqdim edilir. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə isə xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.
Beləliklə Əsasnamə ilə müəyyən edilir ki, prokurorluq işçisinin xidməti vəsiqəsinə rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə onun rəsmiləşdirilməsi Baş Prokurorun və ya onun müavininin səlahiyyətinə aid edilir.
Təqdim edilən Qanun layihəsinə görə xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin, Azərbaycan Respublikasının Baş Prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.
Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə eyni vaxtda təqdim edilmiş digər qanun layihəsinə əsasən Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanununun ləğv edilməsi də təklif edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün k
Audiovizual media subyektləri istisna olmaqla, media subyektləri öz fəaliyy�
"Qızıma ev yox, məzar almışam".
Qardaş Türkiyədə yaşanan faciə şübhəsiz ki, Azərbaycanda da müsibət
Babək prospektində yerləşən Doğtaş Mebel qəbul məntəqəsinin ünvanı
Türkiyədə 44 saat dağıntılar altında qalan uşaq xilas edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində maaşlar a
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi
Azərbaycandan Türkiyəyə pul köçürmələrində problem yaranması ilə ba�
Biz son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq.
Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində darmadağın olmuş
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti
Dünəndən etibarən 201 nəfər vətəndaşımız, aralarında 3-4 nəfər Tü
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı "Şebeke" serialın�