Əhməd İsmayılov: Yeni vergi güzəştləri medianın iqtisadi dayanıqlığını daha da möhkəmləndirəcək
Digərləri 08 Fev 2023 11:14:00 261 0
Audiovizual media subyektləri istisna olmaqla, media subyektləri öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 6-da keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu xəbəri də oxu: Deputat: Kim camaatın pulu yoxdur deyirsə,
Bununla bağlı APA-nın suallarını Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov cavablandırır.
- Əhməd müəllim, media subyektlərinin gəlir, mənfəət və sadələşdirilmiş vergidən azad edilməsi hansı zərurətdən irəli gəlir?
- Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ölkənin media subyektlərinin biznes modelinə keçidinin təmin edilməsi məqsədilə media subyektləri, jurnalistlər və ekspertlərlə çoxsaylı görüşlər keçirərək müxtəlif təkliflər alıb. Bütün rəy və təkliflər təhlil edilərək sistemləşdirildikdən sonra Agentlik hazırladığı inkişaf konsepsiyasının müddəalarının müzakirəsi məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət edib. MEDİA Agentliyi və aidiyyəti dövlət orqanları tərəfindən aparılmış araşdırmalara uyğun olaraq, media subyektlərinin vergiyə cəlb olunmasının təkmilləşdirilməsi, bu istiqamətdə daxili bazarın qorunması və rəqabətədavamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə sahəyə tətbiq olunan vergi güzəştlərinin səmərəliliyinin artırılmasına zərurət yarandığı müəyyən edilib. İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin dəstəyi ilə hazırlanan layihə media sahəsində reklam gəlirlərinin leqallaşdırılması, reklam bazarının həcminin artırılması və canlandırılması ilə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə imkan yaradacaq.
Mediaya iqtisadi güzəştləri özündə əks etdirən "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu" layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olundu. Layihə audiovizual media subyektləri istisna olmaqla, media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən 3 il müddətinə azad olunmasını ehtiva edir. İlkin hesablamalara görə, söhbət 10 milyon manata yaxın güzəştdən gedir.
- Layihədə öz əksini tapmış iqtisadi güzəştlər medianın reklam bazarının yaxşılaşdırılmasına necə təsir göstərəcək?
- İlk növbədə qeyd etməliyik ki, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət büdcəsindən, o cümlədən digər mənbələrdən maliyyələşdirilmələrinin azaldılması və müstəqil fəaliyyətlərinin təmin edilməsi məqsədilə reklam bazarının həcminin artırılması zəruridir. Mediaya iqtisadi güzəştləri nəzərdə tutan qanun layihəsi medianın reklam gəlirlərinin leqallaşdırılması, reklam bazarının həcminin artırılması və canlandırılması ilə çap və onlayn media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə imkan yaradacaq.
- Media subyektlərinin məhsullarının təqdim edilməsinin ƏDV-dən azad edilməsinin iqtisadi baxımdan faydası necə olacaq? Nə üçün azadolmalar yalnız 3 il nəzərdə tutulur?
"Qızıma ev yox, məzar almışam".
Qardaş Türkiyədə yaşanan faciə şübhəsiz ki, Azərbaycanda da müsibət
Babək prospektində yerləşən Doğtaş Mebel qəbul məntəqəsinin ünvanı
Türkiyədə 44 saat dağıntılar altında qalan uşaq xilas edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində maaşlar a
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi
Azərbaycandan Türkiyəyə pul köçürmələrində problem yaranması ilə ba�
Biz son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq.
Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində darmadağın olmuş
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti
Dünəndən etibarən 201 nəfər vətəndaşımız, aralarında 3-4 nəfər Tü
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı "Şebeke" serialın�
Bakıda Pakistan vətəndaşını maşın vurub öldürüb.
Bakıda uşaq evində böyüyən 4-cü sinif şagirdi itkin düşüb.