Rusiyaya Türkiyə ilə müharibə lazımdırmı?


Siyasət 07 Fev 2023 21:24:00 251 0

Rusiyaya Türkiyə ilə müharibə lazımdırmı?

Rusiya Cənubi Qafqaz regionunu tərk etməyə hazırlaşmır. Moskva postsovet məkanını təhlükəsizliyin, iqtisadi inkişafın və Kremlin kimliyinin birbaşa asılı olduğu region kimi qəbul edir. Ukrayna hadisələri ilə bağlı Rusiyanın müxtəlif regionlardakı, xüsusən də Cənubi Qafqazdakı maraqlarını unutduğunu düşünmək səhvdir. Lakin Moskvanın postsovet məkanında istifadə edə biləcəyi alətlər bu gün getdikcə azalır.

Son.az axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının tədqiqat proqramları üzrə direktor müavini, politoloq Dmitri Suslov deyib.

"Bəzi skeptik qiymətləndirmələrə baxmayaraq, Rusiya Ermənistanı tərk etməyəcək. Rusiyanın bölgədən çıxması siyasi vəziyyətin əsaslı şəkildə dəyişməsinə və regional vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarardı. İrəvan Kreml üçün müttəfiq kimi önəmlidir. Antirusiya sanksiyaları fonunda beynəlxalq vəziyyətin mürəkkəbləşməsi kontekstində Moskva Ermənistanı Qərb dünyası ilə mühüm körpü hesab edir. Eyni zamanda, Rusiya İrəvanın Qərbdən üz döndərməsində maraqlı deyil. İrəvandakı mövcud siyasi vəziyyət Moskvanı narahat etməyə bilməz. Çünki Ermənistan hakimiyyəti balanslaşdırılmış siyasət yürütməyi dayandırıb və bu, İrəvanın xarici siyasət vektorunu dəyişməsi ehtimalı ilə bağlı müəyyən narahatlıqlar yaradır", - o bildirib.

Suslov qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlərdə hər şey ideal deyil, problemlər var:

"Son zamanlar Ermənistan informasiya məkanında iki ölkə arasında münasibətlərə yenidən baxılması tezisi gündəmə gəlir. Lakin belə siyasətin real nəticələri barədə heç kim düşünmür. Ən əsası isə antirusiya ritorikasının müəlliflərindən heç biri real alternativ təklif etmir. Rusiya qalmaqda maraqlıdır. Kreml İrəvandan bu və ya digər dəstək üçün şərt kimi Rusiya ilə münasibətləri kəsməyi tələb edən Qərbdən fərqli olaraq, Ermənistandan nümayişkaranə rusiyayönlü mövqe tutmasını tələb etmir. Bildiyiniz kimi, Ermənistan hakimiyyəti bu il ölkə ərazisində KTMT təlimləri keçirməkdən imtina edib. Həmçinin KTMT-nin Ermənistana monitorinq qrupunun göndərilməsi təklifini də rədd edib. Moskvada bu addımlara narahatlıqla yanaşılır və Ermənistanın hazırkı rəhbərliyinin tam olaraq Qərbə arxalana biləcəyinə dair aydın siqnal kimi qiymətləndirilir. Moskva anlayır ki, erməni cəmiyyətində Rusiya və KTMT-nin İrəvanı müdafiə etmədiyinə dair məyusluq var. Amma Rusiyanın vasitəçiliyi və onun prezidentinin şəxsi səyləri olmasaydı, baş verən proseslərdə vəziyyət daha da pis olardı. İrəvandan tez-tez Rusiyaya Azərbaycan və Türkiyəyə qarşı erməni tərəfini tutmaq tələbləri irəli sürülür. Amma Moskva buna getsə, Cənubi Qafqazda böyük Rusiya-Türkiyə müharibəsi baş verəcək ki, bu da son dərəcə lazımsızdır. Bu, hətta İrəvanın özünün maraqlarına uyğundur. Qərbin Rusiyaya qarşı apardığı hibrid müharibə Moskvanın Ankaradan asılılığını artırır. Ancaq Türkiyə Rusiyanın müttəfiqi deyil. Türkiyə bir tərəfdən onun tərəfdaşıdır, digər tərəfdən isə rəqibdir. Rusiya və Türkiyə bir çox sahədə və müxtəlif bölgələrdə rəqabət aparır. Ankara rəqabəti və əməkdaşlığı birləşdirir və Qərb qüvvələri Rusiyanı böyük dövlət kimi məhv etməyə çalışır. Türkiyə isə öz milli maraqlarından və suveren xarici siyasətindən əl çəkmiş digər NATO ölkələrindən fərqli olaraq öz milli maraqlarını müdafiə edir".

Əbu Bəkrin digər fəzilətləri like
  • 07 Fev 21:20  
Digərləri Əbu Bəkrin digər fəzilətləri

Birinci xəlifə Әbu Bəkr ibni Qəhafənin xilafət məqamına hamıdan layiql

arrow Ətraflı
Əsəb sistemi üçün vitamin və qidalar  Sinir hüceyrələrini like
  • 07 Fev 21:15  
Digərləri Əsəb sistemi üçün vitamin və qidalar Sinir hüceyrələrini

Sinir, əsəb sisteminin normal fəaliyyəti, insanın psixi gərgin vəziyyətl

arrow Ətraflı
Haramdan çəkinmək like
  • 07 Fev 21:10  
Digərləri Haramdan çəkinmək

Haram maldan çəkin! Haram mal həlakın ən güclü səbəbi və səadətə ye

arrow Ətraflı
Axşam yeməyi üçün ən uyğun qidalar – Nələr like
  • 07 Fev 21:05  
Digərləri Axşam yeməyi üçün ən uyğun qidalar – Nələr

Axşam yeməyi üçün qida xüsusi seçilməlidir. Həm kökəltməsin, həm a�

arrow Ətraflı
Evdə dəfnə yarpağı yandırmağın like
  • 07 Fev 21:01  
Digərləri Evdə dəfnə yarpağı yandırmağın

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin ba

arrow Ətraflı
Fransa yenidən öz xislətini göstərdi  Türkiyədəki zəlzələyə sevinən fransızlar like
  • 07 Fev 21:00  
Digərləri Fransa yenidən öz xislətini göstərdi Türkiyədəki zəlzələyə sevinən fransızlar

Dünən qardaş Türkiyədə baş verən güclü zəlzələ minlərlə insanın

arrow Ətraflı
“Başqasının ayağının altını qazanlar, şərböhtan atanlar...” like
  • 07 Fev 20:51  
Şou-biznes “Başqasının ayağının altını qazanlar, şərböhtan atanlar...”

Xalq artisti Brilliant Dadaşova Türkiyədə baş verən zəlzələ ilə bağl�

arrow Ətraflı
Məktəbli qız tualetdə sinif yoldaşını 100 yerindən bıçaqladı  FOTO like
  • 07 Fev 20:50  
Dünya Məktəbli qız tualetdə sinif yoldaşını 100 yerindən bıçaqladı FOTO

Moskva yaxınlığındakı liseyin şagirdi sinif yoldaşına 100-ə yaxın bı�

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 07 Fev 20:36  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeyd�

arrow Ətraflı
Bəhreynin ordu komandanı İrana xəbərdarlıq etdi like
  • 07 Fev 20:31  
Dünya Bəhreynin ordu komandanı İrana xəbərdarlıq etdi

Bəhreyn ordusunun komandanı Xəlifə bin Əhməd əl-Xəlifə İranı bölgəd

arrow Ətraflı
Rusiyada qazanacağı pulu zəlzələdə zərər görənlərə bağışlayacaq like
  • 07 Fev 20:20  
Şou-biznes Rusiyada qazanacağı pulu zəlzələdə zərər görənlərə bağışlayacaq

Azərbaycan və Rusiyada məşhurlaşan türkiyəli müğənni Adil Karaca fevra

arrow Ətraflı
NATOda Türkiyədəki zəlzələyə görə bayraqlar yarıya endirilib like
  • 07 Fev 20:11  
Dünya NATOda Türkiyədəki zəlzələyə görə bayraqlar yarıya endirilib

NATO-da Türkiyədəki zəlzələyə görə bütün bayraqlar yarıya endirilib.

arrow Ətraflı
Zəlzələ ilə əlaqədar işləri Ərdoğan özü koordinasiya edir like
  • 07 Fev 20:00  
Digərləri Zəlzələ ilə əlaqədar işləri Ərdoğan özü koordinasiya edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, mərkəzi Kahramanmaraşın Pazar

arrow Ətraflı
Talehin biznesi batdı like
  • 07 Fev 19:51  
Şou-biznes Talehin biznesi batdı

Aktyor Taleh Yüzbəyovun restoranı bağlanıb.

arrow Ətraflı