Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir
Siyasət 07 Fev 2023 19:56:00 338 0
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.
Bu xəbəri də oxu: Duda İrəvanda nə iş görür? Sərhəddə təxribat ola bilər
Son.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşəcək.
Fondun Türkiyəyə ezam edilən əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.
"Xaçmaz KOB evi"nin fəaliyyətə başlamasından 3 il ötür.
"Microsoft" korporasiyasının süni intellekt əsaslı "ChatGPT&
Yaponiyanın Kumamoto prefekturasının Mifune kəndində təxminən 20 il əvv�
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələni
Türkiyəli məşhurlar dünya ölkələrindən kömək istəyiblər. Onlar sosi
İrkutskda böyük tibb müəssisəsinin çardağında kriptovalyuta istehsalı
Ötən gün Türkiyənin cənub-şərqində 7.7 bal gücündü zəlzələ baş v
Türkiyənin daxili işlər naziri Süleyman Soylu yardım üçün Azərbaycana
Türkiyənin Hatay vilayətində zəlzələnin baş verməsindən 30 saat sonra
Azərbaycan Kahramanmaraşda baş verən zəlzələ fəlakətində Türkiyəyə
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının
Şimali Koreya lideri Kim Çen In 36 gündür ictimaiyyət qarşısına çıxmı