Media Reyestrinə qarşı kampaniya aparanlar informasiya təxribatına əl atıblar
Digərləri 06 Fev 2023 16:34:00 279 0
"Media haqqında" Qanun və Media Reyestrinə qarşı çıxanlar ötən həftə yeni kampaniya başladıblar. "İcazəli media istəmirik" həştəqi ilə başladılan kampaniya ideya olaraq müxalifət partiyası- AXCP və onun yandaşları tərəfindən gündəmə gətirilib. Bu baxımdan kampaniyanın siyasi motivli olduğu, mübarizə üçün alət qismində istifadə edildiyi bilindi və media caməsi tərəfindən heç bir dəstək qazanmadı, AXCP çevrəsində olan 2-3 nəfər "jurnalist" və "media eksperti"ndən başqa kimsə bu kampaniyaya dəstək vermədi. Amma görünən budur ki, kampaniya tərəfdarları məğlubiyyətlərini etiraf etmək əvəzinə yeni təxribata əl atıblar. Kampaniya çərçivəsində hansısa "uğurun əldə edilməsi" barədə yalançı məlumat yayıblar. Bu məlumatı paylaşanlardan biri-Aliyə Yaqublu qeyd edir ki, "KİV-lərdə işləyə bilmək üçün artıq Əhməd İsmayılovun icazəsi lazım gəlməyəcək". Statusun davamından belə nəticə çıxır ki, guya "MEDİA Agentliyi " kampaniya qarşısında geri çəkilib, jurnalistlər üçün Media Reyestrində qeydiyyata düşmək məcburiyyətini ləğv edib".
Bu xəbəri də oxu: Sabah qar yağacaq, 2 dərəcə şaxta olacaq
Absurd bir iddiadır. Kampaniya iştirakçıları bu məlumatı yayarkən, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun nitqinə "istinad ediblər". Hansı ki, bu, istinad deyil. İsmayılovun nitqini kontekstdən çıxararaq öz istədikləri kimi şərh ediblər. Əhməd İsmayılov çıxışında deyib ki, "Jurnalistlər media reyestri olmadan da fəaliyyətlərini davam etdirə bilər". İcraçı direktorun bu fikirləri "Media haqqında" Qanuna və Media Reyestrinin şərtlərinə uyğundur. Qanun qəbul edilən gündən bəyan olunur ki, Media Reyestrinə düşmək KİV subyektləri üçün məcburi, jurnalistlər üçün isə könüllüdür. Jurnalistlər Media Reyestrinə düşməsələr belə, fəaliyyətlərini davam etdirəcəklər. Əhməd İsmayılov MM-dəki çıxışında bu müddəanı təkrarən diqqətə çatdırıb. Amma kampaniyanın icraçıları bunu öz "uğurları" kimi təqdim etməyə çalışıblar.
Müşfiq Ələsgərli
Rusiya xarici işlər Sergey Lavrov Bağdadda səfərdə olarkən yenidən zəlz
37 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin Dairə Seçki Komissiyası
Özlərini dövlət orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək vət
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəp Tayip Ərdoğana �
Xalq artisti Natiq Şirinov və Əməkdar artist Fərqanə Qasımovanın nəvəs
Media subyekti ilə əlaqəsi olmayan və jurnalist işləməyən Əməkdar jurn
Salvadordan Braziliyaya uçan təyyarədə baş verən davanın videosunu milyon
Türkiyəli deputatlar ölkədə baş verən dağıdıcı zəlzələdən sonra �
Ötən gün Balaxanı İdman Mərkəzində məşqçilər arasında dava düşüb
Səfirliyə hücum düşünülmüş və planlaşdırılmış hadisə idi.
Bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş
Artıq redaksiyalardakı redaktorlar və şöbə müdirləri də media reyestrin
Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror ak
Bildiyimiz kimi fevralın 6-da yerli vaxtla saat 05:17-də Türkiyədə Rixter c
Tovuz rayonunun avtomobil bazaında qiymətlər yüksəkdir.