Beynəlxalq səyahətçilərin Cəbrayıla səfəri başlayıb
Siyasət 06 Fev 2023 09:24:00 323 0
Geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun Cəbrayıl rayonuna səfəri başlayıb.
Bu xəbəri də oxu: Prezident: Ölkəmizdə heç vaxt dini zəmində ayrıseçkilik və qarşıdurma halları baş verməyib
Son.az Trend-ə istinadən bildirir ki, səyyahlara Cəbrayılda aparılan bərpa-quruculuq işləri, həmçinin yeni tikilən nümunəvi evlər barəsində məlumat veriləcək.
30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.
Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.
Beynəlxalq səyahətçilər qrupunda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.
Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünyamiqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.
Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.
Qeyd edək ki, bu səfər azad edilmiş ərazilərin "dark tourism" çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.
Son.az
Rusiya Ukraynaya hücum üçün kifayət sayda zərbə qrupları yaratmayıb. Uk
Ruben Vardanyan müxtəlif dünya nəşrlərinə, televiziya kanallarına çoxsa
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) tələbi əsasında
Konsulluqlarını bağlayan ölkələrlə bağlı müvafiq qərarları verəcəy
Son.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib �
İsrail Ukraynaya raket və pilotsuz uçuş aparatlarının hücumları barədə
Türk Qızıl Aypara Cəmiyyəti vətəndaşları qan verməyə dəvət edib.
Rusiya və İran rəhbərliyi Rusiyanın Tatarıstan Respublikasının Yelabuqa
Qərbi Azərbaycan əyalətinin zəlzələ baş verən Xoy şəhərində çadır
Ukrayna hərbçiləri bəzən döyüşçü və sursat çatışmazlığı səbəb
İsrail və Fransa İrana qarşı mübarizə məsələsində mövqelərini mümk
Son.az axar.az-a istinadən bildirir ki, İran mövzusunun geosiyasi aktuallıq
Litva sakinləri Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin alın
Məndən Almaniya kansleri Olaf Şoltsla zarafat etməmək və artıq danışmam
Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırı