Üstünə ilan atdılar, dostunun qəbrini göstərib aldatdılar,


Kriminal 05 Fev 2023 14:00:00 214 0

Üstünə ilan atdılar, dostunun qəbrini göstərib aldatdılar,

Son.az Kulis.az-a istinadən aktrisa Leyla Axundova haqqında maraqlı faktları təqdim edir.

Leyli İsmət qızı Axundova 1959-cu ildə Bakıda ziyalı ailəsində dünyaya gəlib. Gəlişi ilə bir ailənin 9 illik övlad həsrətinə son qoyan Leyli ata-anasının sevimlisinə çevrilir, hər cür qayğı və sevgi ilə əhatələnir.

***

Atası İsmət Axundov tanınmış rəssam, anası Ləman xanım isə kimyaçı olub. Ləman xanım ixtisası üzrə çalışmayıb, evdar xanım olub.

Leyla Bakıdakı 134 saylı məktəbdə orta təhsil aldıqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun fortepiano sinfinə daxil olub. Daha sonra Moskvada Xalq İncəsənət Universitetinin Rəssamlıq fakültəsini bitirib. Uzun illər paytaxtdakı 23 nömrəli musiqi məktəbində dərs deyib.

***

1966-cı ildə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılan "Qaraca qız" filmində Xədicə rolunu canlandırıb. Həmin vaxt onun yeddi yaşı varmış. Leyli xanım deyir ki, filmdə çəkilməsi təsadüfən baş verib:

"Günlərin bir günü, dərsdən sonra valideynlərimlə birlikdə "Sahil bağı"nda istirahət edirdik. Bir nəfər atama yaxınlaşıb dedi ki, bu uşaq bəy qızına oxşayır. Gəlin sınaq çəkilişinə, bu uşağı filmə çəkək". Sonradan bildim ki, bu şəxs "Qaraca qız" filminin quruluşçu rejissoru Şamil Mahmudbəyovun köməkçisi Rəşid müəllim imiş. Həmin vaxt yanımızda qələm, vərəq yox idi. Rəşid müəllim cibindən çıxardığı kibrit qutusunun üstünə ev nömrəmizi yazsa da, sonradan nömrəni itirib. Aradan bir neçə gün keçdi. Təsadüfdən televizoru açanda diktorlar Roza xanım və Natəvan xanımdan belə bir elan eşitdik: "Qaraca qız" filmində Xədicə roluna çəkilmək üçün seçilmiş qızın ev telefonu yazılan kağız itdiyi üçün valideynlərindən kinostudiyaya gəlməsini xahiş edirik". O vaxt kinostudiya Hökumət evinin yaxınlığında yerləşirdi. Atam bu elanı eşitsə də, əhəmiyyət vermədi, çünki, mənim filmə çəkilməyim qətiyyən ürəyincə deyildi. Yay fəsli olduğundan biz ailəliklə istirahət üçün Kislovodskiyə getdik...".

Ancaq bir neçə gündən sonra Xədicənin dayısı Ramiz Xədicənin atasına teleqram göndərir. İsrarla xahiş edir ki, o, Leylini də götürüb Bakıya gəlsin. Çünki Mədəniyyət Nazirliyi adından Leylinin atasına göndərilən məktub artıq filmin çəkilişlərinə başlanıldığı bildirilir. Təkidlə Leyli də çəkilişlərə çağırılır. Sən demə, rejissor köməkçisi telefon nömrəsini itirsə də, Leylinin atasının rəssam olması əlaqə qurmaqda kömək edir.

***

Beləliklə, ailə istirahətini yarımçıq qoyub Bakıya qayıtmalı olur. Atası Leylini kinostudiyaya aparır. Şamil müəllim onları görəndə, çox sevinir. Leyli Şamil müəllimi görəndə ondan soruşur: Mən indi şeir də deməliyəm? Şamil müəllim isə cavabında deyir: "Yox, sən əsl bəy qızı Xədicəsən, əlavə heç nəyə ehtiyac yoxdur"

"Qaraca qız"da sanki öz həyatını oynadığını söyləyən aktrisa bu filmdən sonra Moskvanın, Ukraynanın bir çox kinostudiyalarından saysız-hesabsız təkliflər alsa da, atası razılıq vermədiyindən bu, onun kinoda ilk və son işi olur.

***

Leyli xanım deyir ki, filmin çəkilişləri 1966-cı ilin avqust ayının sonunda başlayıb və növbəti ilin mayında tamamlanıb. Özü də bu filmə görə "Ağca xanım" "Tutu"dan çox qonorar alıb. Buna səbəb Tutu rolunu iki qızın oynaması olub:

***

Qəribə olsa da, Şamil Mahmudbəyov filmə son kadrı çəkməklə start verir. Rejissor bəlkə bununla əsas yükü azaltmış olduğunu hesab edir. Lakin 8 yaşlı Leyli məhz bu kadrın çəkilişi zamanı aldığı xəbərdən böyük stress keçirir.

***

Leyli Axundova xatirələrində deyir:

"Həmin vaxt 2-ci sinifdə oxuyurdum. Məktəblə bir yerdə filmə çəkilmək çox çətin idi. Çox yorulurdum. Elə vaxt olurdu ki, çəkilişlər axşam saat 11-də bitirdi. İnanın, mən "lunatik" kimi gəzirdim. Məsələ burasındadır ki, filmi axırıncı kadrdan çəkməyə başladılar. Mən Sevillə - "Qaraca qız"la birlikdə rəqs etməyə gedəcəkdim. Amma nədənsə 3-4 gün Sevili görmədim. Onun xəstə olduğunu dedilər. Daha sonra məni təpədəki qəbrin yanına gətirdilər. Piri baba da orda idi. Qəbri göstərib "Sevil (Tutu) ölüb" dedilər. Bu xəbərə o qədər ağladım ki, məni sakitləşdirə bilmirdilər. Hətta bütün qrup ağlayırdı. Birdən mənə dedilər ki, bunlar film üçündür. Demək, mənə "Sevil ölüb" deyəndən çəkilişlərə start verilibmiş. İnanın, bu xəbər 8 yaşında uşağa çox böyük zərbə idi. Anam xasiyyətimə bələd olduğundan, ərköyünlüyüm və şıltaqlığım nəticəsində məni elə-belə ağlatmaq mümkün olmayacağını deyəndə, belə bir fənd düşünmüşdülər. Həmin kadr çəkildikdən sonra Tutunu ortaya çıxartdılar və filmin təbii alınması üçün belə etdiklərini dedilər. Bu aldatmadan bərk incidim, hətta küsdüm, bir neçə gün çəkilişə getmədim. Mənim barışmağım üçün çox dilə tutdular. Axırda hər şeyin film üçün olduğuna inandıqdan sonra biz barışdıq".

Leyla xanım çəkildiyi daha bir səhnəni xatırlayır:

"Bir də ən çox qorxduğum səhnə ilanla bağlı olan idi. Məsələ burasındadır ki, donumun ətəyinə həqiqi ilan atmışdılar. Özü də anamı aldadıb məni çəkilişə apardılar. Baxmayaraq ki, mənə ilanın zəhərli olmadığını, dişləməyəcəyini demişdilər, amma mən çox qorxurdum, dəhşətli dərəcədə. Atam deyirdi ki, Nailəni öldürəcəm. Çəkiliş bitəndən sonra Şamil müəllim dedi ki, kadrlar səmimi alınmayıb. Təkrar iki dubl da çəkildi, o, yenə xoşlamadı, ancaq mən dedim ki, Şamil dayı, mən çəkilməyəcəm bir də. Qorxuram. O, ilanlar da ağzı bağlı vedrələrin içərisindən harasa yoxa çıxmışdılar. Buna görə yaradıcı heyət cərimələndi. Filmin nümayişi başa çatandan sonra məndən əvvəlki sırada əyləşən bir uşaq ekran əsərindəki "Ağca qız"ı - Xədicəni nəzərdə tutaraq dedi ki, "o ifritəyə görə "Qaraca qız" öldü". Özümü anamın qucağına ataraq ağlamağa başladım. "Axı, mən pis deyiləm" dedim. Anam məni sakitləşdirərək dedi ki, "o səni demir, kinodakı Xədicəni deyir".

***

Hazırda Bakı Xoreoqrafiya Akademiyasında fortepiano müəllimidir. İki övladı, iki nəvəsi var.

Son.az 

Taleh Boradigahi Moskvada döyülüb?  “Əlisilahlı dəstə qarşımı kəsdi” like
  • 05 Fev 13:55  
Kriminal Taleh Boradigahi Moskvada döyülüb? “Əlisilahlı dəstə qarşımı kəsdi”

Seyyid Taleh Boradigahi kimi tanınan mərsiyəxan Taleh Əsədov Moskvada döy�

arrow Ətraflı
Vəd edilən tanklar kifayət deyil like
  • 05 Fev 13:51  
Dünya Vəd edilən tanklar kifayət deyil

Ərazimizi tam azad etmək üçün bizə beş yüzdən yeddi yüzə qədər tank

arrow Ətraflı
Pəhriz saxlayan zaman bunları mütləq edin like
  • 05 Fev 13:40  
Digərləri Pəhriz saxlayan zaman bunları mütləq edin

Pəhriz saxladığımız zamanlarda ürəyimiz müxtəlif qidaları daha çox is

arrow Ətraflı
CeyLo malikanəsini 42,5 milyona satır like
  • 05 Fev 13:31  
Şou-biznes CeyLo malikanəsini 42,5 milyona satır

Müğənni Cennifer Lopez Kaliforniyadakı malikanəsini satır.

arrow Ətraflı
Qadına seksuallıq verən saç düzümü like
  • 05 Fev 13:20  
Digərləri Qadına seksuallıq verən saç düzümü

Bərbər qadına seksuallıq verən saç düzümünü açıqlayıb.

arrow Ətraflı
Putinlə razılığa gəldik... like
  • 05 Fev 13:11  
Dünya Putinlə razılığa gəldik...

Rusiya Prezidenti Vladimir Putinlə Yaxın Şərqdəki maraqlarla bağlı razıl

arrow Ətraflı
Həftənin ilk iş gününün HAVAsı like
  • 05 Fev 13:05  
Digərləri Həftənin ilk iş gününün HAVAsı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
17 yaşlı oğlan özündən kiçik qızla görüşdü: "Evdə heç kəs yox idi..." like
  • 05 Fev 13:00  
Kriminal 17 yaşlı oğlan özündən kiçik qızla görüşdü: "Evdə heç kəs yox idi..."

Abşeron rayonunda 2005-ci il təvəllüdlü Oqtay tanışı Reyhana (adlar şə

arrow Ətraflı
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib like
  • 05 Fev 12:53  
Digərləri Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
“Moody's”: Bolqarıstan Azərbaycandan təbii qaz nəqlini effektiv şəkildə gücləndirib like
  • 05 Fev 12:51  
Dünya “Moody's”: Bolqarıstan Azərbaycandan təbii qaz nəqlini effektiv şəkildə gücləndirib

Bolqarıstanın müvəqqəti hökuməti Yunanıstan və Türkiyə üzərindən a

arrow Ətraflı
Hər zaman gümrah olmaq üçün bunu için like
  • 05 Fev 12:40  
Digərləri Hər zaman gümrah olmaq üçün bunu için

Orqanizmin sağlam olması daim diqqət çəkir. Bəzən ağır iş prosesi ener

arrow Ətraflı
"Kraliçe"də o da çəkiləcək like
  • 05 Fev 12:31  
Digərləri "Kraliçe"də o da çəkiləcək

"Kraliçe" serialının aktyor heyəti bəlli olmağa başlayıb.

arrow Ətraflı
Elektromobillərin planet üçün təhlükələri açıqlanıb like
  • 05 Fev 12:20  
Digərləri Elektromobillərin planet üçün təhlükələri açıqlanıb

Yaponiyanın nəhəng avtomobil şirkəti "Toyota" rəhbərliyi hesab

arrow Ətraflı
Bakı Musiqi Akademiyası bayram konserti keçirtdi  FOTO like
  • 05 Fev 12:16  
Kriminal Bakı Musiqi Akademiyası bayram konserti keçirtdi FOTO

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan Gəncləri Gün

arrow Ətraflı
Ukrayna böhranı: BƏƏ vasitəçilik etmək istəyir like
  • 05 Fev 12:11  
Dünya Ukrayna böhranı: BƏƏ vasitəçilik etmək istəyir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya və Ukrayna arasında gərginli

arrow Ətraflı