“Moody's”: Bolqarıstan Azərbaycandan təbii qaz nəqlini effektiv şəkildə gücləndirib
Dünya 05 Fev 2023 12:51:00 344 0
Bolqarıstanın müvəqqəti hökuməti Yunanıstan və Türkiyə üzərindən alternativ qaz tədarükü marşrutlarını, o cümlədən, ilk növbədə Azərbaycandan alternativ təbii qaz nəqlini effektiv şəkildə gücləndirib.
Bu xəbəri də oxu: Miqrasiya 2024: sərtlik və inteqrasiya arasında
Son.az "Report"a istinadən xəbər verir ki, belə bir iddia ilə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin təhlilçiləri çıxış ediblər.
Analitiklər bildiriblər ki, Bolqarıstan iqtisadiyyatı texniki tənəzzüldən xilas olub. Təhlillərə əsasən 2021-ci ilin aprelindən indiyədək olan dövrün böyük bir hissəsində sabit idarəetmə koalisiyasının olmaması ölkə üçün əsas siyasətlərin həyata keçirilməsi ilə bağlı riskləri artırıb və hökumətin gözlənilməz vəziyyətlərdə hadisələrə cavab vermək qabiliyyətini də çətinləşdirə bilər.
Reytinq agentliyi infrastrukturun və institusional mühitin yaxşılaşdırılması, eləcə də ölkənin avrozonasına daxil olması nəticəsində uzunmüddətli artım perspektivlərinin yaxşılaşması fonunda kredit reytinqini yüksəldəcək. "Moody's" bildirib ki, ölkənin sağlam fiskal vəziyyəti, uzunmüddətli iqtisadi inkişaf perspektivləri və Avrozona prosesinin başa çatmaması pisləşməyə davam edərsə, reytinqi aşağı salacaq.
Son.az
Orqanizmin sağlam olması daim diqqət çəkir. Bəzən ağır iş prosesi ener
Yaponiyanın nəhəng avtomobil şirkəti "Toyota" rəhbərliyi hesab
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan Gəncləri Gün
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya və Ukrayna arasında gərginli
Son.az Kulis.az-a istinadən məşhur meyxanaçı Məşədibaba haqqında maraql
Suriyanın Latakiya əyalətində hərbçilərlə "Cəbhət ən-Nusra"
Xəbər verdiyimiz kimi, fevralın 1-dən etibarən Naxçıvan sərhədindən T�
SEPAH-a bağlı mafiya dəstəsi İrandan qoyun-quzu qaçaqmalçılığı ilə m
Masallıda ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər barəs