Masallıda ətrafı zibilləyən 40 nəfər barəsində protokol tərtib edildi
Digərləri 05 Fev 2023 10:41:00 421 0
Masallıda ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər barəsində tədbirlər görülüb.
Bu xəbəri də oxu: Qazaxıstan rəsmiləri yaralı sərnişinlərə baş çəkdi
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. Ərazinin zibillənməsi halları ilə bağlı ümumilikdə 40 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib edilib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində təşkil edilmiş yoxlama-nəzarət tədbirləri ilə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün məmulatlarından istifadə etdiyi müəyyən edilən 20 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tədbir görülüb.
ABŞ-ın Ohayo ştatında zəhərli maddə daşıyan və 50 vaqonu olan qatar re
Pensiyaların artırılması üçün yeni bir mənbə üzərində iş aparılır
İstanbulda keçirilən əməliyyat zamanı bəzi baş konsulluqlara və xristia
10 dan artıq ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu işğaldan aza
Azərbaycanda 1999-cu il təvəllüdlü Paşa yetkinlik yaşına çatmayan Fidan
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
"Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək tə
Moldova Azərbaycanı qaza olan tələbatını ödəmək üçün prioritet mənb