Aksiyanın 56cı günü:
Siyasət 05 Fev 2023 09:08:00 324 0
Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli altı gündür davam edir.
Bu xəbəri də oxu: Paşinyan niyə Moskvaya getmədi?
Son.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Son.az
Moldova Azərbaycanı qaza olan tələbatını ödəmək üçün prioritet mənb
Apple bəzi köhnə "iPhone" modellərində iOS 17 yeniləməsi üçü
Hər bir nəqliyyat vasitəsinin özünəməxsus üstünlükləri olduğu kimi n
Avtomobil sürənlərin əsas çətinliklərindən biri onu park etməkdir.
Rəqs etmək heç də hamının bacardığı özəllik deyil. Bəzi insanlar bun
Sumqayıtda yeni doğulan körpəni müayinə edən zaman həkimlər maraqlı v�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
"Ölkəmiz, millətimiz və bölgəmiz üçün imkanları dəyərləndirmə
Rusiya Dövlət Dumasının Novosibirskdən olan deputatı Dmitri Savelyev bu g�
On illər boyunca Türkiyə və Azərbaycana qarşı şər-böhtanlarından əl
Həzrət Əli (ə) buyurur: Tövratdan on iki ayə seçib ərəb dilinə tərcü
Məlum olduğu kimi, bir çox insan irritabl bağırsaq sindromundan əziyyət �
Bir müddətdir Türkiyədə yaşayan yutuber Tiba al-Ali ölkəsinin futbol kom
Beynəlxalq Qırmızı Xaç Komitəsi fevralın 4-də daha 6 xəstəni Qarabağd