İnsanın xoşbəxt və ya bədbəxt olmasına təsir edən əsas amillər
Digərləri 04 Fev 2023 23:20:00 365 0
İnsanın xoşbəxt və ya bədbəxt olmasına təsir edən amillər çoxdur. Onlardan bəzisinə işarə edək: 1. İrsi amil. Həm elm və həm də təcrübə isbat edir ki, saleh insanların övladı adətən saleh və fasid insanların övları fasid olurlar. Əlbəttə ki, istisnalar da olur. Belə ki, ata və ananın irsi genləri övadlarına ötürülür. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur:"Bataqlıqda bitən güldən çəkinin". Yəni o qadın ki, zahirdə gözəl olmasına baxmayaraq, alçaq bir ailədə böyüyübsə, ondan çəkinin. Peyğəmbərin (s) nəzərinə görə evlənmək üçün əsl meyar - din və əxlaq olmalıdır.
Bu xəbəri də oxu: Bakı bu ərazilər plana düşdü Tezliklə söküləcək FOTO
2. Qidalanma. İnsanın qidalanma tərzi onun zahirinə və batininə təsir qoyar. Ona görə də dinimiz qidamızın pak olmasına çox işarə etmişdir. Həmçinin buyurur ki, lətif qidalar yeyin. Əgər uşaqlıqda bu cür yeməklərə adət etsəniz, zahiriniz də lətif olar. Əgər insan uşaqlıqdan günah etməyi sevərsə, bu insanların yediklərində adətən problem olur.
3. Dostlar. İnsanın yoldaşı və dostu ona güclü təsir qoyar. Yaxşı dost insanın yolunu azmağa qoymaz və nicat verər. Quran bu mövzuya çox toxunmuşdur. "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". "Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur'anın həqiqəti) mənə çatdıqdan sonra o, (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur'andan) yayındırdı". Şeytan insanı həmişə xar edib və (indi də) edir". ("Furqan" 28-29). Bu ayədə adı çəkilən şeytan (lən) - həmin dostlardır. Tarixdə o qədər olub ki, iffətli qadınlar əxlaqsız rəfiqələrinə görə yollarını azıb və günaha düçar olublar. Hətta bir müddət sonra hicablarını belə açıblar.
4. Mühit. Ev, məktəb mühiti insana təsir qoyan amillərdəndir. Əgər cəmiyyət fəsaddırsa, onun üzvləri də fəsada tərəf meyl edər. Həmçinin o ailədə ki, əxlaqi dəyərlərə riayət olunmaz, orada böyüyən uşaqlar da bu cür olar. Çox az adam tapılar ki, qeybət, töhmət olan bir məclisdə iştirak etsin və həmin məclisin rənginə boyanmasın. Ona görə də deyə bilərik ki, təmiz və pak olmayan mühitin insanın xoşbəxt və ya bədbəxt olmasına təsiri vardır.
Bəzi insanlar dişlərini gündə 2 dəfə fırçalasalar, dişlərinə yaxşı
Məşvərət və məsləhətçinin nəticəsi və faydası təkamul və irəlil�
Kardiopreparatlar və təzyiq dərmanları qəbul edən insanların içki içmə
Saçların tökülməsinin səbəbləri arasında bəzi qida məhsullarından su
Bizi peyğəmbərlərin dəvətinə biganə qalmaqdan saxlayan bir çox dəlill�
Rəcəb ayı hicri-qəməri ilinin yeddinci ayıdır. Ondan öncə camuids-saniy
Pendirin tərkibində çoxlu zülal, kalsium və fosfor var, ancaq hamı onu ras
Şeyx Səduq "Səvabul-əmal" və "Əmali" kitablarında öz
2022-ci ilin dekabr ayında Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kən
Rusiya Ukrayna ilə müharibəyə qadın məhbusları da cəlb etməyə başlay�
Qaraciyər xəstəliklərinin ilk əlamətlərindən biri də iştahın itməsid
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Su
Bu gün Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ABŞ-da alimlərin apardığı araşdırmalar nəticəsində, limonlu çayın x�