Kartlarda olan pullar vergiyə cəlb olunacaq?
Digərləri 04 Fev 2023 16:16:00 290 0
"Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır. Kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür".
Bu xəbəri də oxu: Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar), o halda kartda olan pul vergiyə cəlb olunmur: "Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə, o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 8 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur, yəni gəlirin 10 faizi qədər".
Deputat bildirib ki, kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur: "Yalnız məbləğin gəliri vergiyə cəlb oluna bilər. Əgər kartınız sizə faiz gəliri gətirmirsə, heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz".
Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində dinc əhaliyə yardım ed�
Türkiyə ordusu İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.
Son günlər Azərbaycan Kinematoqrafçılar İttifaqındakı kütləvi istefal
bp bu il "Şahdəniz" qaz-kondensat yatağında daha 3 quyunu istismar
Rusiyada göl qəfil şəkildə bütövlükdə yoxa çıxıb. Söhbət Yakutiya
"Bizdə şou-biznes əhli bir-biri ilə dost olurlar, sonra da düşmənə
Hazırda Şuşada olan xarici qonaqlar yerli uşaqlara hədiyyələr veriblər.
Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, qura�
"Məndən tez-tez hansı Azərbaycan yeməyini xoşladığımı soruşurlar
Virusun biri bitir, digəri başlayır. Mövsümi qriplər, koronavirus və ona
"Azərbaycan səfirliyinə qarşı törədilən terror aktından sonra mün
Amerikalı aktyor və kinorejissor Silvestr Stallone ailəsinə həsr olunmuş r
İran İslam Respublikasının banısı Ruhulla Xomeyninin Fransadakı xatirə l