bp "Şahdəniz"də daha 3 quyunu istismara verməyi planlaşdırır Qeri Cons
Digərləri 04 Fev 2023 15:32:00 298 0
bp bu il "Şahdəniz" qaz-kondensat yatağında daha 3 quyunu istismara verməyi planlaşdırır.
Bu xəbəri də oxu: “KOB FEST” sərgisatış yarmarkası bu dəfə Göyçayda
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qeri Cons Fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında çıxışında deyib.
Onun sözlərinə görə, şirkət beşinci, şimal-şərq cinahını da işə salmağı planlaşdırır.
Qeri Cons bu sayədə Cənub Qaz Dəhlizi ilə qaz nəqlinin daha da artacağını hesab edir.
"Quyu proqramımız üzrə işlər də irəliləməkdədir. Planlaşdırılmış 26 quyudan artıq 21-i qazılıb, 19-u isə tamamlanıb − Onlardan dörd cinah üzrə 14-ü artıq istismardadır", - regional prezident qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatlarına görə, 2022-ci ilin yekunlarına əsasən, "Şahdəniz" yatağında 25,2 milyard kubmetr təbii qaz hasil olunub.
"Şahdəniz"in təsdiqlənmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat olaraq dəyərləndirilir.
"Şahdəniz" layihəsində iştirak payı aşağıdakı kimidir: bp (operator) - 29,99 faiz, LUKOYL - 19,99 faiz, TPAO - 19 faiz, SOCAR - 14,35 faiz, NICO - 10 faiz və SGC - 6,67 faiz.
Rusiyada göl qəfil şəkildə bütövlükdə yoxa çıxıb. Söhbət Yakutiya
"Bizdə şou-biznes əhli bir-biri ilə dost olurlar, sonra da düşmənə
Hazırda Şuşada olan xarici qonaqlar yerli uşaqlara hədiyyələr veriblər.
Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, qura�
"Məndən tez-tez hansı Azərbaycan yeməyini xoşladığımı soruşurlar
Virusun biri bitir, digəri başlayır. Mövsümi qriplər, koronavirus və ona
"Azərbaycan səfirliyinə qarşı törədilən terror aktından sonra mün
Amerikalı aktyor və kinorejissor Silvestr Stallone ailəsinə həsr olunmuş r
İran İslam Respublikasının banısı Ruhulla Xomeyninin Fransadakı xatirə l
Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O, nə coğrafi s�
Ukrayna ordusu Rusiyanın Belqorod şəhərindəki neft anbarını vurub.
Beynəlxaq səyahətçilər bu gün Azərbaycanın işğaldan azad olunan Xocav�