Azərbaycanın quru sərhədlərini açmamasının əsl səbəbi
Digərləri 30 Yan 2023 21:21:00 265 0
Azərbaycanın quru sərhədlərini pandemiyaya görə açmadığı haqda rəsmi səbəb ictimaiyyət arasında birmənalı qarşılanmır. Belə ki, pandemiya faktiki olaraq bitib, üstəlik, Azərbaycanın bütün qonşuları quru sərhədlərini açıblar. Bu mənada quru sərhədlərinin niyə bağlı qalması hər zaman cəmiyyətin müzakirə predmeti olub.
Bu xəbəri də oxu: Qəzaya uğrayan təyyarədə iki çeçenistanlı uşaq olub
Son.az axar.az-a istinadən bildirir ki, İrandakı səfirliyimizə terror hücumundan sonra quru sərhədlərimizin bağlı qalması ilə bağlı daha inandırıcı versiya irəli sürülüb. Bəzi ekspertlər bunun İrandan gələn ciddi təhdidlə bağlı olduğuna artıq heç bir şübhə etmədiklərini bildirirlər və bunu doğru qərar hesab edirlər.
Xatırladaq ki, quru sərhədlərimiz bağlanarkən hələ Vətən müharibəsi baş verməmişdi. Məhz 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi böyük qələbədən sonra İranın Azərbaycana qarşı açıq düşmənçilik siyasəti başladı. Bunun ardınca sərhədlərin açılması isə ölkəmizi daha təhlükəli vəziyyətə gətirə bilərdi. Belə ki, İran kəşfiyyatının Azərbaycanda necə aktiv olduğu DTX-nin ardıcıl əməliyyatları ilə ifşa edilən casus şəbəkələrindən bir daha aydın olur. Quru sərhədlərin açılması isə Azərbaycanın qələbəsindən ciddi şəkildə narahat olan İranın "şimal qonşusuna" diversant ixracını bir neçə dəfə artıra bilər.
Ekspertlər təklif edirlər ki, artıq Azərbaycanın bütün quru sərhədlərini açması, İranla sərhədi isə bağlı saxlamasında heç bir problem yoxdur. Əgər əvvəl belə bir addım İranın narazılığına səbəb olardısa, indi bunun səbəbini izah etmək üçün rəsmi Bakının ciddi əsası var: İranda Azərbaycan səfirliyinin fəaliyyəti qeyri-müəyyən müddətə təxirə salınırsa, İranla quru sərhədlərinin açılmaması da normaldır. Çünki İrandan Azərbaycana terror təhdidi olduğunu artıq 27 yanvar teraktı tam şəkildə sübut etdi.
Yanvarın 27-də Azərbaycan tərəfindən Ermənistan tərəfinə təhvil veril
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Macarıstana s
İran təbliğatçılarının tez-tez hədə-qorxu gəlmək üçün söylədiyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana rəsmi s�
Ukrayna Rusiya və Belarusdan olan 185 hüquqi və fiziki şəxsə, həmçinin �
Bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqları
Bu gün 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmı
Rio Ferdinand Kremldə Vladimir Putinlə görüşərkən çay qaşığı oğurla
Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr o
"Similarweb" tərəfindən dünyanın ən çox ziyarət edilən intern
Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əl
Paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-
"Kişilər gözəl, ağıllı, güclü, fədakar qadınları dəyərləndir
İsrailli politoloq Yakov Kedmi rusiyalı teleaparıcı Vladimir Solovyovla tok-
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşı Vasif Tağıyev Atilla kimi