Üçüncü intifada başlayır İsrailə
Siyasət 29 Yan 2023 19:17:00 286 0
İsraildə yeni il ərəfəsi ərəfəsində artan gərginlik ölkə tarixində ən sağçı hökumətin qurulmasından sonra zorakılıq spiralına çevrilib.
Bu xəbəri də oxu: Yaşar Gülər Bakı ilə İrəvan arasındakı sülh prosesindən danışdı
Son.az muselman.az-a istinadən bildirir ki, üç gün əvvəl İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilindəki Cenin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücum nəticəsində 9 fələstinlinin həyatını itirməsi gərginliyi artırıb. Ötən gün isə Şərqi Qüdsdə yəhudi yaşayış məntəqəsindəki sinaqoqun ətrafında baş verən silahlı hücumda ən azı 7 nəfər həlak olub.
İsrailin "Yediot Ahronot" qəzetinin analitiki Ron Ben-Yişai sinaqoq ətrafında baş verən hücumun Cenin əməliyyatına cavab olduğunu bəyan edib. Fələstinlilərin yaşadığı bölgələrdə artan hərbi əməliyyatları tənqid edən israilli jurnalist repressiyaların davam etdirilməsinin yeganə nəticəsinin yeni intifadaya (intifada - fələstinlilərin İsrail işğalina qarşı başlatdığı müqavimətin adı - red.) zəmin hazırlamaq olacağı barədə xəbərdarlıq edib.
İsrailliləri hədəf alan hücumlar dünən də davam edib. Şərqi Qüdsdə silahlı hücum nəticəsində iki nəfər yaralanıb. Atışma nəticəsində yaxalanan hücumçunun 13 yaşlı fələstinli olduğu açıqlanıb. Qüdsdə İsrail təhlükəsizlik qüvvələri ilə fələstinlilər arasında gərginliyin davam etdiyi bir vaxtda İsrail polisi HƏMAS tərəfindən Qəzza zolağından atılan raketin təsadüfən fələstinli bir ailənin evinə düşdüyünü bildirib.
Qeyd edək ki, fələstinlilərin İsrailə qarşı qiyamı olan intifadanın birincisi 1987-ci ildə başlayıb və 1993-cü il Oslo razılaşmasına qədər davam edib. İkinci intifada isə İsrailin o zamankı baş naziri Ariel Şaronun İsrail əsgərlərinin himayəsi altında Məscidül-Əqsanın həyətinə girməsi ilə başlayıb və 6 il davam edib.
Müasir dünyamızda baş verən stresslər, psixi-emosional hadisələr əsəb
llah Təala günah və günahkarlar haqqında buyurur: "Aşkar və gizlin g
Bu reseptin müəllifi 800 il əvvəl yaşamış rahibə Hilderqard fon Binqendi
İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən a
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəl
Güclü qar və şaxta Əfqanıstanda uşaqlar və qadınlar da daxil olmaqla, 1
Özündən 48 yaş böyük amerikalı Patrik adlı şəxslə evlənən türk akt
"Bu sahədə bilirsiniz nə iblizlər var? İçləri qurtludur. Gəlin, oxu
İsfahanda "Şəhid" dronlarının istehsal olunduğu zavoddan başqa
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində h�
"Little Big" qrupunun yaradıcısı İlya Prusikin "xarici agent&
"Rusiya və Ukrayna arasında savaşın mütləq qalibi olmayacaq".
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qar�