Astmatik status
Digərləri 29 Yan 2023 19:01:00 328 0
Astmatik status - bronxial astmanın ağır tutmasıdır, adi bronxolitiklərlə aradan götürülmür. Astmatik status getdikcə proqressivləşən ağ ciyərlərin ventilyasiyası və qazlar mübadiləsinin pozulması ilə gedən, həyat üçün təhlükəli bronxların obstruksiyası ilə müşayiət olunur. Bu vəziyyət 1-3% hallarda ölümə səbəb ola bilər, buna görə də təxirəsalımaz yardım tələb edir. Səbəbləri: Astmatik status bronxial astmanın qeyri-adekvat müalicəsi nəticəsi olaraq meydana çıxır. Bronxolitiklərin nəzarıtsiz qəbulu, glükokortikoidlərin qəflətən kəsilməsi astmatik statusa gətirib çıxara bilər. Həmçinin allergenlərlə kontakt, tənəffüs yollarının virus xəstəlikləri, havanın rütubətli olması, temperaturun dəyişməsi, emisional gərginlik astmatik statusa səbəb ola bilər. Simptomları: Xəstə oyanıq olur, məcburi vəziyyət alır. Nitq və tənəffüs çətinləşir, tutmaşəkilli öskürək qeyd olunur, ürəkdöyünmələrin, tənəffüs hərəkətlərinin sayı artır, arterial təzyiq qalxır. Qanda oksigenin azlması nəticəsində dəri solğunlaşır, sonra isə göyümtül rəng alır. Belə xəstələrə yardım göstərmədikdə huş alatoranlaşır və ya itir. Diaqnostika: Təcili yardım briqadası gəldikdə xəstənin vəziyyətini qiymətləndirir, dərhal yardım göstərir. İlk yardımdan sonra xəstə stasionara yerləşdirilir. Diaqnostik olaraq stasionarda xəstənin qanını ümumı, biokimyəvi analiz edirlər, dös qəfəsinin rentgeni və digər müayinələr aparılır. Siz nə edə bilərsiniz: Əgər bu əlamət varsa mütləq təcili yardım çağırın. Həkim nə edə bilər: Həkim oksigenoterapiya, infuzion terapiya, allergiya əleyhinə dərmanlar, bronxgenəldən preparatlar təyin edir. Zəruri olarsa ağ ciyərlərin süni ventilyasiyası tətbiq edilir. Profilaktika: Belə xəstələr müntəzəm olaraq həkimn nəzarəti altında olmalıdır ki, bu vəziyyət təkrarlanmasın. Həkim xəstənin vəziyyətini qiymətləndirərək müvafiq dərman maddələri təyin edir.
Bu xəbəri də oxu: Deputatlar üçün yeni avtomobillər alındı
İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən a
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəl
Güclü qar və şaxta Əfqanıstanda uşaqlar və qadınlar da daxil olmaqla, 1
Özündən 48 yaş böyük amerikalı Patrik adlı şəxslə evlənən türk akt
"Bu sahədə bilirsiniz nə iblizlər var? İçləri qurtludur. Gəlin, oxu
İsfahanda "Şəhid" dronlarının istehsal olunduğu zavoddan başqa
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində h�
"Little Big" qrupunun yaradıcısı İlya Prusikin "xarici agent&
"Rusiya və Ukrayna arasında savaşın mütləq qalibi olmayacaq".
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qar�
Rusiya müharibənin 340-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda m�
Müğənni İlqar Xəyal "Səs Azərbaycan: Doğma nəğmələr" yarı
"İranda gecə saatlarında bir sıra strateji müəssisələrdə güclü p
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 23 yeni yoluxma faktı qeyd�