ABŞın kəşfiyyat rəhbəri İsraildə: İranla müharibə başlayır?
Dünya 29 Yan 2023 18:08:00 1318 0
İsfahanda "Şəhid" dronlarının istehsal olunduğu zavoddan başqa eksperimental nüvə reaktoru, həmçinin nüvə yanacağının istehsalı üçün zəruri olan infrastruktur yerləşdiyi deyilir.
Bu xəbəri də oxu: Kurskda Rusiyanın S400ü məhv edildi
Son.az musavat.com-a istinadən bildirir ki, İranın bir neçə şəhərində baş verən partlayışlar dünyanın informasiya məkanında diqqətlə izlənir. Hava zərbələri gecə saat 3-4 radələrində edilib. Tehran, İsfahan, Xoy, Səlim, Həmədan, Cavanrud, Rəşt şəhərlərində partlayışlar və irimiqyaslı yanğınlar qeydə alınıb.
Rəsmi Tehran İsfahan şəhərində hərbi-sənaye kompleksinin sursat istehsal edilən müəssisələrindən birinə dron hücumu olduğunu təsdiqləyir. İran Müdafiə Nazirliyinin məlumatına görə, təmir kompleksinə PUA hücumu həyata keçirilib, dəymiş zərər ciddi deyil. Musavat.com xəbər verir ki, Rusiya onlayn mediası qeyd edir ki, İsfahanda "Şəhid" dronlarının istehsal olunduğu zavod var. Eyni şəhərdə eksperimental nüvə reaktoru, həmçinin nüvə yanacağının istehsalı üçün zəruri olan infrastruktur yerləşdiyi deyilir. Qeyd edək ki, İranın "Şəhid" dronları bir müddətdir ki, Rusiya Ukraynadakı müharibədə istifadə edir. Üç gün əvvəl Ukraynanın bir neçə şəhərinə hücumda da istifadə edilib. İran hava hücumunun dəf edildiyini bildirir, amma partlayışlar Rusiyanın hava hücumundan qorunmaq üçün İrana verdiyi arsenalın gücsüz olduğunu təsdiqləyir.
"Kafkazskiy uzel" iddia edir ki, İran hərbçiləri arasında itkilər var, amma bu barədə Tehran hələ xəbər verməyi tələsmir. "İsrail partlayışlara səbəbinin naməlum olduğunu deyir, lakin İsraildən başqa İranı məhv etmək istəyən və bunu bacaracaq başqa heç kim yoxdur" deyə, sayt yazır.
Maraqlıdır ki, İrandakı partlayışlar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin(CİA) rəhbəri Uilyam Börns İsrail səfərinə təsadüf edir. Rusiyanın bəzi informasiya saytları yazır ki, İran-İsrail gərginliyi Rusiya-Ukrayna müharibəsini ikinci plana keçirə də bilər.
Qeyd edək ki, İsrail təhlükəsizlik qüvvələrinin yanvarın 26-da İordan çayının qərb sahilində 10-da çox fələstinlinin ölümünə səbəb olan antiterror əməliyyatından sonra bölgədə vəziyyət gərginləşib. Bu basqın fələstinlilərin sərt reaksiyasına səbəb olub. Xüsusilə Fələstin Milli Administrasiyası təhlükəsizlik sahəsində İsrail hakimiyyəti ilə əməkdaşlığın koordinasiyasını dayandırdığını açıqlayıb. ABŞ kəşfiyyat rəisinin səfərində bu gərginliyi aradan qaldırmaq niyyəti də var.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində h�
"Little Big" qrupunun yaradıcısı İlya Prusikin "xarici agent&
"Rusiya və Ukrayna arasında savaşın mütləq qalibi olmayacaq".
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qar�
Rusiya müharibənin 340-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda m�
Müğənni İlqar Xəyal "Səs Azərbaycan: Doğma nəğmələr" yarı
"İranda gecə saatlarında bir sıra strateji müəssisələrdə güclü p
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 23 yeni yoluxma faktı qeyd�
Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxl
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıs
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış
Moskvanın cənub-qərbində evinin yaxınlığında yıxılaraq ağır xəsarə
Böyük Britaniyanın baş naziri Rişi Sunak, vergi qalmaqalı fonunda müstəq
Reytinqlərdə ilk sırada yer alan "Yalı çapkını" serialına yeni