Günün qoroskopu: Aktiv və fəal olun
Digərləri 29 Yan 2023 00:01:00 284 0
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Bu xəbəri də oxu: Evi sökülən şəxsə 283 min təzminat ödənəcək Ali Məhkəmə qərar verdi
Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - tərəfdaş, həmfikir və dostlarla ünsiyyət üçün yaxşı gündür. Onlar informasiyanı sizinlə həvəslə bölüşür, yaxşı məsləhətlərə xəsislik etmirlər. Real yardım da edirlər. Əks cins mənsubu ilə dil tapmaq bir qədər çətindir. Amma güzəştlər və kompromisləri unutmasanız, münaqişələrdən yan qaça biləcəksiniz. Ehtiyac yaranarsa, diplomat olun. Qəfil hədiyyə, gözlənilməz gəlir ola bilər. Böyük gəlir, sərfəli anlaşmaların reallaşması da istisna deyil. Yaradıcılıq potensialının reallaşdırılması zamanıdır. Aktiv olun, tənbəlliyə qapılmayın. Buğa - başladığınız bir sıra işlərdə uğur vəd edən gündür. Qüvvə, səy və vaxtınızı boşuna sərf etməyin. Qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə hərəkət edin. Heç nə diqqətinizi yayındırmamalıdır. Gərəkli nəticələrə bəzən dərhal çata bilməyəcəksiniz. Amma dürüst yolda olduğunuza şübhə etməyin. Romantik münasibətlər üçün pis olmayan gündür. Sevdiyiniz insanı sevindirin, ona xoş sürpriz edin. Yaxın gələcəklə bağlı birgə planlar qurmaq olar. İkiniz üçün də mühüm məsələləri müzakirə edin. Əkizlər - impulsiv davransanız, adi günlərlə müqayisədə daha çox səhvə yol verəcəksiniz. Dostlar və ailə üzvlərindən biri ilə ciddi münaqişə ola bilər. Aqressiv və sərt davranmayın, yaxın ətrafınızdakı insanların əsəbləri ilə oynamayın. Bütün bunlar çox ciddi səhvlər və problemlərə səbəb ola bilər. Sayıq, sərvaxt, həssas olun. Təşəxxüs və ambisiyalar sizi hiyləgərliyə vadar etməsin. İntriqalara və gizli sövdələşmələrə qatılmayın. Sizi bəlkə də ifşa etmədilər: amma qarşınıza qoyduğunuz məqsədlərə də çatmayacaqsınız. Təmaslarda diqqətli olun. Xərçəng - intuisiyanıza güvənin. Necə, hansı istiqamətdə addımlar atıb qərarlar qəbul etməyin lazım olduğunu təhtəlşüurunuz sizə deyəcək. Ətrafınızdakı insanlar çaşqınlıq içində olanda siz qətiyyətli və önəmli addımlar atın. İşgüzar və şəxsi görüşlər üçün pis gün deyil. Yaxın və uzaq gələcəklə bağlı məsələləri həll edə bilərsiniz. Minimum informasiyaya malik olsanız da, hadisələrin hansı yöndə cərəyan edəcəyini müəyyənləşdirməyə çalışın. Romantik münasibətlər sizi sevindirəcək. Güclü hisslərinizin yaranacağı insanla önəmli tanışlıq baş tuta bilər. Eksperimentlər aparmaq, riskə getmək olar. Şir - müsbət təmayüllərin təsiri artır. Çoxdan bəri qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Planları reallaşdırın, niyyətləri həyata keçirin. Sizə yardım edəcək insanlar var. Kimə inanmaq, kimdən isə uzaq durmaq gərəkdiyini tez müəyyənləşdirin. Aktiv olun, ətalətə qapılmayın. Pəhrizə başlamaq olar. Yeməkdə məhdudiyyət tətbiq etmək çətin deyil. İmiclə eksperimentlər üçün əlverişli gündür. Qız - əlverişli və yaxşı gündür. Emosional fon stabilliyi ilə fərqlənir. Nələrin baş verməsinə fikir verməyərək yaxşı əhvalınızı pozmayın. Fərqli işlərə başlaya bilərsiniz. Yeni layihələr və sifarişlər uğurlar vəd edir. Böyük xərclər olacaq. Gözlənilməz gəlirlər olacaq və pulsuz qalmayacaqsınız. İstənilən problemlərin həlli üçün yaxşı gündür. Yaradıcı münasibət tələb edən problemlərin həllində diqqətli davranın. İmiclə eksperimentlər etmək olar. Səfər gözlənildiyindən artıq vaxt tələb edəcək. Nəticələr sizi razı salacaq. Tərəzi - günlər arasında ən asan olmayanıdır. Ciddi problemlərlə qarşılaşacaqsınız. Əsla gözləmədiyiniz zamanda və məkanda çətinliklər sizi gözləyir. Yaxın ətrafınızdakı insanlar sizə çoxlu məsləhətlər verir, amma real yardımdan imtina edirlər. Bu səbəbdən də yolunuzda yaranan sədləri özünüz dəf etməli olacaqsınız. Nəzərdə tutulmamış xərclər, dəyərli əşyanın itirilməsi riski böyükdür.Hücum edən şəxs İran polisi tərəfindən dərhal ələ keçirilib və onun
İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə ibadət edənlər üç dəs
Ruslar işğal altındakı Mariupolda (Donetsk vilayəti) helikoper bazası yara
Rusiya Avropa İttifaqının 200 müşahidəçisinin Ermənistanda yerləşdiril
Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.
İslam dinində ən çox təkid olunan məsələlərdən biri duadır. Mövzumuz
Hər gün milyonlarla insan baş ağrısından əziyyət çəkir. Başağrısın
İnsanlarda caşqınlıq yaradan suallara cavab gecikmədiVəhabi iradı: Zəhm�
Rusiya Səhiyyə nazirliyi potensial defisit olan dərmanların siyahısına 3 v
İnsanlarda şişkinliyə ən çox fermentləşdirilə bilən oliqosaxaridlər,
Rusiyanın Dağıstan Respublikasının Xəzər dənizi sahillərində yenidən
Dietoloq Qinzburq şəkər və qəndin depressiyaya səbəb olduğunu açıqlay�