Abdullahian gülünc iddianı təkrarladı:
Siyasət 28 Yan 2023 23:56:00 307 0
Hücum edən şəxs İran polisi tərəfindən dərhal ələ keçirilib və onun dindirilməsi dünən günortadan davam edir.
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian 27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu haqda deyib.
Abdullahian İran xüsusi xidmət orqanlarının Azərbaycandan olan həmkarlarına son informasiyaları təqdim etdiyini bildirib:
"Bizim təhlükəsizlik orqanları və məhkəmə sistemi əməkdaşlarının sözlərinə görə, hücum şəxsi zəmində olub. Onun arvadı doğrudanmı Azərbaycan səfirliyində olub, doğrudanmı o, səfirliklə əlaqə saxlaya bilməyib, başqa motivlər olubmu - hər şey aydınlaşacaq. Amma əməliyyat metodu, təhlükəsizlik qüvvələrinin və polisin fikrincə, bunun qəsdən törədilmiş terror aktı olmadığını, şəxsi səbəblərdən atılan addım olduğunu ortaya qoyur".
Qeyd edək ki, İran hakimiyyəti teraktdan dərhal sonra hadisəni məişət zəmininə çəkmək üçün bütün vasitələrdən istifadə edir. Hücum edən şəxsin o əraziyə necə gəldiyi, Tehranda hazırda mövcud olan polis postlarından avtomat silahla necə keçməsi, onun səfirliyin binasını güdərkən təhlükəsizlik xidmətinin niyə hərəkətə keçməməsi, səfirliyin qapısı önündəki mühafizəçinin aradan çıxması və terrorçu binadan çıxdıqdan sonra belə qapını gürzlə vurduğu anda iranlı mühafizəçinin qeyb olmasının səbəbi və s. kimi açıq suallar bir kənarda qalıb, İran "şəxsi zəmini" əsas gətirərək, bunun terror aktı olmadığını iddia etməkdə maraqlı görünür.
İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə ibadət edənlər üç dəs
Ruslar işğal altındakı Mariupolda (Donetsk vilayəti) helikoper bazası yara
Rusiya Avropa İttifaqının 200 müşahidəçisinin Ermənistanda yerləşdiril
Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.
İslam dinində ən çox təkid olunan məsələlərdən biri duadır. Mövzumuz
Hər gün milyonlarla insan baş ağrısından əziyyət çəkir. Başağrısın
İnsanlarda caşqınlıq yaradan suallara cavab gecikmədiVəhabi iradı: Zəhm�
Rusiya Səhiyyə nazirliyi potensial defisit olan dərmanların siyahısına 3 v
İnsanlarda şişkinliyə ən çox fermentləşdirilə bilən oliqosaxaridlər,
Rusiyanın Dağıstan Respublikasının Xəzər dənizi sahillərində yenidən
Dietoloq Qinzburq şəkər və qəndin depressiyaya səbəb olduğunu açıqlay�
Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması vacibdir.