Hündürdaban ayaqqabıların qadın orqanizminə
Digərləri 28 Yan 2023 23:15:00 357 0
Hündürdaban ayaqqabıların qadın dünyasında özünəməxsus yeri var. Həmin ayaqqabıları geyinən xanımlarda özünə inam hissi daha yüksək olur.
Bu xəbəri də oxu: 46 milyon vəsait ayrılır, amma ziyanla işləyir
Gözəl və cazibədar görünmək hər bir xanımın arzusu olsa da, dikdaban ayaqqabıları geyinmək onların həm qamətinə, həm də ümumi sağlamlığına mənfi təsir göstərə bilir.
AZƏRTAC xəbər verir ki, həkim-travmatoloq Əli Əlizadə deyib: "Dayaq-hərəkət sistemi bütün qaməti üzərində gəzdirən bir oynaqda artrozun baş verməsi gələcəkdə daha ağır deformasiyalara, axsamaya, insanın həyat tərzinə mənfi təsir göstərən amillərdən birinə aparıb çıxara bilər. Dikdaban ayaqqabılar bədənin ağırlıq mərkəzini qabağa çəkir. Nəticədə bel, kürək və digər nahiyələrin əzələləri yüklənir və gərginləşir. Yeriyən zaman atılan addımların uzunluğu və tezliyi dəyişir, bu da bədən balansının pozulmasından xəbər verir, dizlərə əlavə gərginlik düşür, oynağın iç strukturu daha tez zədələnməyə meyilli olur. Normal halda ayaq üstə düz durub dayananda hər iki ətrafa ağırlıq eyni düşməlidir. Bu cür insanlar ağırlıq mərkəzini dəyişib daha çox ağırlığı bir tərəfə salır və bu da qamət pozulmasının əmələ gəlməsinə səbəb olur".
Müxtəlif hərəkətlər, pilləkənləri qalxıb-enmək, avtomobil idarə etmək, uzun müddət dizi bükülü vəziyyətdə oturmaq diz qapağına və ayaqlara ciddi təsir edir, ağrılar yaranır. Belə hallarla qarşılaşarkən, ilk növbədə, həkimə müraciət etmək və bunun əsasında müalicəyə başlamaq lazımdır. "Orqanizm həmişə bir xəstəliyin öhdəsindən gəlmək iqtidarındadır, sadəcə, ona şərait yaratmaq lazımdır. Digər xəstəliklər olmadıqda bir oynağın deformasiyasının və yaxud qamət pozuntusunun qarşısını almaq daha asan olur. Müalicəni aparan həkim də az əziyyət çəkir və müalicənin müddəti də daha qısa olur",- deyə həkim-travmatoloq bildirib.
İnsanın sahibi olduğu sifətlər həyatında iki formada əks olunur. Bəzil�
Son dönəm yayılan qripdən sonra orqanizm asan və qısa müddətə bərpa ol
Xəbər verdiyimiz kimi, "Hilton" hotellər şəbəkəsinin varisi, m�
Səhər yeməyi orqanizm üçün ən vacib sayılan qida hesab edilir. Biz orqan
Ukraynalı musiqiçilərə, aktyorlara Almaniyada keçiriləcək festivalda Rusi
"Aygün Kazımova illərin sınağından keçmiş dostumdur. Onun illər ə
90-ların seks simvolu Pamela Andersonun keçmiş həyat yoldaşından ona 10 mi
İmam Cəfəri Sadiq (ə) bir rəvayətdə ibadət edənlərin, Allaha nə üç�
Fiziki, emosional, kimyəvi və zehni səbəblərdən yaranan stres, bu gün bir
Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)Müqəddəs İslam dininin elçis
Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. Buna beynəlxalq zəmanət
Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi
Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsənin