Fransız politoloq: “Beynəlxalq ictimaiyyət İranı terror aktına izahat verməyə məcbur etməlidir”
Siyasət 28 Yan 2023 10:52:00 273 0
"Beynəlxalq ictimaiyyət İranı Azərbaycanın səfirliyində törədilən terror aktına izahat verməyə və diplomatik missiyanın lazımi şəkildə mühafizəsinin təminatına məcbur etməlidir".
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Son.az bildirir ki, bunu "Report"a açıqlamasında fransız tarixçi və politoloq Maksim Quen deyib.
"İranın molla rejiminin güclü repressiv sistemi var. İndiyə qədər ən güclü sübut girişdə qeydə alınan video görüntülərdir. Belə ki, İran polisi "Kalaşnikov" avtomatı olan bir adamın səfirliyə daxil olduğunu görən zaman çox sakit davranıb", - o vurğulayıb.
Ekspert həmçinin xatırladıb ki, hücum Osvensim şəhərinin azad edilməsinin ildönümündə, həmçinin Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması kontekstində baş verib və İrandakı molla rejimi bunları qəbul edə bilmir: "Azərbaycan və İsrail İranın yeganə hədəfi deyil. Son 10 ildə İran rejiminin sifarişi ilə Avropa İttifaqı ölkələrində uğursuz terror aktlarına cəhd edilib".
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Son.az
"TikTok"la məşhurlaşan bloger Ləman Vəliyeva özünə lüks avtom
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Röya Ayxan "Bakı Konqre
Azərbaycan Respublikasına səfərə gələn Misir Ərəb Respublikasının Pre
Böyük Britaniyalı müğənni-aktrisa Rita Ora rejissor Taika Vaititiyə ər�
Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını qə
"Hardasa 3 il bundan əvvəl 80 min manat pul qazanacaqdım. Bu il isə m�
Hər şeydən əvvəl başımız sağ olsun. Terrorçuya müdaxilə edən səfir
"Xanımım Röya beş ay xəstəxanada yatıb, müalicələr aldı. Həkiml
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin
ABŞ Prezidenti Co Bayden ilə İsrailin baş naziri Benyamin Netanyahu arasına
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Son illər orqanizmin təmizlənməsi istiqamətində həyata keçirilən prosed