Ermənistanda hərbçilərin qəsdən yandırıldığı iddia olunur
Dünya 28 Yan 2023 09:12:00 369 0
Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın zamanı həlak olan daha bir əsgərin valideynləri övladlarının qəsdən öldürüldüyünü iddia edir.
Bu xəbəri də oxu: Peskov: Borrellin rəhbərlik etdiyi illər utancla xatırlanacaq
Son.az bu barədə "Report"a istinadən xəbər verir.
Belə ki, hadisə zamanı həlak olmuş hərbçi Ayk Kirakosyanın valideynləri yanğının qəsdən törədildiyinə dair iddialar irəli sürüblər.
Qeyd edilir ki, Ayk Kirakosyan hadisədən bir neçə gün əvvəl hərbi xidmətdə yaranmış xoşagəlməz vəziyyətdən şikayət edib. O, atası ilə son söhbətlərinin birində iki əsgər qardaşı ilə Qor adlı komandir (Qor Agekyan -red) arasında insident baş verdiyini bildirib.
"Hadisədən iki gün əvvəl telefonla danışdıq. Ayk bildirdi ki, hərbçilər arasında mübahisə yaranıb, söz-söhbət olub, bundan 4 gün əvvəl hərbi polis nə baş verdiyini araşdırmaq üçün yoxlamağa gəlib. Yoxlamalr zamanı əsgərlərdə mobil telefonlar aşkarlanıb. Təfərrüatı açıqlaya bilmirəm, söhbət həm də onların komandiri haqqındaydı, komandir də yəqin ki, bütün bu əşyaların kimə aid olduğunu yoxladı, onlar bir-birlərini vurublar", - Ayk Kirakosyanın atası Qabriel Kirakosyan deyib.
Ayk Kirakosyan həmin hadisədən atasından başqa hərbi hissəyə köçürülmək istədiyini, xidmətini bu bölükdə davam etdirə bilməyəcəyini deyib.
Ayk 15 hərbçinin ehtiyatsızlıqdan ölümündə ittiham olunan kapitan haqqında heç nə danışmayıb. Əsgərin valideynləri övladlarının ölümü ilə bağlı Müdafiə Nazirliyinin ilkin rəsmi versiyasına inanmırlar.
"İyirmi əsgərin həyatı əmanət edilmiş zabit sobaya benzin tökməyin yanğına səbəb olacağını necə bilməsin? Əsgərlər hadisə zamanı doğrudan da yatmışsdısa, soba nə üçün yanırdı? Axı Ayk tez-tez yataq otağının kiçik və isti olduğunu söyləyirdi.
Əsgərlər doğrudan da yatmışdılarsa, niyə çarpayılarda çəkmələrlə, ölmüş vəziyyətdə aşkarlanıblar? Necə ola bilərdi ki, təlim keçmiş 10 nəfərdən heç biri qapını sındıra bilməyib?", - əsgərin valideynləri bildiriblər.
Qeyd edilir ki, bu suallar Aykın valideynlərini çıxılmaz vəziyyətə salır: "Lakin bir şey aydındır: baş verənlər qəsdən törədilib", - "News.am" yazır.
"Oğlum (Ayk-red) qəsdən yuxuya verilib və ya zəhərlənib, o getdi və izi itirmək üçün qəsdən yanğın törədiblər. Özümə o qədər suallar verirəm ki, nə baş verdiyini anlamıram. Bunu (yanğının törədilmə səbəbini -red) ancaq icraçı yox, oğlum da bilib. Hətta düşünürəm ki, oğlum onların əməlləri barədə nəsə bilir, qorxublar ki, Ayk hər şeyi üzə çıxarar. Buna görə oğlumu öldürüblər.
Mən heç bir fərziyəyə inanmıram. Onlar (əsgərlər) qəsdən öldürülüb", - Ayk Kirakosyanın anası Armine Ağaxanyan deyib.
Xatırladaq ki, hadisə yanvarın 18-də baş verib. Yanğın nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb, hərbi hissənin komandiri polkovnik-leytenant Qor Agekyan saxlanılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Mətbuat qeyd edib ki, yanğından bir həftədən çox vaxt keçsə də, Ayk Kirakosyanın ailəsinə Ermənistanın Müdafiə Nazirliyinin heç bir rəsmisi baş çəkməyib.
Son.az
ABŞ Prezidenti Co Bayden ilə İsrailin baş naziri Benyamin Netanyahu arasına
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Son illər orqanizmin təmizlənməsi istiqamətində həyata keçirilən prosed
Sonsuzluq bütün dünyada bir çox xəstəliklə bağlı olaraq 60-80 milyon c�
Ukraynada vəziyyət ölkə Prezidenti Vladimir Zelenskinin nəzarətindən çı
Qarğıdalı və buğda daşıyan yeddi quru yük gəmisi Ukrayna limanlarını
Yüksək təzyiq çox insanda müşahidə edilən xəstəlikdir. Artıq çəki,
Səhhət və estetik cəhətdən problem yaradan varikozlara bəzən diqqət yet
"Verdi" həmkarlar ittifaqı təşkilatçılığı ilə Almaniyanın &
Yaponiya avtomobil istehsalçısı "Nissan Motor Co." 527 min 491 əd�
Həm meyvəsindən, həm də yarpağından istifadə edilən üzüm yarpağı ç
ABŞ Prezidenti Co Bayden İranla münasibətlərdəki problemlərin həllində
"Mənim başıma gələnlər Ukrayna Prezidenti Volodimir Zelenski üçün
Düzgün qidalanmaq sümük quruluşu üçün də vacibdir. Xüsusilə də süm�