Kişi sonsuzluğunun səbəbi
Digərləri 28 Yan 2023 08:55:00 286 0
Sonsuzluq bütün dünyada bir çox xəstəliklə bağlı olaraq 60-80 milyon cütlüyün həyatına təsir edən xəstəlikdir. Cütlərin təxminən 100-də 40-da sonsuzluğun səbəbi kişi faktoru qaynaqlıdır.
Bu xəbəri də oxu: İstanbul ağ örpəyə büründü
Düzgün qidalanmamaq, mənfi vərdişlər də risk faktorları sırasındadır. Türkiyənin Memorial Diyarbakır Xəstəxanasının uroloqu Necmettin Penbegül kişi sonsuzluğunun səbəbləri və müalicə zamanı qidalanma faktoru barədə vacib açıqlamalar edib. Onun sözlərinə görə, evli cütlüklər hansısa qorunma üsulundan istifadə etmədən bir illik mütəmadi münasibətdə olsalar da, uşaq sahibi ola bilmirlərsə, bunun səbəbi sonsuzluq olaraq dəyərləndirilir: "Səbəblər sırasında spermanın funksiya pozğunluğu, hormonal pozğunluqlar, infeksiyaları misal gətirmək olar. Siqaretdən, spirtli içkilərdən istifadə, yanlış qidalanmaq da sonsuzluğu yaradan məsələlər arasında yer alır. Düzgün qidalanmamaq səbəbi ilə vücud maddələr mübadiləsini yavaşıdır. Yağlı yeməklər, trans yağlardan istifadə də immunitetə mənfi təsir göstərir. Köklük xəstəliyi spermanın keyfiyyətini öldürür. Sonsuzluğun müalicəsində qida seçimi əsas məsələlərdəndir". Mütəxəssis, sosis, kolbasa kimi məhsulların spermaya mənfi təsir göstərdiyini qeyd edib. "Doymuş yağ asidləri, vücuddakı sərbəst oksigen radikallarının artmasına səbəb olaraq spermanın keyfiyyətinə ziyan vurur. Bunun əksi olaraq dəniz məhsulları spermanın sayı və keyfiyyətində müsbət təsirə malikdir. Meyvə və tərəvəzlərdən isə mütəmadi olaraq istifadə əsas şərtdir. Bu qidalar kişi sonsuzluğuna qarşı mübarizə edir desək yanılmarıq: - Quzu əti başda olmaqla qırmızı ət və ət məhsulları - Süd və süd məhsulları - Balıq - Təbii həyətdə saxlanılan ev toyuqları - Antioksidanlarla zəngin meyvə və tərəvəzlər - Yer fıstığı, lobya, brokoli və s",- deyə həkim vurğulayıb.
Ukraynada vəziyyət ölkə Prezidenti Vladimir Zelenskinin nəzarətindən çı
Qarğıdalı və buğda daşıyan yeddi quru yük gəmisi Ukrayna limanlarını
Yüksək təzyiq çox insanda müşahidə edilən xəstəlikdir. Artıq çəki,
Səhhət və estetik cəhətdən problem yaradan varikozlara bəzən diqqət yet
"Verdi" həmkarlar ittifaqı təşkilatçılığı ilə Almaniyanın &
Yaponiya avtomobil istehsalçısı "Nissan Motor Co." 527 min 491 əd�
Həm meyvəsindən, həm də yarpağından istifadə edilən üzüm yarpağı ç
ABŞ Prezidenti Co Bayden İranla münasibətlərdəki problemlərin həllində
"Mənim başıma gələnlər Ukrayna Prezidenti Volodimir Zelenski üçün
Düzgün qidalanmaq sümük quruluşu üçün də vacibdir. Xüsusilə də süm�
Azərbaycanın İranın paytaxtı Tehran şəhərindəki səfirliyinə hücumla
ATƏT sədri Buyar Osmani Azərbaycanın İrandakı səfirliyinə qarşı silahl
Braziliyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə
Köhnə yunanların tibb dünyasında dərman olaraq bal və darçından istifad