Bu ölkələr də Azərbaycana başsağılığı verdi
Siyasət 27 Yan 2023 19:50:00 361 0
İordaniya XİN terror aktı ilə bağlı Azərbaycana başsağılığı verib.
Bu xəbəri də oxu: Bayden Azərbaycana təşəkkür etdi
İordaniya Xarici İşlər və Mühacir məsələləri Nazirliyi bu gün Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı Səfirliyinin əməkdaşlarının məruz qaldıqları hücumun qurbanları ilə əlaqədar Azərbaycan Respublikasının hökuməti və xalqına dərin hüznlə başsağlığını ifadə edir.
Nazirlik Krallığın Azərbaycan Respublikasının hökuməti və xalqı ilə həmrəyliyini, xüsusən də diplomatik nümayəndəliklərin binalarını və orada çalışanları hədəfləyən zorakılığın bütün formalarını rədd etdiyini xüsusi qeyd edir, həlak olan şəxsin ailəsinə başsağlığını, yaralananlara isə tezliklə şəfa tapmaq arzusunu ifadə edir.
-------------
Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə diplomatik nümayəndəliyin əməkdaşlarının ölümü və yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir.
Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
"Qazaxıstan diplomatik nümayəndəliklərə və onların nümayəndələrinə qarşı hər hansı zorakılıq təzahürü və təcavüz aktını qəbuledilməz hesab edir. Hesab edirik ki, bu cür hücumlar beynəlxalq hüququn əsaslarını və normalarını pozur və ümumbəşəri qınaq obyektidir. Biz qardaş Azərbaycan xalqına səmimi başsağlığı veririk, o cümlədən həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Orxan Əsgərovun ailəsi və yaxınlarına başsağlığı veririk. Xəsarət alanlara tezliklə şəfa diləyirik. Əminik ki, İran İslam Respublikasının hakimiyyət orqanları faktla bağlı hərtərəfli araşdırma aparacaq və hadisəni törədənlərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək", - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terro hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
--------------
İnsan həyatına qarşı bütün zorakılıqlar pislənilməlidir.
APA xəbər verir ki, Finlandiyanın Cənubi Qafqaz üzrə səfirliyinin Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı "Twitter" paylaşımında belə qeyd olunub. Paylaşımda Azərbaycanın Tehrandakı səfirliyinə hücumun dəhşətli faciə olduğu qeyd edilib.
"Həlak olanın ailəsinə dərin hüznlə başsağlığı veririk və bütün yaralılara tezliklə sağalmalarını diləyirik", - deyə paylaşımda bildirilib.
------------
Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb.
APA xəbər verir ki, bununla bağlı Estoniya XİN başçısı "Twitter"də bildirib.
"Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirəm", - Reinsalu qeyd edib.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror
Bir müddətdir küsülü olan Avroviziya təmsilçilərimiz Nigar Camal və Sam
2023-cü il 27 yanvar tarixində Azərbaycan Respublikası İqtisadi Şurasını
Yunanıstan səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu
Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücu
Bu gün Azərbaycanın İrandakı səfirliyinə "Kalaşnikov"la basq�
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın İrandakı səfirliyinə terror
Niderland Azərbaycanın İrandakı səfirliyinə bu gün baş verən zorakı h�
Milyarder İlon Maskın komandası şirkətin yeni səhmlərini satmağı düş�
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayə�
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın paytaxtı Tehranda Azərbayca
Səudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycan Res
Meksikanın Bakıdakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinin terror
Bir müddət əvvəl barışan müğənni Xatun Əliyeva və rəqqasə Fatimə F