Ombudsman terrorla bağlı bəyanat yayıb
Siyasət 27 Yan 2023 15:19:00 259 0
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb.
Bu xəbəri də oxu: Paris Sazişinin 6cı maddəsinin tam icra olunmasına nail olundu beynəlxalq karbon bazarları açılır
Ombudsman Aparatından verilən məlumata görə, bəyanatda deyilir:
Bu gün səhər saatlarında ölkəmizin İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə qınayırıq. Bu alçaq hücum nəticəsində öz xidməti fəaliyyətini həyata keçirərkən diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olmuş, səfirliyin iki nəfər əməkdaşı isə xəsarət almışdır.
Baş verən hadisə ilk növbədə "Diplomatik əlaqələr haqqında" 1961-ci il tarixli Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Vyana Konvensiyasının 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır, nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, nümayəndəliyin normal fəaliyyətinin təmini üçün lazımi tədbirlər görmək ev sahibi olan dövlətin vəzifəsidir.
Baş verən cinayət hadisəsi həm də "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 1973-cü il tarixli Konvensiyasının tələblərinin kobud pozuntusudur.
Bəşəriyyət üçün ən təhlükəli təhdidlərdən biri olan terrorizm cinayətinin qurbanı olmuş və öz xidməti vəzifəsini icra edərkən həlak olmuş səfirlik əməkdaşına Allahdan rəhmət, ailəsinə səbir, yaralananlara şəfa diləyirəm.
Bu qanlı terror aktı İran hökuməti tərəfindən tezliklə araşdırılmalı, cinayətkarlar cəzalandırılmalı, beynəlxalq sənədlərə əsasən müəyyən edilmiş öhdəliklər yerinə yetirilməlidir.
Dünya azərbaycanlıları ölkəmizin İran İslam Respublikasındakı səfirli
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Azərbaycanın İrandakı səfi
Azərbaycanla münasibətləri gücləndirmək istəyən beynəlxalq tərəfdaş
Qırğızıstanın Azərbaycandakı səfirliyi İrandakı səfirliyimizə terror
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin İran İslam Respublikasınd
27 yanvar İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri
Əməkdar jurnalist Ləman Ələşrəfqızına ağır itki üz verib.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-d
Azərbaycanın Tehrandakı səfirliyinə xain hücumu qətiyyətlə pisləyirik.
Mərakeşin Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə
Ermənistanın Baş naziri Nikol Paşinyan gözlənilmədən İrəvanın Qaraba�
"Hər hansı bir adamın əlinə silah alıb səfirliyin işçisinə hücum
Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyin�
ATV telekanalının daha bir aparıcısı ifaçılığa başladı.
Tehranda Azərbaycan səfirliyinə edilən hücum fars molla rejiminin terror�