Kinoittifaqın sədri ətrafında
Digərləri 27 Yan 2023 08:48:00 294 0
Şəfiqə Məmmədova ittihamlar qarşısında; Azərbaycan Kinematoqrafçılar İttifaqı bağlanır?
Bu xəbəri də oxu: Qış ayları üçün təbii antibiotik Sidik kisəsini təmizləyir
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ətrafında qalmaqal böyüyür. AKİ-nin mətbuat katibi vəzifəsindən ayrılan Əli Vəliyev mediaya açıqlamasında ittifaqdakı özbaşınalıqlarla bağlı son açıqlamalarından sonra ciddi təzyiqlə üzləşdiyini bildirib: "İşdən çıxmağımla bağlı açıqlamalar verəndən sonra mənə qarşı təzyiqlər artıb. Dediklərimin hamısı düzdür, hamısı faktdır. Vətən müharibəsi zamanı "YAŞAT" Fonduna köçürmək üçün üzvlərdən və katiblərdən pul toplandı, eyni zamanda mən özüm də müəyyən vəsait qoymuşam ora. Xalq artisti Vasif Babayev 500 manat, Nəriman Məmmədov 200 manat, Oktay Mirqasımov müəyyən qədər və s. pullar ödəmişik. Ümumilikdə 2820 manat pul yığıldı. Hətta Vasif Babayev o pulu verəndə açıq qeyd etdi ki, "Balalarımın boğazından kəsib, bu pulu qazilərimiz, şəhid ailələrimiz üçün göndərirəm". Şəfiqə Məmmədova isə bu pulları mənimsəyib, qoyub cibinə. Əvəzində dövlətin ittifaqa ayırdığı puldan 5 min manat YAŞAT Fonduna ianə edib. Qoy həmin o 2820 manatı hara köçürübsə, zəhmət olmasa Şəfiqə xanım onun qəbzini versin. Verə bilməyəcək. Əgər dediyimin əksini edə bilsə, mən üzr istəyib, sözlərimi geri götürəcəyəm".
Qeyd edək ki, ötən ilin dekabrında iddia olunurdu ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün AKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də AKİ üzvləri xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər.
Bununla bağlı ilk etiraz olaraq qurumun üzvü, xalq artisti Şeyx Əbdül Mahmudbəyov mətbuata açıqlamasında Şəfiqə Məmmədovanın saxta yolla sədr seçildiyini demişdi.
Tanınmış kinorejissor Oqtay Mirqasımov isə buna cavab olaraq bildirmişdi ki, Ş.Məmmədova əsasnamədə yazılan qaydada seçilib və təsdiqlənib: "Bizdə hər şey qurultayla həll edilmir. Konfransın bəzi şeyləri həll etmək hüququ var. Seçim məsələsi gündəmə gəldikdə fikirləşdik ki, hazırda Kinematoqrafçılar İttifaqı elə vəziyyətdə deyil ki, qurultayı gözləyək". Onun sözlərinə görə, hazırda ittifaqın qurultay keçirə biləcək maliyyə vəsaiti yoxdur, buna görə sədr iclasda seçilib: "Burada maliyyə məsələləri var, bizim büdcəmiz o qədər də güclü deyil. Hazırda çox gərgin vəziyyətdəyik, imkanımız məhduddur. Qurultayı yığmaq çox vəsait və hazırlıq tələb edir. Biz özümüz qərara gəldik ki, elə burada - iclasda seçək. İttifaqın hüquqşünasını çağırdılar ki, məsləhət etsinlər görək bu məsələdə hansı yol qanunidir. Vaqif Mustafayev ondan soruşdu ki, belə qayda varmı? Hüquqşünas isə əsasnaməyə baxaraq bunun qanuni olduğunu, amma iştirak edənlərin fikirlərini deməli olduğunu bildirdi. Biz isə hamımız xorla Şəfiqə Məmmədovaya səsimizi verdik. Bizim ittifaqda heç vaxt davakarlıq olmayıb, bundan sonra da olmayacaq".
İttifaqın üzvü, kinorejissor Ayaz Salayev isə bu barədə Lent.az saytına təzadlı açıqlama verib. O qeyd edib ki, quruma hələ ki sədr seçilməyib: "Bu, qurultay deyildi, iclas idi. Sədr hələ seçilməyib. Protokolun qəbul edilib-edilməməsi barədə məlumatsızam. Seçki və qurultay isə mütləq keçiriləcək, kim sədr vəzifəsinə seçilmək istəyirsə, namizədliyini irəli sürə bilər".
Mediada Kinematoqrafçılar İttifaqından kütləvi şəkildə istefalar olduğu, qurumun tezliklə bağlanacağı, ya da hazırda Rasim Balayevin rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqına birləşəcəyi haqda iddialar var.
Məlumata görə, qurumdan istefa verənlərin arasında xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Tariyel Qasımov, əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, xalq yazıçısı Natiq Rəsulzadə, əməkdar incəsənət xadimi Yavər Rzayev, həmçinin Yusif Quliyeva, Reyhan İsayeva, Yalçın Verdiyev və başqalarının adı var.
Ukraynadakı böhranın sülh yolu ilə nizamlanması lazımdır, lakin bu, ayla
Eyyub Hüseynov: "Azərbaycanda su biznesinə heç kim nəzarət etmir"
Yanvarın 26-dan 27-nə keçən gecə Qəzza zolağından İsrail ərazisinə ik
Bir neçə gündür sosial şəbəkələrdə tanınmış mügənni Röya Ayxanı
Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 16 milyard dollara qədər çoxillik y
ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının satışın
Rusiyanın "Terminator" texnikası Kremennoy ərazisində Ukrayna qoş
Avropa Komissiyası Bolqarıstan və Slovakiyanı yerli qanunvericiliyə bərpao
Artıq 12 ölkə Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə
Qarabağdakı ermənilər ekoloji böhranı daha da dərinləşdirirlər.
Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin bir h
BMT-nin Humanitar Fondu Ukraynanın şərqində və cənubunda humanitar əməli
2023-cü il yanvarın 26-da Rusiya Ukraynanın kritik infrastrukturuna kütləvi
Ukrayna ABŞ-dan M1A2-nin təkmilləşdirilmiş modifikasiyasında "Abrams&