Unibank ötən ilin maliyyə nəticələrini açıqlayıb


Digərləri 25 Yan 2023 14:45:00 78 0

Unibank ötən ilin maliyyə nəticələrini açıqlayıb

"Unibank" KB ASC 2022-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. 31 dekabr 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 24.5 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. İl ərzində cəmi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 % artaraq, 233 milyon manat təşkil edib. 2022-ci ildə qazanılmış faiz gəlirləri 163 milyon manatı ötüb, qeyri-faiz gəlirləri isə 70milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 75%, faiz gəlirləri isə 34% artıb.  

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov2022-ci ilin Bank üçün vacib ilolduğunu bildirib: "Unibankın30 illik yubiley ili kimi qeyd etdiyimiz 2022-ci il, bir sıra əhəmiyyətli hadisələrlə yadda qaldı. Artan rəqabət, sürətlə yenilənən texnologiya və müştərilərin innovativ məhsul və xidmətlərə tələblərini layiqincə qarşılamaq üçün ötən il ərzində bank yeni xidmət və məhsulların tətbiqi, eləcə də rəqəmsallaşmanınsürətləndirilməsi üçün sərmayə qoyuluşlarını davam etdirib. Unibankölkə iqtisadiyyatının maliyyələşdirilməsində yaxından iştirakla yanaşı, biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyətinin avtomatlaşdırılması, bank xidmətlərindən kənarda qalan əhalinin banka cəlbi, bütün sahələrdərəqəmsallaşmanınsürətləndirilməsi üçün ciddi investisiya layihələri həyata keçirib. Bu sərmayələr Bankın və əməkdaşların inkişafını və gələcək hədəflərini təmin etmək, müştərilərin bank məhsul və xidmətlərindən istifadəsini daha da yaxşılaşdırmaqla yanaşı, bu ildən etibarən maliyyə nəticələrinə də müsbət təsirini göstərəcəkdir. Yatırdığımız bu böyük investisiyaların nəticələri yaxın illərdə daha açıq şəkildə hiss olunacaq. 2022-ci ildə həyata keçirilən tədbirlər bankın vacib maliyyə göstəricilərininnəzərəçarpan artımını da göstərir. İlin sonunda bankın aktivləri öz tarixi maksimumuna çataraq, 1,4 milyardmanatı ötüb. Uğurla başa çatdırılan kapitallaşma prosesi nəticəsində bankın kapitalı 31milyon manata yaxın artıb.

2023-cü il üçün də böyük hədəflərimiz, yeni daxili inkişaf layihələrimiz və müştərilərimiz üçün planladığımız  yeniliklər var. İnanırıq ki, bu il də Unibank və ümumilikdə ölkə bank sektoru üçün əhəmiyyətli illərdən biri olacaq".

2022-ci il ərzində bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2022-ci ilin əvvəli ilə müqayisədə ilin sonunda "Unibank"ın ümumi kredit portfelinin həcmi  20% artıb.

Hər zaman olduğu kimi ötən il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 56% artıb. İl ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 336milyon manat təşkil edib. Biznes kreditləri portfeli 31 dekabr 2022-ci il tarixinə 274milyon manat təşkil edib. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank"ı seçən biznes sahblərinin sayı 2021-ci illə müqayisədə 12%-ə yaxın artıb.

"Unibank"ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, 2022-ci il ərzində verilən mikrokreditlərinəksəriyyəti bu xidmət vasitəsilə ayrılıb. İl ərzində onlayn formada açılan biznes hesabların və onlaynrəsmiləşdirilən kreditlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Pərakəndə bank müştərilərinin də bank xidmətlərində rəqəmsal kanallara üstünlük verməsində ciddi artımlar qeydə alınıb.

Son illərdə dünyada və qlobal iqtisadiyyatda baş verən hadisələr fonunda Bank əvvəlki kimi kredit risklərinə xüsusi diqqətlə yanaşaraq, ehtiyatların yaradılması ilə bağlı konservativ siyasətini davam etdirir. Bu məqsədlə ötən il ərzində 26 milyon manat ehtiyatlara ayırmalar edib.

2022-ci ildə bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ilin sonuna "Unibank"ınaktivlərinın həcmində 39% artım qeydə alınıb. Hesabat dövrünün sonuna bankın xalis mənfəəti 0,6 milyon manata yaxın olub. Kapitallaşma proqramının uğurla başa çatdırılmasının nəticəsi olaraq, Bankın məcmu kapitalı 20% artaraq, 128milyon manata çatıb. 

Ötən müddət ərzində "Unibank"ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli 286 milyonmanat artaraq, 31 dekabr  2022-ci il tarixinə990 milyon manat təşkil edib.

Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. 2021-ci illə müqayisədə ötən il Unibank kartları üzrə nağdsız əməliyyatların sayı 5 dəfə çoxalıb, həcmi isə 3dəfədən çox artaraq 8milyard manata çatıb. Ümumilikdə isə 2021-ci illə müqayisədə 2022-ci ildə Unibank kart sahiblərinin sayında 86% artım olub.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  

Unibank-Sənin Bankın!

"Rusiyadayam, çörək pulu arxasınca getmişəm" like
  • 25 Yan 14:35  
Şou-biznes "Rusiyadayam, çörək pulu arxasınca getmişəm"

"Rusiyadayam, çörək pulu arxasınca getmişəm. Heç bir sənət yoldaş

arrow Ətraflı
May ayında Ulu öndərin 100 illiyi ilə bağlı böyük əfv olacaq like
  • 25 Yan 14:16  
Siyasət May ayında Ulu öndərin 100 illiyi ilə bağlı böyük əfv olacaq

"Ulu öndərin 100 illiyi ilə bağlı böyük əfv qərarı icra ediləcə

arrow Ətraflı
Milli Məclisdə erməni cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək like
  • 25 Yan 14:15  
Siyasət Milli Məclisdə erməni cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək

Milli Məclisdə Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən tör

arrow Ətraflı
Türkiyədə qadın solist öldürüldü: Qatilin qaçışı anbaan lentə alındı like
  • 25 Yan 14:13  
Digərləri Türkiyədə qadın solist öldürüldü: Qatilin qaçışı anbaan lentə alındı

Türkiyənin Bursa şəhərində yerləşən əyləncə məkanında solist olara

arrow Ətraflı
Elnarə Alp dağlarında like
  • 25 Yan 14:02  
Şou-biznes Elnarə Alp dağlarında

Müğənni Elnarə Xəlilova Alp dağlarına gedib.

arrow Ətraflı
İsfahanda bir ay əvvəl qaçırılan gəncin meyiti atasının bağından tapıldı like
  • 25 Yan 13:51  
Digərləri İsfahanda bir ay əvvəl qaçırılan gəncin meyiti atasının bağından tapıldı

İsfahanlı 19 yaşlı gənc Rza Qədrinin meyiti iki gün öncə atasının ba

arrow Ətraflı
İsveçdə Quranın yandırılması oyunu Ərdoğanın üzərində qurulub  Yunus Oğuz  MÜSAHİBƏ like
  • 25 Yan 13:48  
Siyasət İsveçdə Quranın yandırılması oyunu Ərdoğanın üzərində qurulub Yunus Oğuz MÜSAHİBƏ

Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bölgədə və dünyada gedən

arrow Ətraflı
"Böyüklər bir yana, uşaqlar şam kimi əriyirlər" like
  • 25 Yan 13:40  
Şou-biznes "Böyüklər bir yana, uşaqlar şam kimi əriyirlər"

Aparıcı Aytən Səfərova da son günlər yayılan virusa yoluxub. 

arrow Ətraflı
Dörd ölkə Azərbaycanla bağlı Avropa Komissiyasına müraciət etdi like
  • 25 Yan 13:34  
Digərləri Dörd ölkə Azərbaycanla bağlı Avropa Komissiyasına müraciət etdi

Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya Avropaya Azərbaycan qazını

arrow Ətraflı
Oğurluq məqsədi ilə evə girmək istədi, like
  • 25 Yan 13:29  
Digərləri Oğurluq məqsədi ilə evə girmək istədi,

Türkiyənin Qaziantep şəhərində oğurluq etmək məqsədi ilə evə girən

arrow Ətraflı
"Ağsu Aşırımı" kimi tanınan yolun təmiri nə vaxt başa çatacaq? like
  • 25 Yan 13:22  
Digərləri "Ağsu Aşırımı" kimi tanınan yolun təmiri nə vaxt başa çatacaq?

Mənzil başına rahat çatmaq üçün vacibdir ki, çıxdığın yol da rahat,

arrow Ətraflı
Kinematoqrafçılar İttifaqında şəhid ailələri üçün yığılan pullar HARA GETDİ? like
  • 25 Yan 13:17  
Digərləri Kinematoqrafçılar İttifaqında şəhid ailələri üçün yığılan pullar HARA GETDİ?

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ətrafında qalmaqallar

arrow Ətraflı
Dünya üzrə uçuşlar üçün ən ucuz ay açıqlandı like
  • 25 Yan 13:07  
Dünya Dünya üzrə uçuşlar üçün ən ucuz ay açıqlandı

Britaniyanın "Destination2" turizm şirkətinin analitikləri mart ay

arrow Ətraflı
Elşad Oksana ilə Şəhriyarın evliliyindən like
  • 25 Yan 12:56  
Şou-biznes Elşad Oksana ilə Şəhriyarın evliliyindən

Repçi Elşad Xose, Oksana və Şəhriyarın münasibətinə fikir bildirib.

arrow Ətraflı